Məhkəmə qərarları › İş №2(021)-2404/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2404/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2404/2021 04.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Qeyri Bank Kredit X1 Cəmiyyətinin cavabdehlər Şahsuvarov Fərəc Musa oğluna, Şahsuvarov Musa Qaraca oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahsuvarov Fərəc Musa oğlundan, Şahsuvarov Musa Qaraca oğlundan müştərək qaydada 2362.46 AZN əsas, faiz borcu üzrə 520.0 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2882.46 (iki min səkkiz yüz səksən iki manat qırx altı qəpik) AZN həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MM QBKT ilə cavabdeh Şahsuvarov Fərəc Musa oğlu arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli, **********0730 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Şahsuvarov Musa Qaraca oğlu zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdurlar. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə: dəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faız, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Şahsuvarov Fərəc Musa oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 11 iyun 2021 -ci il tarixinə olan Maliyyə arayışına əsasən 16 yanvar 2020-ci il tarixli, **********0730 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2362.46 AZN əsas, faiz borcu üzrə 520.0 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2882.46 (iki min səkkiz yüz səksən iki manat qırx altı qəpik) AZN təşkil edir. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MM QBKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Şahsuvarov Fərəc Musa oğluna, Şahsuvarov Musa Qaraca oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər Şahsuvarov Fərəc Musa oğlu, Şahsuvarov Musa Qaraca oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Şahsuvarov Fərəc Musa oğlunun, Şahsuvarov Musa Qaraca oğlunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlər apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə ki, iş materiallarında olan 16 yanvar 2020-ci il tarixli, **********0730 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında cavabdeh Şahsuvarov Fərəc Musa oğlu götürdüyü krediti, müqavilədə göstərilən şərtlərlə qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan **********0***-******* saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Şahsuvarov Musa Qaraca oğlu borclu Şahsuvarov Fərəc Musa oğlu ilə "xxxx" MM QBKT arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli, **********0730 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin, bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" MM QBKT məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Musa oğlundan, Cavabdeh2 16 yanvar 2020-ci il tarixli, **********0730 saylı kredit müqaviləsi üzrə 2362.46 AZN əsas, faiz borcu üzrə 520.0 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2882.46 (iki min səkkiz yüz səksən iki manat qırx altı qəpik) AZN borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MM QBKT xeyrinə ödənilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" Qeyri Bank Kredit X1 Cəmiyyətinin cavabdehlər Şahsuvarov Fərəc Musa oğluna, Şahsuvarov Musa Qaraca oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Şahsuvarov Fərəc Musa oğlundan və Cavabdeh2 16 yanvar 2020-ci il tarixli, **********0730 saylı kredit müqaviləsi üzrə 2362.46 AZN əsas, faiz borcu üzrə 520.0 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2882.46 (iki min səkkiz yüz səksən iki manat qırx altı qəpik) AZN borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MM QBKT xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar