Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2415/2021 07.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədov, Bərdə şəhəri, Sənaye küçəsi ev 5-də Rayponun Tikinti İdarəsində məskunlaşıb yaşayan ərizəçi Abdullayev Nərmin Ədalət qızının Bərdə şəhəri, S.Vurğun küçəsi ev 3-də yaşayan borclu Borclu qarşı alimentin alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək M ü ə y y ə n e t d i m: Ərizəçi Abdullayeva Nərmin Ədalət qızı məhkəməyə ərizə verərək xx xxxxxx 1988ci il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu hər ay bir uşağın saxlanılması üçün aliment tutulub onun xeyrinə verilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Borclu oğlu ilə 23 fevral 2010-cu il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründə 3 övladları anadan olmuşdur, aralarında olan narazılıqlara görə onlar rəsmi olaraq 29 mart 2017-ci il tarixdən ayrı yaşayırlar. Həmin vaxtdan övladları ilə birlikdə valdeyinlərinin himayəsində yaşayır. Bəhruz İmanovdan ayrıldığı zaman sonuncu övladına hamilə olmuşdur. Ayrıldıqdan sonra 26 sentyabr 2017-ci il tarixdə X9 anadan olmuşdur. Ayrılmaqlarına səbəb cavabdehin onlara heç bir maddi köməklik etməməsi olmuşdur. Nikahları pozulduğu zaman Bərdə Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qərarı ilə övladlarının saxlanılması üçün hər ay 50 manat cəmi 100 manat ödənilməsi qərara alınmışdır. Bəhruz İmanov 26 sentyabr 2017-ci il təvəllüdlü övladlarının saxlanılması üçün hər ay müəyyən bir məbləğdə qeyri-rəsmi olaraq pul verib, indi isə sabiq həyat yoldaşı maddi imkanının aşağı olmasına görə heç bir köməklik etmir. Belə ki, o, övladını təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladının saxlanılması üşün heç bir maddi yardım və köməklik etmir. Hazırda Respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır, o, isə azyaşlı övladının tələbatını ödəməkdə çətinlik çəkir. Maddi imkanı olduqca aşağıdır, heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Bunun üçündə cavabdedhin cavabdehin maddi köməklik etməsini istəyir. Belə ki, iş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2017-ci il tarixli, AZ- İV 028210 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə faktiki nikahlarından 26 sentyabr 2017-ci il təvəllüdlü X9 adlı uşağı anadan olmuşdur. Atası Borclu oğlu, anası X11 qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlərdən uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Belə hesab edirəm ki, Borclu könüllü olaraq uşağına maddi yardım göstərmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən uşaqların saxlanılması üçün ondan aliment tutulub Rəsulova Jalə Sahib qızına verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2 və 276.2.4-cü maddələrinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu Loğman oğlunun qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulub Abdullayeva Nərmin Ədalət qızına verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM xx xxxxxx 1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, S.Vurğun küçəsi ev 3-də yaşayan Borclu 26 sentyabr 2017-ci ildə doğulmuş X1 üçün Abdullayeva Nərmin Ədalət qızının xeyrinə uşağın yetkinlik yaşına çatana kimi 06 iyul 2021-ci ildən başlayaraq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-2415/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2415/2021
07.07.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver