Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2419/2021 18.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı X9 oğlunun, Cavabdeh X8 oğlunun iştirakları ilə, İddiaçı X9 oğlunun cavabdeh X8 oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Rəhimov Famil Təvəkgül oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 oğlundan 880 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Rəhimov Famil Təvəkgül oğlu iddia tələbini belə əsaslandırmışdır ki, o, 03 iyun 2021-ci il tarixdə Bərdə rayon Alpoud kənd sakini olan Cavabdeh 880 manat dəyərində 1 baş yanı balalı inək almışdır. İnəyi isə cavabdehin evindən oğlu ilə axşam saatlarında gedib gətirmişdir. Cavabdeh inəyi ona satarkən inəyin tam sağlam olduğunu bildirmişdir. O, cavabdehə inanaraq 880 manat məbləğində pulu verib 1 baş yanı balalı inəyi cavabdehdən almşdır. Lakin bir neçə gündən sonra cavabdehin satdığı inəyin xəstə olduğunu görmüş və həmin zaman Rahibin vermiş olduğu mobil nömrəsinə zəng edərək, inəyin xəstə olduğnu bildirmişdir. 06 iyul 2021-ci il tarixdə isə cavabdehin yaşadığı Bərdə rayon Alpoud kəndində yerləşən fərdi yaşayış evinə gedərək almış olduğu inəyi cavabdehə geri vermişdir. İnəyi almaq üçün vermiş olduğu 880 manat pulu geri verməsini tələb etdikdə 1 həftə ərzində geri verəcəyini bildirmişdir. Lakin həmi müddət ərzində cavabdeh borclu olduğu pulu geri vermədiyindən 14 iyun 2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bərdə rayon Polis şöbəsində şikayət ərizəsinə baxılmamış və mülki iş üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bu vaxta qədər hər dəfə cavabdehdən borclu olduğu 880 manat pulun verilməsini tələb etməyinə baxmayaraq, cavabdeh imtina edir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Rəhimov Famil Təvəkgül oğlu ərizə verərək, iddia ərizəsində əsas iddiaçı kimi X9 oğlunun adının qeyd ounmasını xahiş etmiş, X9 oğlu da əsil iddiaçı kimi işə cəlb olunmağına etiraz etməməsi barədə ərizə təqdim etmişdir. Bərdə rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(021)2419\2021 saylı qərardadı ilə iddiaçını əsl iddiaçı ilə əvəz etmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olumasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 bildirdi ki, X9 oğlu inəyi qaytardıqdan sonra inək ölmüş leşini sexə satmış, balasını isə bazada satmışdır. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Rəhimov Famil Təvəkgül oğlu xx.xx.1962-ci il tarixdə Bərdə rayon Alpout kəndində anadan olmuşdur. Bərdə rayon Alpout kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpout İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 395 saylı 21.06.2021-ci il tarixli arayışdan görünür ki, Rəhimov Famil Təvəkgül oğlu Bərdə rayon Alpout kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin 29.06.2021-ci il tarixli məktubundan görünür ki, Rəhimov Famil Təvəkgül oğlu X8 oğlu barəsində həmin orqana müraciət etmiş, araşdırma zamanı mülki xarakterli olduğu məlum olduğundan araşdırma dayandırılmışdır. Mülki işə əlavə edilmiş X9 oğlunun ərizəsindən görünür ki, əsl idiaçı kimi işə cəlb olunmasına etiraz etməmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, X9 oğlu X8 oğluna 880 manata 1 baş yanı balalı inək satmışdır. Lakin inək xəstə olduğundan cavabdehə qaytarmışdır. Cavabdeh isə bildirmişdir ki, inək ölüb, leşini sexə, balasını isə bazarda satmışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, işdə olan sübutlarla yanaşı, cavabdehin məhkəmə iclasında ifadəsi nəzərə alınmaqla iddia tələbi təmin olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh X8 oğlundan 880 manat pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X9 oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2419/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2419/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver