Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2494/2021 28.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh Cavabdeh1 Novruz oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Məmmədov Rəvan Azay oğluna və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(021)-2494/2021 nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(021)-2494/2021 nömrəli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Məmmədov Rəvan Azay oğluna və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1740, 82 manat, faiz borcu üzrə 476,08 manat, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu 359,30 manat olmaqla, cəmi 2576,20 (iki min beş yüz yetmiş altı manat iyirmi qəpik) manat kredit borcu və ödənilmiş 20,40 manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(021)-2494/2021 il tarixli qətnaməsinin surəti 28 iyul 2021-ci il tarixdə cavabdehlərin poçt ünvanına göndərilmiş, cavabdeh Şahbəndiyev Tacəddin Novruz oğlu 17 avqust 20201-ci il tarixdə poçt sənədinə imza etməklə qətnamənin surətini almışdır. Cavabdeh X2 qeyd olunan Bərdə Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(021)-2494/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prossesual müddətin bərpa edilməsi barədə qərardad çıxarılması haqqında ərizə və həmçinin apellyasiya şikayəti vermişdir. Cavabdeh1 Novruz oğlu vəsatətini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(021)-2494/2021 saylı qətnaməsindən narazıdır. Qətnaməyə əsasən ondan 1740, 82 manat, faiz borcu üzrə 476,08 manat, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu 359,30 manat olmaqla, cəmi 2576,20 (iki min beş yüz yetmiş altı manat iyirmi qəpik) manat kredit borcu və ödənilmiş 20,40 manat dövlət rüsumu tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi qət edilmişdir. İşimlə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər olduğu üçün və həmçinin atasının səhəttindəki problemlərlə bağlı onun müalicəsinə başı qarışdığı səbəbi ilə zəruri prosessual müddət çərçivəsində apelyasiya şikayəti verə bilməmişdir. Az təminatlı ailə olduqları üçün də vəkil tutaraq vaxtında apelyasiya şikayətini yazdıra bilməmişdir. Əlavə ərizə verərək, ərizəsində göstyərmişdir ki, 2021-ci ilin avqust sentyabr aylarında 1-ci Qarabağ müüharibəsi zamanı erməni terrorçuları tərəfindən faciəli şəkildə kütləvi qətlə yetirilmiş Kəlbəcər rayon Başlıbel kənd sakinlərinin cəsədlərinin və eləcə də nənəsi Cəfərova Gülzəg Məhəmməd qızının cəsədinin axtarışı üzrə Respublika Prokurorluğu tərəfindən ayrılmış nümayəndələrlə birlikdə işğaldan azad edilmiş Kəlbəcərdə, doğulduğu Başlıbel kəndində olduğu üçün və sonra da həmin tapılmış cəsədlərin yenidən el adətinə uyğun olaraq dəfnlərində iştirak etmək üçün, yenidən Kəlbəcərə aqyıtdığından, bundan sonra atasının səhhətindəki porblemlərlə bağlı onun müalicəsinə başı qarışdığı səbəbi ilə qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə iclasında cavabdeh X2 ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat verərək izahatnda göstərdi ki, Bərdə Rayon Məhkəməsinin sözügedən qətnaməsinin surətini almışdır, lakin ərizəsində qeyd etdiyi səbəblərdən apelyasiya şikayəti verə bilməmişdir, buna görə də ötürülmüş müddətin üzürlü hesab edilməklə, apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etdi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digər cavabdehlər Cavabdeh2 Azay oğluna, Cavabdeh3 Qəzənfər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, vəsatət təmin olunmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133, 263-264, 267, 268 və 363-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Cavabdeh X2 tərəfindən verilmiş vəsatət təmin edilsin. Şahbəndiyev Tacəddin Novruz oğlu Bərdə Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(021)-2494/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməmiş hesab edilsin. Qərardaddan 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2494/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2494/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver