Məhkəmə qərarları › İş №2(021)-2406/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2406/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2406/2022 29.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cinayət hadisəsi nəticəsində ona dəymiş mərhum X3 müalicəsinə sərf olunmuş 25029 (iyirmi beş min iyirmi doqquz) manat miqdarında pulun, yas mərasiminə sərf edilmiş 3000 (üç min) manat pulun, qəbirüstü abidəyə sərf edilmiş 5700 (beş min yeddi yüz) manat pulun, mənəvi ziyana görə 10.000 (on min) manat pulun, məhkəməyə ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 219 (iki yüz on doqquz) manat pulun, ümumilikdə cəmi 43948 (qırx üç min doqquz yüz qırx səkkiz) manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Bərdə rayonu Xəşili kəndində yaşayır. Cavabdeh texniki cəhətdən saz vəziyyətdə olan, qardaşı X4 məxsus, etibarnamə olmadan ayıq şəkildə BC251776 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Opel Astra” markalı 90 NS-298 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 27 aprel 2021-ci il tarixdə saat 0830 radələrində Bərdə rayonu Dəymədağıldı kəndinin mərkəzindən Bərdə-Ağdam magistral avtomobil yolu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin, 37- ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrılmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, avtomobili etibarnamə ilə idarə etməli oluğu halda bunlara əməl etməyərək yol hərəkəti qaydalarını pozub yolun sağ kənarında dayanmış vəziyətdə olan, X1 məxsus “VAZ-21070” markalı 44 CD-461 dövlət qeydiyyat nişanlı minik avtomobilini vuraraq ehtiyatsızlığından 755 (yeddi yüz əlli beş) manat maddi ziyan yetirdikdən sonra həmin avtomobilin qabaq tərəfində dayanan piyada X5 vuraraq sonuncuya koma, beyin ödemi, hemiparez ilə müşaiyət olunan ağır kəllə beyin travması, beyin əzilməsi, sağ gözün travması, kəllə əsasında sınıq, döş qəfəsi və qarının küt travması, sağ baldır sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsindən sonra inkişaf etmiş baş beyin toxumasının absesi və empieması ilə müşaiyıt olunan həyət üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan piyada Tural Bədəlovun ölümünə səbəb olmaqla, həmçinin idarə etdiyi X4 məxsis “Opel Astra” markalı 90 NS-298 dövlət qeydiyyat nişanlı minik avtmobilinə 1415 (bir min dörd yüz on beş) manat maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində oğlu X6 ağır vəziyyətdə xəstəxayana yerləşdirilmiş, vəziyyətdən çıxarılması məqsədi ilə tibbi yardım göstərilmiş, həmin müddətdə müalicə ilə əlaqədar xeyli miqdarda dərman və tibbi ləvazimatlar alınmasına ümumilikdə 25027 (iyirmi beş min iyirmi yeddi) manat miqdarında xərc çəkilərək maddi ziyana düşmüşlər. Lakin bütün tədbirlərə baxmayaraq X3 həyatını xilas etmək mümkün olmamışdır. Ailələri yuxanda qeyd olunanlarla yanaşı mərhumun yas mərasimi keçirilmiş, adətə uyğun olaraq qəbr üstü abidəsi düzəldilmişdir. Nəticədə yuxarıda qeyd olunan müalicə xərclərindən əlavə yas mərasimi üçün 3000 manat, qəbrin üstünün götürülməsi üçün 5000 manat xərc çəkməli olmuşlar. Hadisə nəticəsində böyük mənəvi sarsıntı keçirmiş və şəxsən o övlad itirmiş kimi mənəvi zərərə məruz qalmışdır. Yuxarıda qeyd olunan hadisələrdən sonra cavabdeh və ya onun ailə üzvləri tərəfindən heç bir diqqət və qayğı göstərilməyibdir və nə də külli miqdrada xərcə düşmələrinə baxmayaraq köməklik göstərilməmişdir. Odur ki, zərərçəkmişin hüquqi varisi kimi ailələrinə dəymiş maddi və mənəvi ziyanın tələb edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Tələblə əlaqədar müvafiq sənədləri iddia ərizəsinə əlavə edir və aşağıdakı miqdarda ona dəymiş maddi və mənəvi ziyanları tələb edir: 27 aprel 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixə kimi mərhumun müalicəsi ilə əlaqədar X7 mərkəzində çəkilmiş xərc - 25027 (iyirmi beş min iyirmi yeddi) manat; yas mərasiminə çəkilmiş xərc 3000 (üç min) manat; qəbrüstü aibədəyə çəkilmiş xərc 5700 (beş min yeddi yüz) manat; maddi mənəvi ziyana görə 10000 (on min) manat; məhkəməyə ödənilmiş dövlət rüsumu 219 (iki yüz on doqquz) manat; ümumilikdə cəmi 43948 (qırx üç min doqquz yüz qırx səkkiz min) manat. Odur ki, yuxarıda deyilənlərlə əlaqədar çəkdiyi xərclərin Cavabdeh alınıb ona verilməsi məhkəməyə müraciət etlməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh həbsdə olduğundan cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə iddiaya qarşı öz münasibətini bildirməsi barədə bildiriş göndərilmiş, məhkum Cavabdeh məhkəməyə ərizə göndərərək ərizəsində göstərmişdir ki, 27 aprel 2021-ci il tarixdə baş vermiş avtomobil qəzası nəticəsində adı çəkilən İddiaçı oğlu X6 idarə etdiyi mink avtomobili tərəfindən vurulmuş və o ehtiyatsızlıqdan piyadanın ölümünə səbəb olmuş, həmin hadisəyə görə həbs olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda cəzasını 17 saylı cəzaçəkmə müəssisəsində çəkir. İddia ərizəsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən vətəndaş İddiaçı onların ailəsinə dəymiş maddi və mənəvi ziyana görə ondan 43948 manat məbləğində pul tələb edir. Hal-hazırda həbsdə saxlanıldığı səbəbindən və habelə ailəsinin məhdud maddi imkanları üzündən onun tələb olunan məbləği ödəməyə heç bir imkanı yoxdur. Ona görə də göstərdiyi səbəbləri əsas götürərək vətəndaş İddiaçı ona qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-20/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 16 oktyabr 2021-ci il tarixindən 18 oktyabr 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 095478 saylı, xx.xx.2021-ci il tarixli 095466 saylı, xx.xx.2021-ci il tarixli 097068 saylı, xx.xx.2021-ci il tarixli 097986 saylı, xx.xx.2021-ci il tarixli 098274 saylı, xx.xx.2021-ci il tarixli 098465 saylı, xx.xx.2021-ci il tarixli 099389 saylı, xx.xx.2021-ci il tarixli 100421 saylı, xx.xx.2021-ci il tarixli 101174 saylı, xx.xx.2021-ci il tarixli 101653 saylı, xx.xx.2021-ci il tarixli 101838 saylı mədaxil qəbzlərinin kötüklərindən müəyyən olunur ki, X3 müalicəsinə 26991 (iyirmi altı min doqquz yüz doxsan bir) manat məbləğində pul xərclənmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 344 saylı 26 avqust 2022-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı həyat yoldaşı X6 xx.xx.2021-ci il tarixdə Xəsili kəndinə vəfat etmişdir. Mərhumun xx.xx.2021-ci il dəfn günü, xx.xx.2021-ci il 3 (üç) mərasimini, xx.xx.2021-ci il 7 (yeddi) mərasimini, xx.xx.2021-ci il 40 (qırx) mərasimini, xx.xx.2022-ci il il mərasiminin xərcini həyat yoldaşı İddiaçı çəkmişdir. İş materiallarında olan Bərdə rayon Xəsili bələdiyyəsi tərəfindən verilmiş 16 saylı 26 avqust 2022-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı həyat yoldaşı X6 xx.xx.2021-ci il tarixdə Xəsili kəndinə vəfat etmişdir. Mərhumun xx.xx.2021-ci il dəfn günü, xx.xx.2021-ci il 3 (üç) mərasimini, xx.xx.2021-ci il 7 (yeddi) mərasimini, xx.xx.2021-ci il 40 (qırx) mərasimini, xx.xx.2022-ci il il mərasiminin xərcini həyat yoldaşı İddiaçı çəkmişdir. İş materiallarında olan 3 nömrəli satış qəbzindən müəyyən olunur ki, X3 məzar daşının hazırlanmasına 4000 manat xərc çəkilmişdir. İş materiallarında olan şahidlərin iştirakları ilə tərtib edilmiş, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 08 sentyabr 2022-ci il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Xəsili kənd sakini xx.xx.1992-ci il təvəllüdlü X3 dəfn gününün xərci 600 (altı yüz) manat, üç mərasimində 2050 (iki min əlli) manat, yeddi mərasimi 2300 (iki min üç yüz) manat, qırx mərasimi 2330 (iki min üç yüz otuz) manat, il dönümü 1500 (bir min beş yüz) manat, cəmi 8180 (səkkiz min bir yüz səksən) manat pul vəsaiti xərc çəkmişdir və həqiqətən həmin mərasimin maddi vəsaitini İddiaçı şəxsən özü çəkmişdir. İş materiallarında olan şahidlərin iştirakları ilə tərtib edilmiş, Bərdə rayon Xəsili bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş 09 sentyabr 2022-ci il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Xəsili kənd sakini xx.xx.1992-ci il təvəllüdlü X3 dəfn gününün xərci 600 (altı yüz) manat, üç mərasimində 2050 (iki min əlli) manat, yeddi mərasimi 2300 (iki min üç yüz) manat, qırx mərasimi 2330 (iki min üç yüz otuz) manat, il dönümü 1500 (bir min beş yüz) manat, cəmi 8180 (səkkiz min bir yüz səksən) manat pul vəsaiti xərc çəkmişdir və həqiqətən həmin mərasimin maddi vəsaitini İddiaçı şəxsən özü çəkmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Opel Astra” markalı 90 NS-298 dövlət nömrə nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində iddiaçının həyat yoldaşı X3 ölümünə səbəb olmuşdur. İddiaçı həyat yoldaşı X3 müalicəsinə 26991 manat xərc çəkmişdir. Bu hal iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərinin kötükləri ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı həyat yoldaşının yas mərasiminə 8180 manat, qəbrüstü abidənin qoyulmasına isə 4000 manat məbləğində pul xərcləmişdir. İddiaçı mərhum həyat yoldaşı X3 müalicəsinə görə 26991 manat, yas mərasiminə isə 8180 manat xərc çəkməsinə baxmayaraq iddia ərizəsində müalicə üçün 25029 manat, yas mərasiminə görə isə 3000 manat məbləğində pul tələb etdiyindən iddia tələbi həmin hissələrdə iddia ərizəsinə uyğun qaydada təmin edilməlidir. İddiaçı iddia ərizəsində X3 məzarüstü abidəsinin qoyulması üçün 5700 manat xərc çəkdiyini qeyd etsə də işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı məzarüstü abidənin qoyulması üçün 4000 manat məbləğində pul xərcləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək belə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya həyat yoldaşı X3 müalicəsi üçün 25029 manat, yas mərasiminə görə 3000 manat, qəbrüstü abidənin qoyulması üçün isə 4000 manat məbləğində maddi zərər vurulması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin deyil, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya həyat yoldaşı X3 müalicəsinə çəkdiyi 25029 manat, yas mərasiminə çəkdiyi 3000 manat, qəbrüstü abidəsinə çəkdiyi 4000 manat məbləğində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddia həmin hissədə təmin edilməlidir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qanunvericiliyi, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin təqsirli və hüquqa zidd əməlləri nəticəsində iddiaçının həyat yoldaşınının ölməsi və bunun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi, məhkəmə iclasında sübuta yetirildiyindən iddia mənəvi zərərin ödənilməsi dair hissədə qismən təmin edilməli, 2000 (iki min) manat məbləğində mənəvi ziyan cavabdehdən alınaraq iddiaçıya verilməlidir. X11 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə əsasən iddia qismən təmin edildiyindən Cavabdeh 219 manat dövlət rüsumu tutularaq iddiaçının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 32029(otuz iki min iyirmi doqquz) manat maddi və 2000 (iki min) manat mənəvi ziyan, cəmi 34029 (otuz dörd min iyirmi doqquz) manat məbləğində pul və 219 (iki yüz on doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar