Məhkəmə qərarları › İş №2(021)-2517/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2517/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2517/2021 26.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 Sahib oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 Sahib oğluna qarşı kredit borcunun qaytarılması qarşı kredit borcu tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı iclası 07 sentyabr 2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə , QƏRARA ALDİ “İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 Sahib oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar