Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2543/2022 01.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Azercell Telekom MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azercell Telekom MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 195.65 manat abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 215.65 manat vəsaitin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh Ağdam rayonu Seyidli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Azercell Telekom MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair 2(021)-2543/22 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Ağdam rayon Məhkəməsində göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35,44,45-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azercell Telekom MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair 2(021)-2543/22 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2543/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2543/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver