Məhkəmə qərarları › İş №2(021)-2437/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2437/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2437/2021 16.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 oğlunun və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 5400 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 müraciət edərək oğlunun hərbi xidmətdə olamasını, sağlamlığı ilə bağlı sənəd düzəldib pensiyaya çıxmasına köməklik etmələrini xahiş etmişdir. Onlar özlərinin deməsinə görə etibarlı tanışları olan Kəriş adlı şəxslə danışıb razılaşmışlar və bu işin həll edilməsi üçün həmin Kəriş adlı şəxsə 5500 manat pul verməli olduğunu bildirmişlər. Cavabdehlər onu inandıraraq demişlər ki, əgər yanlışlıq olsa pulu özləri geri qaytaracaq. O, cavabdehlərə inanaraq 09.09.2019-cu il tarixdə cavabdehlərin ünvanına gələrək onların hər üçü ilə görüşmüş, Sadiq ona demişdir ki, pulu versin, oda 2500 manat pulu Sadiqin qarşısında stolun üstünə qoymuşdur. Onlar pulun az olduğunu bildirdiklərindən o, 500 manat pulu çıxarıb Sadiqə vermiş, o, isə pulu Kərişə vermişdir. Pulun qalıq hissəsinin yəni 2400 manatını 2019-cu ilin oktyabr ayında taksi vasitəsi ilə Orxana göndərmişdir. Beləliklə 2019-cu ildə cavabdhlərə 5400 manat pul vermişdir. Lakin cavabdehlərin güvəndyi Kəriş heç bir iş görməmişdir. Aldadıldığını görüb 06.05.2020-ci il tarixdə Bərdə RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Qeyd edilənlər cavabdehlər tərəfindən etiraf edilmiş və cinayət işi açılmışdır. Məhkəmə iclası bitməmiş X3 vəfat etmişdir. O, əvvəllər Kəriş adlı şəxsi tanımamışdır. O,Kərişə pulu cavabdehlərin sözünə inanaraq vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 oğlu iddia tələbinin qəbul etmədiyini qeyd edərək bildirdi ki, İddiaçı pulu ona deyil X2 vermişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin qəbul etmədiyini qeyd edərək bildirdi ki, İddiaçı pulu ona deyil X2 vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-ci il tarixdə Bərdə rayon Mollalı kəndində anadan olmuşdur. Bərdə rayon Məmmədli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 184 saylı 23.06.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Məmmədli kəndində daimi qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis X4 görünür ki, İddiaçı 06 may 2020-ci il tarixdə Bərdə rayon polis şöbəsinə oğlu Akifi təqaüdə çıxarmaq adı ilə Kəriş adlı şəxsin 5400 manat pulunu alması barədə məlumat əsasında toplanmış materiallar üzrə cinayə işi başlanılmış, aparılan istintaqla müəyyən edilmişdir ki, X3 özgənin əmlakını tamah niyyətilə qəsdən dələduzluq yolu ilə ələ keçirmək məqsədilə vahid niyyətlə Bakı şəhəri, Novxanı qəsəbəsində nömrəsiz evdə yaşayan İddiaçı sonuncunun oğlu Akifə təqaüd düzəltmək barədə yalan vədlər verib aldatma yolu ilə etibarından sui-istifadə edib 09 sentyabr 2019-cu il tarixdə Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən «Təzə bazar»ın yaxınlığında 3000 (üç min) manat pulunu, cinayətkar əməlinin davamı kimi 2019-cu ilin oktyabr ayında İddiaçı tərəfindən Bakı şəhərindən taksi vasitəsilə göndərilmiş 2400 (iki min dörd yüz) manat pulu Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən avtoğzalda götürərək, ümumilikdə 5400 (beş min dörd yüz) manat pulu ələ keçirib zərərçəkmiş İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. X2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ittiham elan edilmişdir. X7 görünür ki, X3 ifadəsində götərmişdir ki, Cavabdeh1 uşaqlığından tanıyır. Belə ki, Orxanın atası Vahidlə dost olmuşdur. Lakin, Orxanın özü ilə aralarında heç bir münasibəti olmamışdır. Cavabdeh2 təxminən 1 ildir ki, münasibətləri var. İddiaçı və onun ailə üzvlərini isə məlum məsələlərdən əvvəl ümumiyyətlə tanımamışdır. 2019-cu ilin avqust ayında dəqiq yadımda qalmayan bir gündə Bərdə şəhəri Sabir küçəsində yerləşən parkda oturmuşdur. Həmin vaxt təsadüf söhbət zamanı Sadiq ona bir nəfər şəxsin Daxili Qoşunlarda MAXE işlədiyini, xəstəliyi ilə əlaqədar təqaüdə çıxmaq istədiyini, əgər mümkündüsə ona köməklik göstərməyini demişdir. O, Sadiqə bu barədə maraqlandıqdan sonra məlumat verəcəyini demişdir. Təxminən 1 həftə sonra Sadiq Orxanla birlikdə onu gəlib evdən çağırmışlar. O, Sadiqə və Orxana işi düzəldə biləcəyini, bunun üçün 2000 manat pul lazım olduğunu demişdir. Bu zaman onların hər ikisi ona həmin adamları çağıracağını, birlikdə görüşüb söhbət edəcəklərini, lakin pulu 2000 manat yox, 5500 manat deməyini demişlər. O, onlarla razılaşmışdır. Bundan 2-3 gün keçmiş, Sadiq ona zəng edib iş düzəldəcək şəxslərin gəldiyini, onu gəlib götürüb həmin şəxslərin yanına aparacağını demişdir. Bundan bir neçə saat sonra Sadiq öz avtomobili ilə onun yaşadığı evin qarşısına gəlmişdir. O, Sadiqlə birlikdə avtomobilə əyləşib Bərdə şəhəri “Təzə Bazar” deyilən bazarın yaxınlığında hazırda dəqiq xatırlamadığı bir çayxanaya getmişlər. Orada Sadiq onu həmin şəxslərlə tanış etmişdir. O, bu zaman həmin şəxslərin Orxanın tanışları Pakizə, oğlu Akif və əri Cəfər olduğunu bilmişdir. O, həmin şəxslərlə söhbət etməyə başlayaraq Pakizənin oğlu Akifi xəstəliklə təqaüdə çıxara biləcəyini, bunun üçün 5500 manat pul lazım olduğunu demişdir. Pakizə və ailə üzvləri ona bu barədə fikirləşib cavab verəcəklərini demişlər. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. Bundan 3-4 gün sonra Sadiq ona zəng edib Pakizənin ailə üzvlərinin Bərdəyə gəlib çıxdığını, pulu hazırladıqlarını demişdir. O, Pakizəyə Tərtər yolunun üzərində dəmiryol keçidinin yaxınlığında yerləşən “Asifin” çayxanasına gəlmələri demişdir və həmin yerə gedib onları gözləməyə başlamışdır. Bir qədər sonra Sadiq, Orxan Pakizə və ailə üzvləri bilrikdə çayxanaya gəlmişlər. Burada görüşüb yenidən söhbət etdikdən sonra Pakizə burada ona 3000 manat pulu və oğlu Akifin şəxsiyyət vəsiqəsinin surətini vermişdir. O, pulu və sənədi götürüb cibinə qoymuşdur. Pakizə ona qalan pulu yaxın 1-2 ay ərzində düzəldib verəcəyini demişdir. Bundan sonra Pakizə və ailə üzvləri çıxıb getmişdir. O, Sadiq və Orxan isə birlikdə çıxmışlar. Sadiq və Orxan gətirib onu evə düşürən zaman Orxan onu saxladıb “bu işi görə biləcək çox şəxs var idi, biz sənlə iş gördük, mənə 500 manat pul ver” demişdir. O, onsuzda nəzərində bu iş üçün 2000 manat tutduğu halda 5500 aldığımızı fikirləşib xeyrim çox qalır deyə Orxan deyən 500 manatı burada ona vermişdir. Onun Orxana pul verdiyini Sadiq özü görmüşdür. Lakin, Orxanın Sadiqə pul veribvermədiyini bilməmişdir. Orxan və Sadiq çıxıb getmiş, bundan sonra qalan pulu gözləmədən bu istiqamətdə iş görməyə çalışmışdır. Bir neçə dəfə bununla bağlı Pakizənin oğlu Akifin işlədiyi Lənkəran rayonuna da gedib onun özüylə görüşmüşdür. O, Akiflə söhbətlər edib narahat olmamasını, işin düzəldəcəyini deyib ondan işi barədə bəzi məlumatlar almışdır. 2019-cu ilin oktyabr ayında dəqiq yadımda qalmayan bir gündə mən Orxana zəng edib pul barədə maraqlanmışdır. Orxan ona yaxın günlərdə tanışlarının pulu göndərəcəyini demişdir. Bundan 1-2 gün sonra Orxan Sadiqə zəng edərək pulu göndərdiklərini, lakin, evdən çıxa bilmədiyini, gəlib pulu burada götürməyini demişdir. O, Sadiqlə birlikdə Orxanın yaşadığı Bərdə şəhəri Füzuli küçəsində yerləşən evə getmişlər. Evin qarşısında Orxan onları qarşılamış, ona sayaraq 2000 manat pul verib Pakizənin əslində 2400 manat göndərdiyini, 400 manatı özünə saxladığını bildirmişdir. O, pulu götürəndən sonra Orxan telefonu ona verib pulu aldığını təsdiqləmək üçün Pakizəylə danışmağını istəmişdir. O, telefonda Pakizəyə 2400 manat pulu götürdüyünü demişdir. Bundan sonra Sadiqlə çıxıb getmiş, Orxan isə evə qayıtmışdır. Bundan sonrakı günlər ərzində artıq bu işin alınmayacığını anlamış, sonradan öz səhhətimdə problemlər yaranmışdır. Onlar dəfələrlə onunla görüşüb pulu tələb etsələr də, onun maddi imkanı olmadığına görə pulu qaytara bilməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Pakizədən birinci dəfə 3000 manat, ikinci dəfə 2400 manat olmaqla ümumilikdə 5400 manat pul almış, lakin, birinci dəfə aldığı puldan 500 manatı, ikinci dəfə aldığı puldan isə 400 manatı Orxana vermişdir. Onun özünə ümumilikdə 4500 manat pul çatmış, Pakizəyə oğlu Akifi xəstəliyi ilə əlaqədar olaraq Daxili Qoşunlarda xidmətdən təqaüdə çıxardacağıma söz vermişdim. O, adını çəkmək istəmədiyi pul aldığı dövrdə yüksək vəzifədə işləyən bir nəfər tanışımın vasitəsilə edəcəkmiş, aldığım puldan 2200 manatı həmin şəxsə vermişdir. Sonradan həmin tanışı işdən çıxarıldığı üçün heç nə edə bilməmişdir. O, həmin şəxsi tanıyır, lakin anket məlumatlarını qeyd etmək istəmir. O, Pakizənin oğlu Akifi təqaüdə çıxara biləcəyini zənn etmişdir. Orxan ona “istəsəydi bu işi başqa şəxsin vasitəsiylə də görə bilərdi. Lakin, məni seçib mənimlə iş görüb. Ona görə də, ona pul verməliyəm” demişdir. O, onsuzda bu işdən çox xeyri qaldığını fikirləşib Orxana 900 manat pulu vermişdir. Lakin Orxan ona Pakizəni birlikdə aldatmaq barədə heç nə deməmiş, Orxan özü də işin düzəlməsini istəmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)13/2021 saylı 22.02.2021ci il tarixli qərarından görünür ki, X1 Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs vəfat etdiyindən bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 06 may 2020-ci il tarixdə Bərdə rayon polis şöbəsinə oğlu Akifi təqaüdə çıxarmaq adı ilə Kəriş adlı şəxsin 5400 manat pulunu alması barədə məlumat əsasında toplanmış materiallar üzrə cinayə işi başlanılmış, aparılan istintaqla müəyyən edilmişdir ki, X3 özgənin əmlakını tamah niyyətilə qəsdən dələduzluq yolu ilə ələ keçirmək məqsədilə İddiaçı sonuncunun oğlu Akifə təqaüd düzəltmək barədə yalan vədlər verib aldatma yolu ilə etibarından sui-istifadə edib ümumilikdə 5400 (beş min dörd yüz) manat pulu ələ keçirib zərərçəkmiş İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. X2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ittiham elan edilmiş, məhkəmə istintaqı zamanı X1 törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, lakin məhkəmə istintaqı yekunlaşmamış Kəriş Məmmədov vəfat etdiyindən cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 5400 manat pul verməsi sübut olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərə pul borcunun olması sübut olunmadığından iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya ödənilməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar