Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2506/2024 04.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı, Cavabdeh qarşı “Aliment məbləğinin artırılması” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı cavabdehdən tutlan alimentin məbləği artırılaraq yetkinlik yaşına çatmayan 26 may 2020-ci il təvəllüdlü X2 və 24 oktyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşaq üçün hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında aliment tutlmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 152.1.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) düzgün göstərilməmişdir. Belə ki, iddiaçı və cavabdeh Tərtər rayonunda daimi qeydiyyatda olsa da, ərizəçi iddiaçının seçiminə görə faktiki yaşadığı Bərdə rayonu üzrə məhkəməyə müraciət etmiş, lakin iddiaçı faktiki yaşadığı ünvanı tam göstərə bilməmişdir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən göstərilir ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu mənada həm iddiaçının, həm cavabdehin rəsmi qeydə alındığı yer Tərtər rayonu ərazisi olduğundan ərazi aidiyyəti üzrə Tərtər rayon məhkəməsinə müraciət edilməsi qanunauyğundur. Azərbaycan Respublikasının MPM-nin: 149.2.2-ci maddəsinə görə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Belə ki, iddia ərizəsində cavabdeh Bərdə regional ASAN xidmət Mərkəzi notariat kontoru göstərilsə də, xahiş edirəm hissəsində X3 və X1 vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, yeni vərəsəlik şəhadətnaməsinin verilməsi göstərilmişdir 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən İddiaçı, Cavabdeh qarşı “Aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qəraraaldı
1. İddiaçı Cavabdeh qarşı “Aliment məbləğinin artırılması” tələbinə dair ərizəsi geri qaytarılsın.
2. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim : Ziya Abdullayev