Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2443/2021 23.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyan əvəzi 850 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini belə əsaslandırmışdır ki, o, Xocalı rayon Statistika İdarəsinin rəisi vəzifəsində işləyir. Ona rayon DAİM idarəsi tərəfindən müqavilə əsasında 03.05.2021ci il tarixində barama qurdunun toxumunu verərək 40 kq plan qoyulmuşdur. O, yeznəsi Bərdə rayon Köbər kəndində yaşayan X1 vasitəsi ilə həmin kənd sakini Cavabdeh ilə tanış olub barama toxumunun onun saxlaya biləcəyini öyrənmişdir. Razılaşmaya əsasən saxlanma haqqı əvvəldən 110 manat pul verib qurdu Sərdara Ruslanın vasitəsi ilə təhvil vermiş, sonda baramanın təhvili zamanı ona 1 kq üçün 9 manat pul ödəyəcəyini bildirərək, razılaşıb qurdu təhvil vermişdir. Sərdar ona 40 kq barama təhvil verəcəyinə dair söz vermişdir. O, Sərdarla 17.06.2021-ci il tarixdə telefon əlaqəsi yaratmış və ona sabah gelib baramanı götürməyini bildirmişdir. O, 18.06.2021-ci il tarixdə Sərdarın yaşadığı ünvana getdikdə qurdların qırıldığını bildirmişdir. Ancaq mütəxəssislərin rəyinə əsasən qurd qırılsa əvvəlcədən qırılar bu sarğı zamanı ola bilməz. Bunun yalan olduğunu anlayıb barama axtarışına getmişdir. O, planı vermək üçün uzaq bölgələrdən 2-3 qat baha qiymətə tapıb planı vermişdir. O, baramanın 1 kq-nı 18-20 manata alıb planı ödəmişdir. Sərdar ona 800-850 manatlıq ziyan vurmuşdur. Bununla əlaqədar Bərdə RPŞ-nə müraciət etmişdir. Lakin o, Bərdə RPŞ-nin qəraından narazı qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu bildirdi ki, o, İddiaçı oğlunun 1 qutu baramasını saxlamışdır, lakin barama qurdları qırılmışdır. İddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1965-ci il tarixdə Kəlbəcər rayon Zülfüqarlı kəndində anadan olmuşdur. Xocalı şəhərində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Xocalı rayon İcra Hakimiyyəti Başçısının Meşəli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli 08 saylı Arayışdan görünür ki, İddiaçı oğlu Goranboy rayon Meşəli qəsəbəsində müvəqqəti olaraq məskunlaşmışdır. Mülki işə əlavə edilmiş Seriya AA № 013585 saylı Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı oğlu 1992-ci ildə Xocalı şəhərindən köçkün düşmüşdür. Mülki işə əlavə edilmiş 05.05.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı oğlu arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı oğlu tut ipəkqurdunun tədarükü və tədarük olunmuş məhsulun müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə "xxxx" MMC-yə təhvil verməyi MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında 22.06.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı oğlu Cavabdeh barama saxlamaq məqsədilə barama və 110 manat pul verməsi, lakin həmin şəxsin 40 kq barama əvəzinə 3-4 kq barama verərərk baramaların tələf olduğunu bildirməsi barədə ərizə daxil olmuş, araşdırma aparılmış və cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, Sərdarla eyni vaxtda barama saxlamışlar, gətirdikləri yarpaq dərmanlı olduğundan təxminən 15 gün sonra baramalar ölmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirdi ki, o, iddiaçını cavabdeh Sərdarla tanış etmişdir. Daha sonra gedib qurda baxmaq istədikdə Sərdar buna imkan verməmişdir. O, sonra da yalandan qurdların məhv olduğunu demişdir. Halbuki, baramasının çox olduğunu, gəliri özü götürmək istədiyindən belə etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında şifahi razılığa əsasən barama qurdu cavabdehə təhvil verilmişdir ki, o ipək qurdunu bəsləsin və nəticədə barama əldə etsin. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, şahid X3 ifadəsindən müəyyən olunur ki, həmin qurd 15-20 gün sonra dərimanlı yarpaq verildiyindən məhv olmuş, iddiaçıya isə bu barədə məlumat verməmişlər, onu baramaya baxmağa belə qoymamışlar. Təxminən 40 gün sonra ipək qurdunun məhv olduğunu bildirmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 850 manat pul alınaraq İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2443/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2443/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver