Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2385/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Allahyarov Taryel Ələsgər oğluna qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Allahyarov Taryel Ələsgər oğludan 933 manat 21 qəpik abunə və xidmət haqqı və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh Ələsgər oğlu iddiaçı ilə bağladığı 13 iyun 2019-cu il tarixli müqaviləyə əsasən 81 manat, 18 iyun 2019-cu il tarixli müqaviləyə görə 263 manat, 18 iyun 2019-cu il tarixli müqaviləyə görə 270,21 manat, 13 iyun 2019-cu il tarixli müqaviləyə görə 319 manat, ümumilikdə 933 manat 21 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Borcun ödənilməsinin son tarixli 19 avqust 2019-cu il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Ələsgər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 iyun 2019-cu il tarxili abunə müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" MMC arasında ***-***-**-** nömrəsinə görə müqavilə bağlanılmışdır. İş materiallarında olan 18 iyun 2019-cu il tarxili abunə müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" MMC arasında ***-***-**-** nömrəsinə görə müqavilə bağlanılmışdır. İş materiallarında olan 18 iyun 2019-cu il tarxili abunə müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" MMC arasında ***-***-**-** nömrəsinə görə müqavilə bağlanılmışdır. iş materiallarında olan 13 iyun 2019-cu il tarxili abunə müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" MMC arasında ***-***-**-** nömrəsinə görə müqavilə bağlanılmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxx 1988-ci ildə Bərdə rayonu, Kətəlparaq kəndində doğulmuş, Bərdə rayonu Kətəlparaq kəndində yaşayır. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, cavabdeh Allahyarov Taryel Ələsgər oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əssasən cavabdeh müqavilədən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyindən, hazırda onun iddiaçıya ümumilikdə 933,12 manat abunə və xidmət haqqı borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh "xxxx" MMC-yə 933,12 manat manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, cavabdeh Allahyarov Taryel Ələsgər oğlundan 933, 12 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdeh Allahyarov oğlundan alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Allhayarov Taryel Ələsgər oğluna qarşı borc tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 933,12 manat borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2385/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2385/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver