Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2469/2024 14.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 məhkəmə iclas kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qаrşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh övladı: xx.xx.2014-cü il təvəllüldü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-508/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 180 manat alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə qazancından və başqa gəlirlərindən dörddə bir hissədə aliment tutulmaqla onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2002ci il tarixdə qeydiyyat orqanlarnda rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2004-cü il tarixdə qızları X5, xx.xx.2006-cı il tarixdə oğulları X6 və 26 avqust 2014-cü il tarixdə oğulları X7 anadan olmuşlar. Cavabdehlə müəyyən müddət birgə yaşasalar da, ümumi təsərrüfat aparandan sonra ailə münasibətləri pozulmuş və ayrılmışlar. Bərdə rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(021)-4839/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanan nikah qeydi pozulmuş, uşaqları Xəyalə Əliyeva, Xəyal Əliyev və Ramal Əliyev onun himayəsində saxlanılmış və cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat aliment tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(021)- 4839/2017 saylı qətnaməsi əsasında tutulan aliment məbləği dəyişdirilərək hər ay hər uşağa 180 manat məbləğində olmaqla hər iki uşaq üçün ümumilikdə 360 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli 2(021)-508/2023 nömrəli qətnamə ilə təyin edilmiş alimentin miqdarı ilk vaxtlar uşaqların tələbatını ödəsə də, artıq maddi və sosial vəziyyəti dəyişmişdir. X10 və Xəyal Əliyevin 18 yaşları tamam olduğuna görə onlara verilən aliment dayandırılmışdır. Yalnız yetkinlik yaşına çatmamış oğulları X7 alimentin ödənilməsi davam edir, müəyyən edilmiş aliment müasir tələbatı ödəməyə kifayət etmir. Uşaqlar böyümüşlər və onların tələbatı günü gündən artır. Bütün bunları nəzərə alaraq uşaqların normal yaşaması və sağlam böyümələri üçün maddi imkanı kifayət etmir. Cavabdeh övladlarına əlavə yardım göstərməkdən imtina edir, Cavabdeh Azərbaycan Respublikası MN hərbi xidmətçisi kimi tərxis olunduğundan yüksək pensiya alır. Ona görə də, məhkəmədən Cavabdeh övladları: xx.xx.2014-cü il təvəllüldü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-508/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 180 manat alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə qazancından və başqa gəlirlərindən dörddə bir hissədə aliment tutulmaqla onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Cavabdeh işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etməklə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. 180 manat məbləğində alimenti vaxtı-vaxtında ödəmişdir. Lakin artırılmasına etiraz edir. İddiaçıdan ayrıldıqdan sonra yenidən ailə qurmuş və 1 uşağı vardır, hazırda pensiya alır. Məhkəmə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Mülki iş materiallarına əlavə olunmuş seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur. Bərdə rayonu Kələntərli kəndində yaşayır. Mülki iş materiallarına əlavə olunmuş AA2025916 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş AA2651494 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bərdə İHB Kələntərli kənd ƏD üzrə nümayəndəliyinin 958 nömrəli arayışından görünür ki, İddiaçı Bərdə rayonu Kələntərli kəndində yaşayır. Mülki iş materiallarına əlavə olunmuş sorğu məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş AZ-İİİ 373950 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki iş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-508/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2006-cı il təvəllüldü X4 və xx.xx.2014-cü il təvəllüldü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-4839/2017 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək , hər ay hər uşağa görə 180 manat məbləğində olmaqla, hər iki uşaq üçün ümumilikdə 360 manat məbləğində müəyyən edilərək, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Bərdə 1 X1 İddiaçı verilmiş xx.xx.2024 saylı arayışından görünür ki, mediasiya sessiyasında iştirak edilməməsi haqqında arayış Medasiya Haqqında Azərbaycan Respublikası Qanunun 21.8-ci maddəsinə əsasən verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh övladları: xx.xx.2014-cü il təvəllüldü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-508/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 180 manat alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə qazancından və başqa gəlirlərindən dörddə bir hissədə aliment tutulmaqla onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Kоnstitusiyаnın 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Kоnstitusiyаnın 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Kоnstitusiyаnın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər iki uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda daha sonra göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, cаvаbdeh uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zаmаndа iddiаçının uşağına dа şamil olunur. Məhkəmə uşаğın sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni müzakirə edərkən uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və uşağa qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Beləliklə, məhkəmə hesаb edir ki, yaşayış minumumu və uşağın saxlanması ilə bağlı xərclər artıdığından, Cavabdeh övladı xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-508/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 180 manat alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə qazancından və başqa gəlirlərindən ¼ hissədə aliment tutularaq İddiaçı ödənilməli, miqdarı dəyişdirilmiş alimentin tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hesablanmağa başlanmalıdır. Məhkəmə yuxarıda qeyd olunan alimentin miqdarının artırılması məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edilir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalını aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. “Dövlət rüsumu” haqqında qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən, аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli оlduğundan bu halda ödənilməli 30 (otuz) manat dövlət rüsum Cavabdeh аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Həmçinin cavabdehdən Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh övladı xx.xx.2014-cü il təvəllüldü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-508/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 180 manat alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə qazancından və başqa gəlirlərindən ¼ hissədə aliment tutularaq İddiaçı xeyrinə tutulsun, miqdarı dəyişdirilmiş alimentin tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hesablanmağa başlansın. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2469/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2469/2024
14.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver