Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-248/2023 05.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh3 iştirakı ilə, İddiаçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 115.LN.2004.141114.00002 saylı Kredit müqaviləsi üzrə 14 Noyabr 2017-ci il tarixə banka 15000 manat əsas, 3185.97 manat faiz və 2491.64 manat cərimə olmaqla, cəmi 20677.61 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Tutmanın Cavabdeh2 məxsus, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə yönəldilməsi, İpoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, İpoteka əmlakı olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində həmin evin Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaltması, həmin yaşayış evinə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "AGBank” ASC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli 115.LN.2004.141114.00002 saylı Kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 115.CL.141114.00002/a saylı xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Bu səbəbdən, Cavabdeh1 14 Noyabr 2017-ci il tarixə banka 15000 manat əsas, 3185.97 manat faiz və 2491.64 manat cərimə olmaqla, cəmi 20677.61 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildirişlər göndərilmiş, bildirişlər reyestr orqanında ərizə ilə qeydə alınmışdır. Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(021)-248/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə” dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin iş üzrə iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etməməyini səbəbini üzürlü sayaraq, tərəfimizdən qəbul edilmiş “iddianın baxılmamış saxlanılmsı haqqında” 03 noyabr 2023-cü il tarixli qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(021)-248/2023 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(021)-248/2023 nömrəli qərardadının ləğv edilməsi, məhkəmə baxış iclasının 05 dekabr 2023-cü il tarixə, saat 10:00-a təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə elektron ərizə göndərərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 öz ifadəsində digər Cavabdeh2 vəfat etməsini bildirmiş, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışa əsasən Cavabdeh3 – xx.xx.1985-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. (AA2306056). İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışa əsasən Cavabdeh1 – xx.xx.1985-ci il tarixdə Bərdə rayonu, Dəymədağıldı kəndində anadan olmuş, həmin ünvanda yaşayır. (AA*******). İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışa əsasə Cavabdeh2 – xx.xx.1959-cu ildə Tərtər rayonu, İlxıçılar kəndində anadan olmuş, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. (Fin: xxxxxxx). İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 115.CL.141114.00002/a nömrəli ipoteka müqaviləsindən görünür ki, birlikdə «Tərəflər» adlandırılan, bir tərəfdən, gələcəkdə "İpotekasaxlayan" adlandırılacaq, 09/6929 saylı 04 dekabr 2013-cü il tarixli Etibarnaməyə əsasən Yevlax filialının direktoru N.Ə.Hüseynov şəxsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti və digər tərəfdən, gələcəkdə İpotekaqoyan adlandırılacaq: Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 (Şəxsiyyət vəsiqəsi seriya AZE No ********, BƏRDƏ RPŞ tərəfindən 12 mart 2014-cü il tarixində verilmişdir), gələcəkdə "Borcalan" adlandırılacaq, Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1 (VŞV AZE seriya No 08470418, BƏRDƏ RPŞ tərəfindən 09 mart 2011-ci il tarixində verilmişdir) ilə aşağıdakılar barədə bu Müqaviləni bağlayırlar: 1.1. İpotekasaxlayan və Cavabdeh1 (Borcalan) arasında bağlanmış 14 noyabr 2014- cü il tarixli 115.LN.2004.141114.00002 saylı Kredit Müqaviləsivə ona edilmiş, və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpotekaqoyan əmlakı İpoteka qoyur, eləcə də ona olan hüquq və maraqları (gələcəkdə - İpoteka qoyulmuş Əmlak) (əmlakın konkret təsviri, onun İpoteka əyəri və digər lazımi məlumatlar bu Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsində göstərilmişdir) İpoteka saxlayana verir. 1.2.1.115.LN.2004.141114.00002 saylı Kredit Müqaviləsi 14 noyabr 2014-cü il tarixdə Yevlax şəhərində bağlanmışdır. Müqavilənin tərəfləri- Kreditor -"xxxx" ASC və Borcalan Cavabdeh1 Kreditin məbləği - 15000 ( On beş min) manat Kredit üzrə faiz dərəcəsi - illik faiz 6.00 (Alti) Kreditin müddəti - 36 ( Otuz altı) ay, 1.3. Kredit müqaviləsi üzrə ödənişlərin müddəti (kreditin qaytarılma müddəti) və onların məbləğləri hazırki Müqavilənin ayrılmaz hissəsi olan 2 saylı Əlavəsində göstərilmişdir. İş materiallarında olan 3831 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 19/13440 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh2 xəbərdarlıq edilmiş, Tutma yönəldilən ipoteka predmeti - Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə. İcra olunmalı öhdəlik barədə məlumat xx.xx.2014-cü il tarixli 115.LN.2004.141114.00002 saylı kredit müqaviləsi, kreditin məbləği 15000 manat borcun məbləği: 15000 manat əsas, 3185.97 manat faiz və 2491.64 manat cərimə olmaqla, cəmi 20677.61 manat borcu vardır. Xəbərdarlıq: Məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 18 dekabr 2017-ci il tarixli, 19/13692 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması barədə ərizəsindən görünür ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə əsasən, Cavabdeh2 məxsus, ipoteka predmeti olan, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə. (Reyestr № **********72-10301) tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2017ci il tarixli bildiriş ipoteka qoyana xx.xx.2017-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Cavabdeh2 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə xx.xx.2014-cü il tarixdə İddiaçı ASC Yevlax filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 9/13407 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli 115.LN.2004.141114.00002 saylı kredit müqaviləsinə əsasən Sizə 36 ay müddətinə illik 6 faizlə 15000 manat məbləğində kredit verilmişdir, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus, Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evi 0.06 ha torpaq sahəsilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Kredit ödənişlərində gecikdirmələrə yol verdiyinizə görə 14 Noyabr 2017-ci il tarixə banka 15000 manat əsas, 3185.97 manat faiz və 2491.64 manat cərimə olmaqla, cəmi 20677.61 manat borcunuz yaranmışdır. Dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, tərəfinizdən hər hansı ödəniş aparılmamış və gecikdirmələr aradan qaldırılmamışdır. Qeyd olunanları nəzərə alaraq, 5 (beş) gün müddətində banka olan borcunuzun ödənilməsi Sizdən tələb olunur. Əks təqdirdə, Sizə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hallarında kreditor qarşısında məsuliyyət daşıyan zaminə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir. Bundan başqa, nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsi ilə kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduqda isə həmin məcəllənin 306-cı maddəsi ilə məhkəmə qərarının icra edilməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan müddət ərzində banka olan borcunuzun ödənilməyəcəyi halda, bununla bağlı müvafiq hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılacaqdır. İş materiallarında olan 14 noyabr 2017-ci il tarixli, 2292 nömrəli maliyyə arayışından görünür ki, 14 noyabr 2017-ci il üçün qalıq borc: əsas borc 15000.00 azn, faiz borcu - 3185.97 azn, hesablanmış artırılmış faiz borcu -2491.64 azn, ümumi borc 20677.61 azn təşkil edir. İş materiallarında olan 14 noyabr 2014-cü il tarixli, 115.L.N.2004.141114.00002 saylı kredit müqaviləsindən görünür ki, Birlikdə «Tərəflər» adlandırılan, 09/6929 saylı 04 dekabr 2013-cü il tarixli Etibarnaməyə əsasən Yevlax filialının direktoru N.Ə.Hüseynov şəxsində, gələcəkdə «Kreditor» adlandırılacaq İddiaçı Açıq Səhmdar Cəmiyyəti bir tərəfdən və gələcəkdə «Borcalan» adlandırılacaq, 11 SAYLİ ƏRAZİ VERGİLƏR İDARƏSİ tərəfindən 06 iyun 2012-ci il tarixində verilmiş şəhadətnaməyə əsasən sahibkarlıq fəaliyyəti göstərən Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1 (VŞV AZE seriya № 08470418, BƏRDƏ RPŞ tərəfindən 09 mart 2011-ci il tarixində verilmişdir) (VÖEN **********) digər tərəfdən aşağıdakılar barədə bu Müqaviləni bağlamışlar: 1.1. Bu Müqavilənin şərtlərinə əsasən, Kreditor Borcalana 15000 ( On beş min ) manat məbləğində kredit ayırır. 1.2. Borcalan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması üçün istifadə edəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 oktyabr 2018-ci il tarixli, 15185 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş maliyyə arayışı məlumatları, hesabdan çıxarış 14 noyabr 2014-cü il tarixli 115.LN.2004.141114.00002 N-li kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2018ci il tarixə Cavabdeh1 "xxxx" ASC-nə olan borcu 16.505,0 manat məbləğində müəyyən edilir,o cümlədən: - əsas kredit borcu 15.000,0 manat; - faiz borcu 1505,0 manat. İş materiallarında olan "xxxx" MMC-nin 12 sentyabr 2023-cü il tarixli, UNİ/S200-466/23 nömrəli ekspert rəyindən görünür ki:
1. Cavabdeh2 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 54 nömrəli fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti nəzərə alınmaqla 12 sentyabr 2023-cü il tarixinə Likvid qiyməti: 35 200,0 (otuz beş min iki yüz) manat təşkil edir.
2. Cavabdeh2 məxsus Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 54 nömrəli fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə 03 iyul 2023-cü il tarixinə Real bazar qiyməti: 44 000,0 (qırx dörd min) manat, Likvid qiyməti: 35 200,0 (otuz beş min iki yüz) manat təşkil edir. Qiymətləndirmə işi əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Ekspertiza üzrə xidmət haqqı 200 (iki yüz) manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi ipoteka çıxış edir. MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdehlər icranı gecikdirməklə üzərinə götürdükləri öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu olan cavabdeh isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Digər cavabdeh isə əsas borclunun öhdəliyi vaxtında icra etməsinə görə öz əmlakını ipoteka ilə yüklü etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən borc ondan tutulmalı, digər Cavabdeh2 məxsus ipoteka predmetinə tutma yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti kimi qiymətləndirmə rəyində göstərilən əmlakın likvid qiyməti olan 35200 manat götürülməli, əmlak açıq hərracda satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borc ödənilməli, əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğ Cavabdeh1 ümumi qaydada tutulmalı, ipoteka predmetinə tutuma yönəldikdən və həmin əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində həmin ev cavabdehlər Cavabdeh2 və Verdiyev Şahin tərəfindən boşaldılmalı, onların həmin yaşayış evinə istifadə hüquqları itirilməli və cavabdehlər qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə ekspert rəyində göstərilən məbləğin qanuni, ədalətli və müvafiq olmasını əsas götürərək Cavabdeh1 əsas borc qismində 15000 manat, faiz borcu qismində 1505 manat faiz borcunun tutulmalı olması qənaətinə gəlir. Dəbbə pulu ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehlərdən cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi yüksək dəbbə pulu məbləği azaldılmalı və Cavabdeh1 50 manat miqdarında dəbbə pulu tutulmalıdır. Belə ki, MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanununun 36.1-ci maddəsinə görə, isə ipoteka saxlayan həmin Qanunun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Kredit müqaviləsində nəzərdə tutulmuş əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış faizin ödənilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Avropa İnsan Hüquqları Məhkəməsinin» Delcour Belçikaya qarşı iş üzrə 19 yanvar 1975-ci il tarixli «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli, «X5» qarşı iş üzrə 26 oktyabr 2004-cü il tarixli Qərarlarında «hər bir məhkəmə aktından ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyinin aydın görünməli olduğu» xüsusi vurğulanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, 200 manat qiymətləndirmə və 100 manat ekspertiza xərci də Cavabdeh1 tutularaq müvafiq ekspertiza mərkəzi və qiymətləndirmə aparan şirkətin hesablarına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ləğv prosesində olan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 115.LN.2004.141114.00002 saylı Kredit müqaviləsi üzrə 15000 manat əsas, 1505 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 16555 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsi, 54 saylı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilsin. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 35.200 (otuz beş min iki yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh2 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulsun. Tutma ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsinə yönəldikdən və o satıldıqdan sonra ən geci 1(bir) ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılsın, onların yaşayış evindən istifadə hüquqları itirilsin və qeydiyyatdan çıxarılsınlar, həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılsın. Cavabdeh1 200 manat qiymətləndirmə və 100 manat ekspertiza xərcləri tutularaq müvafiq qiymətləndirmə şirkətinin və ekspertiza mərkəzinin hesablarına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fuad Babaşov