Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2525/2025 16.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair mülki işə 16 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 34.000 manat əsas borcun və 192 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul etməyini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 01.04. 2025-ci il tarixdə aralarında olan razılaşmaya əsasən Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.05 ha torpaq sahəsini 34000 manat qarşılığında almalı idi. O sözügedən məbləğin 1000 manat hissəsını əvvəlcədən daha sonra yerdə qalan hissəsini isə bir müddət sonra cavabdehə verib və bunun müqabilində xx.xx.2025-ci il tarixdə əmlakın alqı-satqı müqaviləsi bağlayıblar. Ancaq bundan sonra məlum olub ki, ona verilən torpaq sahəsi göstərilən ölçülərə cavab vermir. Bundan sonra cavabdehdən torpağı geri almasını və pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəmədə iddia qaldırmalı olmuşdur. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddianın təmin edilməməsini xahiş etdi. Bildirdi ki, o torpaq sahəsinin ölçüləri ilə bağlı məlumatlı deyildir. Dövlət reyestrində qeydə alınmış əmlaka dair qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********93 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia ərizəsini verilməsinə görə 192 (bir yüz doxsan iki) manat dövlət rüsumu ödəmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 485 saylı Bərdə regional”ASAN xidmət” mərkəzinin verdiyi Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 0.05 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi icra edilmişdir. xx.xx.2025-ci il tarixli 1345 saylı Bərdə şəhəri i.ə.d-nin verdiyi arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Ş.Mürvət küçəsi ev.84-də yaşayır. xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-6003/2025 saylı DDƏRX-nin verdiyi rəyə əsasən verilən cavabda görünür ki, İddiaçı məxsus ********** qeydiyyat nömrəli çıxarışla 0.05 həyətyanı torpaq sahəsi hazırda naturada 0.0488 hektar təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Rəyə əsasən Bərdə rayonu, Qaradağlı kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsi hazırda naturada 0,0488 hektar təşkil edir. Daşınmaz əmlaka dair reyestrin məzmunun həqiqiliyi və tamlığı cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin irəli gələn öhdəliyin pozulması kimi qiymətləndirilə bilməz. Cavabdeh həmin torpaq sahəsinin ölçü və həcmi ilə əlaqədar hüquqların pozuntusuna yol verməmişdir. Başqa sözlə, həmin ölçü və həcm çatışmamazlıqlarının aradan qaldırılması onun səlahiyəti xaricindədir. Cavabdeh əmlaka dair çıxarış əldə etdikdə gözlənilən hüququnu realizə edərək, həqiqiliyinə şübhə ilə yanaşmamışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı və qanuni olmadığından təmin edilməməlidir. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 192 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Qətetdi:
İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 192 (bir yüz doxsan iki) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev