Məhkəmə qərarları › İş №2(021)-2479/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2479/2022

01.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2479/2022 01.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Kredaqro BOKT MMC-yə qarşı “borcun hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kred Aqro BOKT MMC-yə olan 2683.33 ABŞ dolları məbləğində pulun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı ərizə forma və məzmun baxımından Azərbaycan Respublikası MPM-in tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Belə ki, İddiaçı cavabdeh Kredaqro BOKT MMC –yə qarşı iddia ərizəsi ilə müraciət etməklə, Kred Aqro BOKT MMC-yə olan borcunun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, bununla da MPM-in tələblərini pozmuşdur. İddiaçı izah olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə əsasən barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(104)-1458/21 saylı qətnaməsi üzrə borcunun hissə-hissə ödənilməsi barədə ərizə ilə borclu qismində müraciət etməklə, qərardad qəbul olunmasını xahiş etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kredaqro BOKT MMC-yə qarşı “borcun hissə-hissə ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh Kredaqro BOKT MMC-yə qarşı “borcun hissə-hissə ödənilməsi ” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar