Məhkəmə qərarları › İş №2(021)-2511/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2511/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2511/2021 23.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı İddiaçı oğlunun, Cavabdeh iştirakları ilə , İddiaçı oğlunun Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 6400 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə Cavabdeh oğlu 2020-ci ilin yaz aylarında ondan aldığı 6400 manat dəyərində yem məhsullarını (arpa, taxıl, cücə yemi) nisyə götürərək satıb pulunu tez bir zamanda verəcəyini bildirmiş, lakin bu günə kimi borcunu ödəməmişdir. Dəfələrlə cavabdehlə əlaqə yaratsa da heç bir nəticəsi olmamışdır. Bu barədə Bərdə rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsində cavabdehin izahatı alınmış, izahatında borcunu qaytarmadığını etiraf etmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı oğlundan 6400 manat dəyərində yem məhsullarını nisyə almış, lakin maddi imkanı olmadığından ona olan borcunu ödəyə bilməmişdir. Borcunu ödəməkdən imtina etmir. Tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1976-cı il tarixdə Bərdə rayon Əyricə kəndində anadan olmuşdur. Bərdə rayon Əyricə kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 548 saylı, 02 iyul 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Əyricə kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsinin materiallarından görünür ki, İddiaçı Cavabdeh oğlu barəsində həmin orqana müraciət etmiş, onun müraciəti əsasında araşdırma aparılan zamanı Cavabdeh oğlu 2020-ci ilin mart ayından İddiaçı yem məhsulları aldığını, 6400 manat borcu yarandığını, lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyinə dair izahat vermişdir. Bərdə Rayon Polis Şöbəsi tərəfindən müraciət mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi məsəhət görülmüşdür. Mülki işə əlavə olunmuş 06.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən olundu ki, cavabdeh Cavabdeh oğlu İddiaçı oğlundan 6400 manat dəyərində yem məhsullarını nisyə almış, məhsulu satıb iddiaçıya olan borcunu verəcəyini bildirmiş, lakin bu günə kimi borcunu ödəməmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 600.1-cü maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, işdə olan materiallar nəzərə alınmalı, Cavabdeh oğlundan 6400 manat pul alınaraq iddiaçı İddiaçı oğluna verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh oğlundan alınaraq İddiaçı oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı İddiaçı oğlunun Cavabdeh oğluna qarşı “pul” tələbi təmin edilsin. Cavabdeh oğlundan cəmi 6400 (altı min dörd yüz ) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar