Məhkəmə qərarları › İş №2(021)-2537/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2537/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2537/2021 18.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı İsmayıl oğlunun nümayəndəsi və vəkili X2, Cavabdeh X16 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh X12 İsa oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 borclu olduğu 900 manat pulun alınaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı İsmayıl oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, X10 ilə qohumluq müasibətləri vardır. Cavabdeh oğlu İsa İsazadəyə toy etmək üçün ondan 1400 manat borc pul istəmiş və toydan sonra pulunu qaytaracağına söz vermişdir. Qohum olduqları üçün etibar edib ona 1400 manat borc pul vermişdir. Ancaq cavabdeh Rafiq Nağıyev 2017-ci ildən başlayaraq bu günə qədər borc aldığı puldan müxtəlif vaxtlarda 200 manat və 300 manat olmaqla, cəmi 500 manat qaytarmışdır. Borc aldığı 1400 manat puldan qalan 900 manatını isə bu günə qədər qaytarmamışdır. Cavabdeh borclu olduğu pulun qalan 900 manatını da qaytaracağına söz verdi. Lakin Rafiq Nəbiyev üzrərinə götürdüyü öhdəliyi yerinə yetirməyib, pulu qaytarmamışdır. Dəfələrlə pulunu qayarmasını tələb etsə də cavabdeh yalan vədlər verib pulu qaytarmamışdır. Nəhayət cavabdeh borcunu ödəməyəcəyini bildirib, onu hədləmişdir. O, da Bərdə rayon Polis Şöbəsinə ərizə vermişdir. Lakin Polis Şöbəsində araşdırma aparılıb, mülki mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. O, da məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə cavabdeh Rafiq Nəbiyevdən ona borclu olduğu 900 manat pulu qaytarmaması nəticəsində hüquqları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Ağamalıyev Rəhim Musa oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına cavabdeh Nəbiyev Rafiq İsa oğlu izahatında iddianı qəbul etməyərək, göstərdi ki, iddiaçıdan 1400 manat borc pul almış, oğluna toy etdikdən sonra bir dəfə 500, bir dəfə 400 manat qaytarmış, qalan 500 manatı isə oğlu iddiaçıya ödəmişdir. Hal-hazırda iddiaçıya borcu qalmamışdır. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1960-cı ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş seriya 011705 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı müharibə veteranıdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 809 saylı, 05 iyul 2021-ci tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qaradağlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Nəbiyev Rafiq İsa oğlunun Bərdə Rayon Polis Şöbəsinə verdiyi izahatından surətindən müəyyən olunur ki, oğlu X9 toy edən zaman Kərimdən 1500 manat pul almış, həmin puldan hissə-hissə 900 manat pul qaytarmış, onun hesabı ilə Kərimə 600 manat borcu qalmışdır. Beləliklə məhkəmə cavabdehin məhkəmədə verdiyi izahatını qeyri-səmimi hesab edir. Belə ki, cavabdeh istər Bərdə rayon Polis Şöbəsində və məhkəmə iclasında bir-birinə ziddiyyətli fikirlər səsləndirmişdir. Belə ki, cavabdeh əvvəlcə 200 manat, sonra 300 manat, daha sonra isə 300 manat pul ödədiyini bildirmişdir. Verilmiş suallar zamanı cavabdeh izahatını dəyişərək cəmi 400 manat ödədiyini qeyd etmişdir. Son olaraq isə cavabdeh bildirdi ki, əvvəlcə 400 manat ödəmiş, daha sonra isə 500 manat iddiaçının özünə, 500 manat isə oğlu iddiaçıya ödəmişdir. Fərqli məbləğlərin qeyd edilməsini cavabdeh ödədiyi məbləğlərin yadından çıxması ilə əsaslandırmağa çalışmışdır. Bundan başqa cavabdeh məhkəmədə söylədiyi məbləğlərin ödənilməsini təsdiq edə biləcək nə sənəd, nə də şahidi olmadığını bildirmişdir. Halbuki cavabdeh Bərdə Rayon Polis Şöbəsinə verdiyi izahatında oğlu X9 toy edən zaman Kərimdən 1500 manat pul aldığını, həmin puldan hissə-hissə 900 manat pul qaytardığını, onun hesabı ilə Kərimə 600 manat borcu qaldığını etiraf etmişdir. Beləliklə cavabdehin izahatlarına qiymət verən məhkəmə hesab edir ki, həmin izahatlar ziddiyətli olmaqla bərabər həm də qeyri-səmimi xarakter daşıyır və əsas mahiyyəti mülki öhdəlikdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Soltanov Kərim İsmayıl oğlunun cavabdeh X8 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Nəbiyev Rafiq İsa oğlundan 900 (doqquz yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar