Məhkəmə qərarları › İş №2(021)-25/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-25/2024

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1770/2021 23.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2014-cü il 25 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 5466.97 manat əsas, 870.1 manat faiz, 3680.96 manat cərimə və kredit müqaviləsi üzrə 30.09.2017-ci il tarixdən 02.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 957.55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10975.58 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanm X2 mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.43 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və 0.43 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X3 məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.43 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra X2 və digər şəxslərin Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.43 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2014cü il 24 sentyabr tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Bərdə” filialında 72 ay müddətinə 15000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2014-cü il 25 sentyabr tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh illik 6%-lə 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0.43 ha torpaq sahəsi 2014-cü il 24 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 25 sentyabr tarixli kredit müqaviləsinin 10.2-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.1 faiz həcmində cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il aprelin 02-dək Cavabdeh 2014-cü il 25 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 5466.97 manat əsas, 870.1 manat faiz, 3680.96 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10018.03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 02 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən X2 25 sentyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 5466.97 manat əsas, 870.1 manat faiz, 3680.96 manat cərimə və kredit müqaviləsi üzrə 30.09.2017-ci il tarixdən 02.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 957.55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10975.58 manat borcu vardır. 25 sentyabr 2014-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bərdə Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-1770/2021 nömrəli mülki iş üzrə Seriya MH ******* saylı çıxarışla X3 məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və 0.43 ha torpaq sahəsinin likvid qiymətinin müəyyənləşdirilməsi üçün mütəxəssis rəyi alınması qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 sentyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə rayonunun Hacallı kəndində 0,43 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin 02.09.2021-ci il tarixdə, kənd yerində olduğu üçün likvid qiyməti 18 000 (on səkkiz) manat qiymətində dəyərləndirilmişdir. İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 sentyabr 2014-cü il tarixli 12-SKMF-1-0-1159-14 saylı əsas kredit müqaviləsindən müəyyən edilir ki, hazırkı müqavilənin predmeti kredit limitinin ayrılması barədə razılaşmadır. -Kreditor hər birinin məqsədi, məbləği və müddəti hazırkı müqavilə əsasında və çərçivəsində tərəflər arasında gələcəkdə bağlanacaq Əlavə Kredit Müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 15 000 manat və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində, 72 (yetmiş iki) ay müddətinə, yəni 24 sentyabr 2020-ci il tarixinədək müddət ərzində Borcalana kredit limitinin ayrılmasını öhdəsinə götürür. -Kredit məbləğinə hesablanmış faizləri, kredit ödənişləri və digər şərtlər tərəflərin razılığı ilə Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. -Əlavə Kredit Müqavilələri dedikdə, hazırkı Müqavilə əsasında bağlanan və onun tərkib hissəsi olan əlavə kredit, kredit xətti, akkreditiv, overdraft və qarantiya müqavilələri nəzərdə tutulur. İş materiallarında olan 25 sentyabr 2014-cü il tarixli 12-SKMF-1-0-1159-14 saylı əlavə kredit müqaviləsindən müəyyən olunur ki, bu müqavilənin predmeti Azərbaycan Respublikası manatı ilə ifadə edilən pul öhdəliyidir. -Kreditor Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə xırda buynuzlu mal-qaranın alınması məqsədi ilə istifadə etmək üçün borcalana 36 ay müddətinə (12 ay güzəşt müddəti olmaqla) 10 000 manat məbləğində kredit vəsaitinin verilməsini öhdəsinə götürür. -Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri kreditora qaytarmağı öhdəsinə götürür. -Bu müqavilə 12-SKMF-1-0-1159-14 saylı 24 sentyabr 2014-cü il tarixli əsas kredit müqaviləsi ilə nəzərdə tutulmuş və onun çərçivəsində bağlanan əlavə kredit müqaviləsi hesab edilir. İş materiallarında olan 12-SKMF-1-0-1159-14 saylı 24 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi surətindən müəyyən olunur ki, ipoteka saxlayanla Borclu arasında bağlanmış 24 sentyabr 2014-cü il tarixli, 12-SKMF-1-0-1159-14 saylı əsas kredit müqaviləsinə əsasən 15 000 (on beş min) manat məbləğində açılan kredit limiti və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. -İpotekanın predmeti: Bərdə rayonu, Hacallı kəndində yerləşən, 138,5 kv.m ümumi, 51,8 kv.m yaşayış, 86,7 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi. -İpoteka ilə yüklü edilmiş əmlakın yerləşdiyi ünvan və yetərli olan təsviri: Bərdə rayonu, Hacallı kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi. -İpoteka predmeti olan əşya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin 16.09.2008-ci il tarixli, MA seriyalı, ******* saylı, reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətindədir. -İpoteka saxlayanın razılığı olduğu halda girovun predmetinin və natural formasının dəyişdirilməsinə bu şərtlə yol verilir ki, təklif edilən yeni ipoteka predmetinin dəyəri bu Müqavilədə nəzərdə tutulmuş dəyərdən az olmasın. Belə hal bu Müqavilənin 14-cü bölməsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir. -İpoteka ilə yüklü edilmiş əmlak İpoteka qoyanın sahibliyində və istifadəsində qalır. -İpoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın, bu Müqavilənin müddəti bitənədək ilkin vəziyyətində saxlanılması üçün tədbirlər görməlidir. -İpoteka ilə yüklü edilmiş əmlak 28 000 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Hacallı kəndində mülkiyyətində olan 0,43 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 51,8 kv.m yaşayış, 86,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 168 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus, Bərdə rayonu, Hacallı kəndində 0,43 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 0,43 ha torpaq sahəsi ilə birlikdə 24 sentyabr 2014-cü il tarixli 12-SKMF- 1-0-1159-14 nömrəli kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 72 ayadək ipotekaya vermişdir. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 12-SKMF-1-0-1159-14 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 02 aprel 2021-ci il tarixə 5466,97 manat əsas, 870,1 manat faiz, 3680,96 manat cərimə, 957,55 manat əldən çıxmış fayda borcu vardır. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən müəyyən olunur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 29 yanvar 2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borclu məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 24 sentyabr 2014-cü il tarixli 12-SKMF-1-0-1159-14 saylı kredit müqaviləsi üzrə 10 000 manat məbləğində kredit alması, 5466,97 manat məbləğində əsas, 870,1 manat məbləğində faiz borcu, 3680,96 manat cərimə, 957,55 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 10975,58 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 24 sentyabr 2014-cü il tarixə 12-SKMF-1-0-1159-14 saylı nömrəli kredit müqaviləsi üzrə 5466,97 manat məbləğində əsas, 870,1 manat məbləğində faiz borcu, 3680,96 manat cərimə, 957,55 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 10975,58 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə tələb edilən cərimə pulunun miqdarı kredit müqaviləsi üzrə yaranmış əsas borc 5466,97 manat məbləğinə mütənasib olmadığından 3680,96 manat məbləğində cərimə pulunun 80,96 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 10 000 manat məbləğində kredit alması və həmin kredit üzrə 5466,97 manat məbləğində əsas, 870,1 manat məbləğində faiz borcu, 3680,96 manat cərimə, 957,55 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 10975,58 manat məbləğində kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi 5466,97 manat məbləğində əsas, 870,1 manat məbləğində faiz borcu, 80,96 manat cərimə, 957,55 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 7375,58 manat məbləğində borcunun tutulmasına dair hissəsində təmin edilməlidir. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borcu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. “İpoteka haqqında” Qanunun ipoteka predmeti olan yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi adlanan 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki; 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici “İpoteka Haqqında” Qanunun 59.3 və 59.3.1-ci maddələrinə istinadən hesab etmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh 24 sentyabr 2014-cü il tarixli 12-SKMF-1-0-1159-14 nömrəli kredit müqaviləsi üzrə 5466,97 manat məbləğində əsas, 870,1 manat məbləğində faiz borcu, 80,96 manat cərimə, 957,55 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 7375,58 manat borcunun tutulması, bu borcun ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan, Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılmalı, əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh ipoteka qoyulmuş ev ipotekaya yönəldikdən və satıldıqdan sonra evi tərk etməyi öhdəsinə götürdüyündən tutma ipoteka qoyulmuş Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək satıldıqdan sonra bir ay müddətinə yaşadığı həmin evdən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.2-ci maddəsində də qeyd edilmişdir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. İddianın Bərdə rayonu Hacallı kəndində yerləşən 0.43 ha torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Bərdə rayonu Hacallı kəndində yerləşən 0.43 ha torpaq sahəsi 24 sentyabr 2014-cü il tarixli 12-SKMF-1-0-1159-14 saylı ipokeka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Qeyd olunan müqavilədən görünür ki, yalnız Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iddia tələbinin əmlakın satışından əldə olunmuş vəsait banka olan borcunun qaytarılmasına kifayət etmədikdə qalıq məbləğin Cavabdeh ümumi qaydada tutulmasına dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Çünki qeyd olunan tələb məhkəmə qərarlarının icrası qaydasında həll edilən məsələdir. Əgər yaşayış evilərnin satışından əldə edilən məbləğ hazırkı tələb üzrə borcun ödənilməsinə kifayət etmədiyi halda borclunun konkret olaraq hansı əmlaklarının mövcud olması müəyyən edilməli, sonra isə icra şöbəsinin təqdimatı əsasında bu əmlak üzərinə həbs qoyulmaqla hərracda satılması yolu ilə qalan borcun ödənilməsi təmin edilməlidir. İddia tələbinin digər şəxslərin yaşayış evindən çıxarılması ilə bağlı məhkəmə qeyd edir ki, digər şəxslərin kimlərdən ibarət olması və həmin şəxslərin üzərlərinə evdən çıxmaları barədə hər hansı bir öhdəlik götürmələri barədə iddiaçı tərəf məhkəməyə sübut təqdim etmədiyindən, həmçinin digər şəxslər iddia ərizəsində cavabdeh kimi göstərilmədiyindən iddia tələbi həmin hissədə də təmin oluna bilməz. 12-SKMF-1-0-1159-14 saylı 24 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsində Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və 0.43 ha torpaq sahəsinin dəyəri 28000 manat qeyd edilsə də "xxxx" MMC-nin 02 sentyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə rayonunun Hacallı kəndində 0,43 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin 02.09.2021-ci il tarixdə, kənd yerində olduğu üçün likvid qiyməti 18 000 (on səkkiz min) manat olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin dəyəri mütəxəssis rəyinə uyğun qaydada, yəni 18 000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisiarın hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5466,97 manat məbləğində əsas, 870,1 manat məbləğində faiz borcu, 80,96 manat cərimə, 957,55 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə 7375,58 (yeddi min üç yüz yetmiş beş manat əlli səkkiz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumları və 30 (otuz) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borcun ödənilməsi ipoteka qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılsın. Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına borc ödənilsin. Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan bir ay sonra Cavabdeh həmin yaşayış evi üzərində istifadə hüququ itirilməklə evdən çıxarılsın. Bərdə rayonu, Hacallı kəndində yerləşən, 2 otaqlı, 51.8 kv.m yaşayış, 86.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin dəyəri 18 000 (on səkkiz min) manat müəyyən edilsin. Mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisiarın hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar