Məhkəmə qərarları › İş №2(021)-2482/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2482/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2482/2021 09.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hаkimi Əbilov Qamət Mehman оğlu Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı « borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri S.Vurğun küçəsi ev 36 saylı ünvanda qeydiyyatda olan və yaşayan Borclu 231 manat əsas borcun, 23 manat cərimənin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Borclu 12.07.2019-cu il tarixli nisyə alqı-*satqı satqı müqaviləsinə əsasən 419 manat məbləğində məişət məhsulunu kreditlə-nisyə satılmışdır. Ödəniş cədvəlinə uyğun olaraq hər ay 33 manat ödəniş etməli olduğu halda aylıq ödəniş etməmişdir. Ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Optimal Elektronika ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Borclu arasında bağlanmış 12.07.2019-cu il tarixli nisyə alqı-*satqı satqı müqaviləsindən müəyyən edilir ki, Optimal Elektronika ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Borclu 419 manat məbləğində 1 ədəd X3 6 Pro 32 GB BLACK markalı mobil telefon satılmış əldə etmiş, həmin məbləği ödəniş cədvəlinə uyğun olaraq hər ay 33 manat ödəniş ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş təhvil-təslim aktından görünür ki, Borclu 419 manat məbləğində 1 ədəd X3 6 Pro 32 GB BLACK markalı mobil telefon təhvil verilmişdir. Ərizəyə əlavə edilmiş maliyyə arayışından görünür ki, Borclu 231 manat məbləğində əsas borc, 23 manat cərimə olmaqla, cəmi 254 manat təşkil edir. Ərizəyə əlavə edilmiş 05.05.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, kreditor məhkəməyə ərizə ilə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Ərizəyə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1991-ci il tarixdə Bərdə rayonunda anadan olmuş və Bərdə rayonu Mirzalıbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borclu üzərinə bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu tam qaytarmamışdır. Nəticədə öhdəliklərini kreditor qarşısında tam icra etməyən borclu X1 kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 231 manat məbləğində borcu (əsas) yaranmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa məhkəmə əmri verilə bilər. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Bundаn bаşqа MPM-in 119.1-ci mаddəsinə əsаsən iş üzrə ödənilmiş dövlət rüsumu dа bоrcluyа аid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri S.Vurğun küçəsi ev 36 saylı ünvanda qeydiyyatda olan və yaşayan Borclu 231 manat əsas borcun, 23 manat cərimənin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar