Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2546/2025 04.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət eərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 5445 nömrəli müqavilə üzrə 785 manat əsas borcun, 110 manat cərimənin, xx.xx.2025-ci il tarixli, 5493 nömrəli müqavilə üzrə 633 manat əsas borcun, 95 manat cərimənin, xx.xx.2025-ci il tarixli, 5531 nömrəli müqavilə üzrə 380 manat əsas borcun, 70 manat cərimənin, üç müqavilə üzrə cəmi 2073 manat borcun və ödənilmiş 40,73 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin X1 Şəhadətnaməyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə 5445 nömrəli Nisyə (kreditə) alqı-satqı müqaviləsi bağlayaraq ona nisyə satış dəyəri 785 manat dəyərində “Honor X 6B” markalı mobil telefon satılmışdır. Cavabdeh ilkin olaraq 0,00 manat ödəmiş, qalan 785 manat borcu hissə-hissə 12 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2025-ci il tarixdə Cavabdeh ilə 5493 nömrəli Nisyə (kreditə) alqı-satqı müqaviləsi bağlayaraq ona nisyə satış dəyəri 720 manat dəyərində “TV ŞİVAKİ 43 4K” televizor satılmışdır. Cavabdeh ilkin olaraq 87 manat ödəmiş, qalan 633 manat borcu hissə-hissə 12 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2025-ci il tarixdə Cavabdeh ilə 5531 nömrəli Nisyə (kreditə) alqı-satqı müqaviləsi bağlayaraq ona nisyə satış dəyəri 380 manat dəyərində “Samsung A 05S” markalı mobil telefon satılmışdır. Cavabdeh ilkin olaraq 0,00 manat ödəmiş, qalan 380 manat borcu hissə-hissə 12 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu Cavabdeh aralarında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş qaydada yerinə yetirməmiş, bununlada ona zərər dəymişdir. Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, 5445 nömrəli müqavilə üzrə 785 manat əsas borcun, 110 manat cərimənin, xx.xx.2025-ci il tarixli, 5493 nömrəli müqavilə üzrə 633 manat əsas borcun, 95 manat cərimənin, xx.xx.2025-ci il tarixli, 5531 nömrəli müqavilə üzrə 380 manat əsas borcun, 70 manat cərimənin, üç müqavilə üzrə cəmi 2073 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş; “Rəşad Elektronics”in sahibi Fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5445 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh fiziki şəxs İddiaçı 1 ədədinin kreditə (nisyə) dəyəri 785 manat olan “Honor X 6B” markalı mobil telefon almış, 0,00 manat ilkin olaraq ödəmiş, 785 manat borcu 12 ay müddətinə ayda 65,42 manat olmaqla hissə-hissə ödəməsini öhdəsinə götürmüşdür. “Rəşad Elektronics”in sahibi Fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 5493 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh fiziki şəxs İddiaçı 1 ədədinin kreditə (nisyə) dəyəri 720 manat olan “TV ŞİVAKİ 43 4 K” televizor almış, 87 manat ilkin olaraq ödəmiş, 633 manat borcu 12 ay müddətinə ayda 52,75 manat olmaqla hissə-hissə ödəməsini öhdəsinə götürmüşdür. “Rəşad Elektronics”in sahibi Fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 5531 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh fiziki şəxs İddiaçı 1 ədədinin kreditə (nisyə) dəyəri 380 manat olan “Samsung A 05 S” mobil telefon almış, 0,00 manat ilkin olaraq ödəmiş, 380 manat borcu 12 ay müddətinə ayda 31,67 manat olmaqla hissə-hissə ödəməsini öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixli, 5445 nömrəli müqavilə üzrə 785 manat əsas borcu, 110 manat cərimə, xx.xx.2025-ci il tarixli, 5493 nömrəli müqavilə üzrə 633 manat əsas borcu, 95 manat cərimə, xx.xx.2025-ci il tarixli, 5531 nömrəli müqavilə üzrə 380 manat əsas borcun, 70 manat cərimə, üç müqavilə üzrə cəmi 2073 manat borcu mövcuddur. xx.xx.2025-ci il tarixli Bildirişdən və ona əlavə edilmiş poçt reyestrinin surətindən görünür ki, Cavabdeh borcunun məbləği barədə xəbərdar edilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 40,73 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Bərdə rayonu, Alaçadırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatdadır və yaşayır. Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ********** saylı VÖEN-ə malik olmaqla vergi orqanında xx.xx.2005-ci ildə qeydiyyata alınmışdır. AA3844947 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1994-cü ildə Bərdə rayonu, Hacallı kəndində doğulmuşdur, Bərdə rayonu, Hacallı Ərazi Dairəsinin Hacallı kəndində qeydiyyatdadır və yaşayır. Beləliklə, müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 5445 nömrəli Nisyə (kreditə) alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə nisyə satış dəyəri 785 manat olan Honor X6B markalı mobil telefon satılmışdır. Həmçinin İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə 5493 nömrəli Nisyə (kreditə) alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə nisyə satış dəyəri 720 manat olan “TV ŞİVAKİ 43 4K” televizor satılmışdır. Həmçinin İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə 5531 nömrəli Nisyə (kreditə) alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə nisyə satış dəyəri 380 manat olan “Samsung A 05 S” markal mobil telefon satılmışdır. Cavabdeh müqavilələr üzrə borcu hissə-hissə ödəməsini öhdəsinə götürmüş, lakin cаvаbdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bоrclu оlduğu pulu tam olaraq iddiaçıya ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Beləliklə, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xx.xx.2024-cü il tarixli, 5445 nömrəli müqavilə üzrə 785 manat əsas borcun, 110 manat cərimənin, xx.xx.2025-ci il tarixli, 5493 nömrəli müqavilə üzrə 633 manat əsas borcun, 95 manat cərimənin, xx.xx.2025-ci il tarixli, 5531 nömrəli müqavilə üzrə 380 manat əsas borcun, 70 manat cərimənin, üç müqavilə üzrə cəmi 2073 manat borcun və ödənilmiş 40,73 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəlləsinin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçının iddiasının cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq xx.xx.2024-cü il tarixli, 5445 nömrəli müqavilə üzrə 40 manat, xx.xx.2025-ci il tarixli, 5493 nömrəli müqavilə üzrə 32 manat və xx.xx.2025-ci il tarixli, 5531 nömrəli müqavilə üzrə 20 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 5445 nömrəli müqavilə üzrə 785 manat əsas borc, 40 manat cərimə, xx.xx.2025-ci il tarixli, 5493 nömrəli müqavilə üzrə 633 manat əsas borc, 32 manat cərimə, xx.xx.2025-ci il tarixli, 5531 nömrəli müqavilə üzrə 380 manat əsas borc, 20 manat cərimə, üç müqavilə üzrə cəmi 1890 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 40,73 manat dövlət rüsumu və dövlət rüsumu ödənilərkən 0,40 manat bank xidmət haqqı ödəmişdir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 40,73 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməli, dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat bank xidmət haqqı tələb edilmədiyindən iddiaçın özünə ai edilməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 5445 nömrəli müqavilə üzrə 785 manat əsas borc, 40 manat cərimə, xx.xx.2025-ci il tarixli, 5493 nömrəli müqavilə üzrə 633 manat əsas borc, 32 manat cərimə, xx.xx.2025-ci il tarixli, 5531 nömrəli müqavilə üzrə 380 manat əsas borc, 20 manat cərimə, üç müqavilə üzrə cəmi 1890 (min səkkiz yüz doxsan) manat borc və ödənilmiş 40,73 (qırx manat yetmiş üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2546/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2546/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver