Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2484/2022 01.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi ” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru Məhəmmədəli Qasımzadənin *7.*6.2*22-ci icraata başlamaq qərarının ləğv olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı tələbində İcra haqqında Azərbaycan Respublikası Qanunun 87-ci maddəsinə istinad edərək, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsini nəzərdə tutmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsində qeyd olunur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Məhkəmə qeyd edir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi ” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsinə əlavə olunmuş sənədlər ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 153cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi ” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsinə əlavə olunmuş sənədlər ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2484/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2484/2022
01.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver