Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2543/2023 21.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X9 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X7 müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 564.09 ABŞ dolları əsas, 04 aprel 2016-cı il tarixə hesablanmış 31,82 ABŞ dolları faiz, 522,77 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85,76 ABŞ dolları, cəmi 1204,44 ABŞ dolları məbləğində borcun və 30 manat ödənimiş dövlət rüsumunun tutulması barədə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-dən illik 33%-lə 18 ay müddətinə 3200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq X10 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.1ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2019-cu il tarixinədək Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə 564,09 ABŞ dolları əsas, xx.xx.2016-cı il tarixə hesablanmış 31,82 ABŞ dolları faiz, 522,77 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85,76 ABŞ dolları, cəmi 1204,44 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(021)-2543/2023 saylı qərardadı ilə Cavabdeh vəfat etdiyindən X8 hüquqi varis qismində iş cəlb olunmuşdur. Bərdə rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(021)-2543/2023 saylı qərardadı ilə iddia tələbi cavabdeh X9 münasibətdə MPM-nin 261.0.7-ci madəsinə əsasən , yəni iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən cavabdeh X9 münasibətdə icraata xitam verilmişdir. İddiaçı ASCnin nümayəndəsi X11 məhkəməyə ərizə ünvanlayaraq əsas borclu vəfat etdiyindən icraatın dayandırılması zəruri olduğunu bildirmişdir. Məhkəmə həmin vəsatəti məqbul saymamış və əsas borclu Cavabdeh vəfat etdiyindən X4 hüquqi varis qismində iş cəlb etdiyindən işə hüquqi varisə münasubətdə mahiyyəti üzrə bazılmasını zəruri bildi. Cavabdeh hüquqi varisi X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki işə əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 83/34-MB saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 33% olmaqla 3200 ABŞ dolları məbəğində kredit verilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 83/34-MB saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 83/34-MB saylı Kredit Müqaviləsi üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə X10 ilə zaminlik müqaviləsi imzalanmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2019-cu il tarixli Maliyyə arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 69569145 saylı kredit müqaviləsi üzrə sonuncunun 03 aprel 2019-cu il tarixə 564.09 ABŞ dolları əsas, 31.82 ABŞ dolları faiz, 522.77 ABŞ dolları cərimə, 85.76 ABŞ dolları müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 5%-lik borc olmaqla, cəmi 1204.44 ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Mülki işə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə olunmuş 11 aprel 2019-cu il tarixli mədaxil qəbzindən görsənir ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli 9/4086 №-li Ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan olan borcu 42,70 ABŞ dolları əsas borc, 69,58 ABŞ dolları faiz borcu olmaqla cəmi 112,28 ABŞ dolları məbləğindədir. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 10 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli arayışdan görünür ki, X10 20 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.10.021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Qarayusifli bələdiyyəsinin mülkiyyətində olan və ünvan 1ində yerləşən 1.50 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixdən xx.xx.2037-ci il tarixinədək Cavabdeh icarəsinə verilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli 1695/2021 №-li məktubdan görünür ki, X8 mərhum Cavabdeh qanun üzrə vərəsəsi kimi tanınmaq hüququna malikdir. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 10 iyul 2021-ci il tarixdə vəfat etmiş Cavabdeh qanuni vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan X6r və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********78 Reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayon Qarayusifli bələdiyyəsinin mülkiyyətində olan və ünvan 1ində yerləşən 1.50 ha torpaq sahəsinin üzərində 26 iyun 2037-ci il tarixədək Cavabdeh məxsus olan İcarə hüququndan ibarətdir. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 23 sentyabr 2021-ci il tarixli 635 №-li arayışdan görünür ki, Cavabdeh vəfatına qədər ünvan 1ində yaşamış, vəfatından sonra təsərrüfatının faktiki idarəsi onunla birgə yaşayan ailə üzvü, X1. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2014-cü il tarixli, 83/34-MB saylı Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 33% olmaqla 3200 ABŞ dolları məbəğində kredit verilmişdir. Həmin məbləği annuited ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq X10 ilə xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, cavabdehlər Cavabdeh və X10 vəfat etmişdir. Cavabdeh miras əmlakını oğlu X8 qəbul edərək vərəsəlik şəhadətnaməsi almışdır. Odur ki, Bərdə rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(021)-2543/2023 saylı qərardadı ilə Cavabdeh vəfat etdiyindən X8 hüquqi varis qismində iş cəlb olunmuş və işə həmin X5 münasibətdə baxılması davam etdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından mərhum Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, onun öhdəliyinin hər bir təqsirli pozuntusuna görə qanuni vərəsəsi X8 məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə kredit müqavilələrii üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı ASC-nin iddiasının 522,77 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 40 ABŞ dolları məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə həmçini hesab edir ki iddia tələbi xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85,76 ABŞ dolları tələbi hissəsində də təmin olunmalıdır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 42,70 ABŞ dolları əsas, 31,82 ABŞ dolları faiz, 40 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85,76 ABŞ dolları borcu olmaqla, cəmi 200,28 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun olaraq cavabdeh X3 alınaraq İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh X3 tutularaq X2 büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 42,70 ABŞ dolları əsas, 31,82 ABŞ dolları faiz, 40 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85,76 ABŞ dolları borcu olmaqla, cəmi 200,28 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun olaraq alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh X3 alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh X3 tutularaq X2 büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2543/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2543/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver