Məhkəmə qərarları › İş №2(021)-241/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-241/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-241/2021 24.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı “”Para”Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti (bundan sonra İddiaçı BOKT ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə 06.05.2013-cü il tarixli, 273-13B saylı kredit müqaviləsinə əsasən 2477.24 manat əsas borc, 6798,58 manat hesablanmış faiz borcu, 7052,99 manat hesablanmış dəbbə borcu olmaqla cəmi 16328,81 manat və 16.05.2015-ci il tarixli, 102-15B saylı kredit müqaviləsi üzrə 12000 manat əsas borc, 23681.18 manat hesablanmış faiz borcu, 16584 manat dəbbə borcu olmaqla cəmi 52265,18 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 06.05.2013-cü il tarixli, 273-13B saylı və 16.05.2015-ci il tarixli, 102-15B saylı kredit müqaviləsi üzrə tələbin Cavabdeh1 məxsus olan Bərdə rayonu Güloğlular kəndində yerləşən 0,25 ha torpaq sahəsində yerləşən, 56 kv.m yaşayış, 40 kv. m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 96 kv. metr, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə (MH seriyalı, ******* nömrəli, **********95-10301 reystr nömrəli, ********* qeydiyyat nömrəli, 28.03.2007 qeydiyyat tarixli çıxarışa əsasən) yönəldilməsi, fərdi yaşayış evinin dəyərinin 19000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsinə, mənzildə yaşayanlar Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmiş, buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. 16 oktyabr 2015-ci il tarixli, 102-15B saylı kredit müqaviləsinin surətindən görünür ki, ”Para” BOKT ASC tərəfindən fərdi sahibkar Cavabdeh2 “Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə heyvandarlığın inkişafı məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə illik 6% olmaqla 12000 AZN məbləğində kredit verilmişdir. 06 may 2015-ci il tarixli, 273-13 B saylı kredit müqaviləsinin surətindən görünür ki, ”Para” BOKT ASC tərəfindən fərdi sahibkar Cavabdeh2 “Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə heyvandarlığın inkişafı məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə illik 6% olmaqla 11500 AZN məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı “”Para”Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1,X2,Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə” dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar