Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2393/2022 07.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin hüquqi varisi BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək borclu Cavabdeh1 və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD/16363/00057 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borclular Cavabdeh1 və Cavabdeh2 əsas borc 3720,25 manat, faiz borcu 333,09 manat, sığorta ödənişi üzrə borcu 0 manat, cərimə üzrə 930,06 manat, cəmi 4983,4 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pulun tutularaq BOKT "xxxx" MMC-nə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli əmri ilə borclular- xx xxxxx 1982-ci ildə Bərdə rayonu Mirzəxan kəndində anadan olmuş, hazırda Bərdə rayonu Mirzəxan kəndində yaşayan Cavabdeh1 və xx xxxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, hazırda Bərdə şəhəri S.Vurğun küçəsi döngə 2, ev 3-də yaşayan Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 3720.25 manat əsas, 333.09 manat faiz, 930.06 manat cərimə, cəmi 4983.4 manat məbləğində kredit borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutulmasına əmr verilmişdir. Bərdə Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qərardadına əsasən kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı borcun məcburi şəkildə ödənilməsinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi və materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı BOKT "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Bərdə nümayəndəliyi ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD/16363/00057 saylı kredit müqaviləsinə əsasən borcluya 24 (İyirmi dörd) ay müddətinə xx.xx.2018-ci il tarixə qədər illik qalıq borcun 12.00% dərəcəsini tətbiq etməklə 3882 (üç min səkkiz yüz səksən iki manat) AZN məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1-2.2-ci bəndləri). Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Bərdə nümayəndəliyi ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD/16363/00057 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin borclu Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kreditor tərəfindən borcluya kredit verilməsi və bu kreditin borclu tərəfindən istifadə edilməsinin aşkar olmasını nəzərə alaraq, kreditor pul məbləğinin borclu Cavabdeh1 tərəfindən ödənilməsi barədə tələbinin sadələşdirilmiş qaydada (əmr icraatı qaydasında) təmin olunmasını istəyir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxatışından müəyyən olunur ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin çevrilmə şəklində yenidən təşkil olunması nəticəsində yaranmışdır və onun hüquqi varisidir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı BOKT "xxxx" ASC nümayəndəsi X2 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək cavabdehlərdən xx.xx.2022-ci il tarixli arayışa əsasən 2567,84 (iki min beş yüz altmış yeddi manat səksən dörd qəpik) manat tutulub verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" ASC nümayəndəsi X2 ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəməyə maliyyə arayışı təqdim edərək cavabdehlərin 2547,84 manat məbləğində əsas kredit borcu və 20 manat məbləğində dövlət rüsumu borcu qaldığını qeyd edərək, 2567,84 manat məbləğində borcun tutulmasını, ərizəsinin təqdim etdiyi maliyyə arayışına uyğun qaydada təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, 28 dekabr 2016-cı ildə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən 3882 manat məbləğində kredit götürmüşdür. Kredit borcundan bir hissəsini ödəsə də sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq borcunu ödəyə bilməmişdir. Hazırda onun banka 2547,84 manat kredit borcu vardır. İddianın həmin qaydada təmin olunmasına etirazının olmadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli LD/16363/00057 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə görə “Borc alan”a sonuncunun öz biznesini inkişaf etdirmək və həyat səviyyəsini yaxşılaşdırmaq üçün 22 iyun 2015-ci il tarixli LD/15173/00028 nömrəli kredit müqaviləsi əsasında götürdüyü kredit üzrə 28 dekabr 2016-cı il tarixə olan qalıq öhdəliyini restrukturizasiya edir, “Borc alan” isə restrukturizasiya edilmiş yeni öhdəliyi qəbul edir və həmin krediti bu müqavilə ilə müəyyən olunmuş müddətdə faizi ilə birlikdə “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. -“Borc alan”ın 22 iyun 2015-ci il tarixli LD/15173/00028 nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin 28 dekabr 2016-cı il tarixə əsas məbləğ və faiz borcu üzrə cəmi qalığı 3882,00 manat təşkil edir. “Borc alan” bu məbləğ restrutturizasiya olunmuş yeni kredit öhdəliyi kimi qəbul edir. İş materiallarında olan 28 dekabr 2016-cı il tarixli LD/16363/00057 saylı girov müqaviləsindən müəyyən olunur ki, “Girov saxlayan”la “Girov qoyan” arasında bağlanan 28 dekabr 2016-cı il tarixli LD/16363/00057 saylı kredit müqaviləsinə əsasən 3882,00 manat məbləğində 24 ay müddətinə verilən kreditin və ona hesablanan faizlərin qaytarılmasının təminatı olaraq “Girov qoyan” özünə məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən əşyaları “Girov saxlayan”a girov qoyur. -”Girov qoyan” təsdiq edir ki, girov predmeti “Girov qoyan”ın mülkiyyətindədir və üçüncü şəxslər qarşısında heç bir öhdəliklə yüklü edilməmişdir. ”Girov qoyan” girov predmetinin digər yerdə girov qoyulmasına, icarəyə verilməməsinə, axtarışda və ya həbsdə olmamasına zəmanət verir. İş materiallarında olan xx.xx.2016-ci il tarixli LD/16363/00057 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 LD********** saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 2547,84 manat məbləğində əsas kredit borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli xəbərdarlıq surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 hesablanmış məbləği banka qaytarmasa banka borclu olduğu məbləğin, həmçinin hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda təkcə banaka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı xərcləri ödəyəcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı BOKT "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 3882 manat məbləğində kredit alması və həmin kredit üzrə 2547,84 manat məbləğində əsas kredit borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 qızı xx.xx.2016-cı il tarixli LD/16363/00057 nömrəli kredit müqaviləsi üzrə 3882 manat məbləğində kredit almış və həmin kredit üzrə 2547,84 manat məbləğində əsas kredit borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 kreditor BOKT "xxxx" MMC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 3882 manat məbləğində kredit alması və həmin kredit üzrə 2547,84 manat məbləğində əsas kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı BOKT "xxxx" ASC-nin, 10 manat dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2547,84 (iki min beş yüz qırx yeddi manat səksən dörd qəpik) manat məbləğində əsas kredit borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" ASC-nin xeyrinə, 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2393/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2393/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver