Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2448/2024 02.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh* və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh* və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20*9-cu ilin fevral ayından 2022-ci ilin avqust ayına kimi olan vaxtı əhatə edən dövrdə yaranmış və hesablanmış vergilər üzrə 87425,26 manat, Dövlət Sosial Müdafiə Fondu üzrə **238,3* manat olmaqla, ümumilikdə 98663,57 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 385,99 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh* və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı cavabdehlərin ödəmədikləri vergi və DSMF xərclərini tələb edir. Fiziki və hüquqi şəxslərdən vergi və digər sosial sığorta haqlarını tələb etmək səlahiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətindədir. Bundan başqa əgər sözügedən şəxslər qanuni təmsilçi və ya onun müavini olmuşlarsa vergidən yayınmağa görə həmin şəxslər barəsində məsuliyyət tədbirlərinin tətbiq edilməsi səlahiyyəti də DVX-nin funksiyasına aiddir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM) *53.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu Məcəllənin *53.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd edilənlərlə bağlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddi ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *53, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh* və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2448/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2448/2024
02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver