Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2396/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun, İddiaçının nümayəndəsi X2, Cavabdeh Əhməd oğlunun iştirakları ilə, İddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Paşayev Paşa Əhməd oğluna qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbiətə vurduğu ziyana görə 320.00 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri Bakı küçəsində X6 Texnologiya Kollecinin həyətyanı ərazisində kök üstə yaş halda 2 ədəd d=8 sm, d=9sm olan əncir və 1 ədəd d=5sm olan tut (çəkil) cinsinə mənsub ağacların Bərdə Dövlət İdarəetmə Texnologiya Kollecinin inzibati təsərrüfat işləri üzrə direktor müavini Cavabdeh Əhməd oğlunun göstərişinə əsasən kəsilərək məhv edilməsi faktı aşkar edilmişdir. Faktla bağlı Cavabdeh Əhməd oğlu barəsində 10 fevral 2021-ci il tarixli 68759 nömrəli akt tərtib olunmuş və kök üstə yaş halda 1 ədəd d=8 sm, d=9 sam olan əncir və 1 ədəd d=5 sm olan tut (çəkil) cinsinə mənsub ağacların qanunsuz kəsilərək məhv edilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarına əsasən təbiətə 320,00 manat dəymiş ziyan hesablanmışdır. Bununla da Cavabdeh Əhməd oğlu tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarının və “ Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etmədiyini bildirsə də, ağacların kəsldiyini etiraf edərək, kəsilmiş ağacların yabanı ağaclar olduğunu, həmin ərazidə salınmış yaşıllıq zolağında olan ağacların inkişafına mane olduğunu, buna görə də onun tərəfindən kəsildiyini göstərdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Əhməd oğlu 25 dekabr 1959-cu ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuş, Bərdə şəhəri, H.Aslanov küçəsi ev 8-də yaşayır. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin həyətyanı ərazisində 1 ədəd d=8 sm, d=9 sam olan əncir və 1 ədəd d=5 sm olan tut (çəkil) cinsinə mənsub ağacların qanunsuz kəsilərək məhv edilməsi aktlaşdırılmışdır. İş materiallarında olan hesabatdan müəyyən olunur ki, X3 həyətyanı ərazisində 2 ədəd əncir və 1 tut cinsinə mənsub yaş halda ağacların kök boğazından kəsilməsi nəticəsində dəymiş ziyan 320 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh təbiətə dəymiş ziyana görə müəyyən edilmiş 320 manatı 1 ay müddətinə könüllü ödəsin. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşıllıqlar dedikdə şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu başa düşülür. Həmin Qanunun 1.0.8-ci bəndinə əsasən yaşıllıqların məhv edilməsi - bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik) başa düşülür. Həmin Qanunun 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları aşağıdakılardır: - yaşıllıqların mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsini, bu Qanunun tələblərinə əməl olunmasını, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək; - yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək; - yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək; - yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək). Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanın (vəzifəli şəxslərin) qərarlarının icrası fiziki, hüquqi və ya vəzifəli şəxslər üçün məcburidir və bu qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı 19 dekabr 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, Bərdə şəhəri Bakı küçəsində X6 Texnologiya Kollecinin həyətyanı ərazisində kök üstə yaş halda 2 ədəd d=8 sm, d=9sm olan əncir və 1 ədəd d=5sm olan tut (çəkil) cinsinə mənsub ağacların Bərdə Dövlət İdarəetmə Texnologiya Kollecinin inzibati təsərrüfat işləri üzrə direktor müavini Cavabdeh Əhməd oğlunun göstərişinə əsasən kəsilərək məhv edilməsi faktı öz təsdiqini tapdığından verilmiş iddia ərizəsi əsaslı lduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Paşayev paşa Əhməd oğluna qarşı maddi ziyan tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 320 manat tutularaq iddiaçı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə (“ X1” Bank Eyniləşdirmə kodu (BEK) bank 210005, VÖEN bank **********, M/H AZ 41NABZO**********000003944, S. W. İ. F. T : BİK: CTREAZ 22. Ağcabədi YXO 0 saylı Regional Ekologiy və Təbii Sərvətlər İdarəsinin xüsusi vəsaitlər hesabına Hesab nömrəsi AZ55CTRE********************, VÖEN: **********. Büdcə təsnifatının KODU : 142582, Büdcə səviyyəsinin Kodu: Fondu 3) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2396/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2396/2021
25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver