Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2429/2021 07.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı X2 Kompleksi MMC-nin Cavabdeh qarşı “ borc “ tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək məhkəmə, Müəyyən etdi: İddiaçı X2 Kompleksi MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 3936 manat, 787 manat cərimə , ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X2 Kompleksi MMC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi X2 Kompleksi MMC-nin direktoru X1 tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə onun X2 Kompleksi MMC-nin direktoru olmasını təsdiq edən hər hansı sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X2 Kompleksi MMC-nin Cavabdeh qarşı “ borc “ tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra aldı : İddiaçı X2 Kompleksi MMC-nin Cavabdeh qarşı “ borc “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X2 Kompleksi MMC –yə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2429/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2429/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver