Məhkəmə qərarları › İş №2(021)-255/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-255/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-255/2022 26.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi 15014,37 (on beş min on dörd manat 37 qəpik) manat - bundan 14985,89 (on dörd min doqquz yüz səksən beş manat 89 qəpik) manat əsas, 28,48 (iyirmi səkkiz manat 48 qəpik) manat faiz və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 111,20 kv.m ümumi, 73,60 kv.m yaşayış sahəsi, 37,60 yardımçı sahədən ibarət 3 otaqlı, 15 nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 115.LN.1676.251219.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə illik 01 (bir) faiz ödənilmək şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 121.CL.100315.00003/a saylı İpoteka müqaviləsinə və xx.xx.2019-cu il tarixli, 121.CL.100315.00003/a saylı sonrakı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 111,20 kv.m ümumi, 73,60 kv.m yaşayış sahəsi, 37,60 yardımçı sahədən ibarət 3 otaqlı, 15 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********470 saylı, xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 15014,37 (on beş min on dörd manat 37 qəpik) manat təşkil edir. Bundan 14985,89 (on dörd min doqquz yüz səksən beş manat 89 qəpik) manat əsas, 28,48 (iyirmi səkkiz manat 48 qəpik) manat faiz borcu təşkil edir. Bərdə Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, rəy alınanadək icraat dayandırılmışdır. "xxxx" MMC-nin UNİ/Y 26-0226/22 saylı 09 fevral 2022-ci il tarixli rəyindən müəəyən olunur ki, Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Xudu Məmmədov küçəsində 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 09 fevral 2022-ci il tarixinə bazar qiyməti 27000 (iyirmi yeddi min) manat, likvid dəyəri 23000 (iyirmi üç min) manat təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elmar Əliyev məhkəməyə teleqram göndərərək məhkəmə iclasına üzürlü səbəbdən gələ bilmədiyini, iddianı müdafiə etdiyini qeyd edərək işə iştirakları olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 dekabr 2019-cu il tarixli 115.LN.1676.251219.00002 saylı kredit müqaviləsindən müəyyən edilir ki, bu müqavilənin şərtlərinə əsasən, kreditor borcalana 15 000 manat məbləğində kredit ayırır. -Borcalan kreditdən yalnız kredit və k/x ödənilməsi üçün istifadə edəcəkdir. -Borcalan istifadə etdiyi kreditə görə kreditora illik 1 faiz ödəyir. -Kreditə görə faizlər borcalanın ssuda hesabının debiti üzrə vəsaitin köçürüldüyü gündən onların kreditorun hesabına daxil etdiyi anadək gündəlik hesablanır və hər ayın 25-dən gec olmayaraq borcalan tərəfindən ödənilir. -Kreditorun kredit siyasətində hər hansı bir dəyişiklik baş verərsə, buna səbəb Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit resurslarına görə faiz dərəcəsinin, banklararası kreditlər bazarında dərəcələrin, özünün mövcud resurslarının dəyişməsi ola bilər və bu halda kreditor borcalana 5 gün əvvəl yazılı xəbərdarlıq etməklə kreditdən istifadəyə görə faiz dərəcəsini birtərəfli qaydada dəyişmək hüququna malikdir. -Əgər borcalan ödənilən faizlərin məbləğinin artırılması ilə razı deyilsə, xəbərdarlıq müddəti başa çatdığı andan bu müqavilə pozulmuş hesab edilir. Borcalan krediti dərhal qaytarmalı və kreditdən istifadə edilmiş müddətə görə faizləri ödəməlidir. İş materiallarında olan 121.CL.100315.00003/a saylı 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsi surətindən müəyyən olunur ki, İpotekasaxlayan və Cavabdeh1 (borcalan) arasında bağlanmış 10 mart 2015-ci il tarixli 121.LN.2004.100315.00003 saylı kredit müqaviləsi və ona edilmiş, və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə ipotekaqoyan əmlakı ipoteka qoyur, eləcə də ona olan hüquq və maraqları (gələcəkdə-ipoteka qoyulmuş əmlak) (əmlakın konkret təsviri, onun ipoteka dəyəri və digər lazımi məlumatlar bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəsində göstərilmişdir) ipoteka saxlayana verir. İş materiallarında olan 10 mart 2015-ci il tarixli 121.CL.100315.00003/a saylı ipoteka müqaviləsinə 1 saylı əlavəsinin surətindən müəyyən olunur ki, ipoteka qoyulmuş əmlak Cavabdeh1 Bərdə şəhəri, Xudu Məmmədov küçəsində xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsində 15 nömrəli evdə yerləşən, 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 111,2 kv.m, yaşayış sahəsi 73,6 kv.m, yardımçı sahəsi 37,6 kv.m olan fərdi yaşayış evidir. Fərdi yaşayış evinin ilkin bazar qiyməti 15000 (on beş min) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan 121.CL.100315.00003/a saylı 25 dekabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı 115.LN.1676.251219.00002 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə sonrakı ipoteka ilə yüklü edir. -sonrakı ipotekanın predmetinin təsviri və olduğu yer: Bərdə şəhəri, Xudu Məmmədov küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 73,6 kv.m yaşayış, 37,6 kv.m yardımçı, 111,2 kv.m ümumi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi. -ipoteka qoyulan əmlak: Azərbaycan respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsusdur. -sonrakı ipoteka predmetinin dəyəri “İpoteka qoyan” və “ipoteka saxlayan”ın razılığına əsasən 30000 (otuz min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 29 dekabr 2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 İsa oğluna məxsus, Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 15 b nömrəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 25 dekabr 2019-cu il tarixli 115.LN.1676.51219.00002 nömrəli kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 60 ayadək ipotekaya vermişdir. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 115.LN.1676.251219.00002 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 08 iyun 2021-ci il tarixə 14985,89 manat əsas, 28,48 manat faiz, ümumilikdə 15014,37 manat borcu vardır. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh1 məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən müəyyən olunur ki, Cavabdeh2, 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********71-10301 olan çıxarışa əsasən əri Cavabdeh1 məxsus olan və ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111,2 kv.m olan fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmasına razılıq verir və yuxarıda qeyd olunan ipoteka predmetinə ipoteka tutma (ödəniş) yönəldikdə həmin fərdi yaşayış evini dərhal, qeydşərtsiz tərk etməyi qəbul edir. Bu ərizə yuxarıda göstərilən fərdi yaşayış evinin girovu ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcədə dəyişdiyi hallarda da həmçinin gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin fərdi yaşayış evinin girovuna dair razılığını ifadə edir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, hazırda onun 14985,89 manat əsas, 28,48 manat faiz borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 25 dekabr 2019-cu il tarixli 115.LN.1676.251219.00002 nömrəli kredit müqaviləsi üzrə 15 000 manat məbləğində kredit alması, 14985,89 manat məbləğində əsas, 28,48 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 15014,37 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 25 dekabr 2019-cu il tarixə 115.LN.1676.251219.00002 nömrəli kredit müqaviləsi üzrə 14985,89 manat məbləğində əsas, 28,48 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 15014,37 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 15 000 manat məbləğində kredit alması və həmin kredit üzrə 14985,89 manat məbləğində əsas, 28,48 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 15014,37 manat məbləğində kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi borcun tutulmasına dair hissəsində təmin edilməlidir. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borcu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. “İpoteka haqqında” Qanunun ipoteka predmeti olan yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi adlanan 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki; 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici “İpoteka Haqqında” Qanunun 59.3 və 59.3.1-ci maddələrinə istinadən hesab etmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 25 dekabr 2019-cu il tarixli 115.LN.1676.251219.00002 nömrəli kredit müqaviləsi üzrə 14985,89 manat məbləğində əsas, 28,48 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 15014,37 manat borcunun tutulması, bu borcun ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan, Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 111,20 kv.m ümumi, 73,60 kv.m yaşayış sahəsi və 37,60 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 15 nömrəli fərdi yaşayış evinə yönəldilməklə, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı, əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyulmuş ev ipotekaya yönəldikdən və satıldıqdan sonra evi tərk etməyi öhdələrinə götürdüklərindən tutma ipoteka qoyulmuş Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 111,20 kv.m ümumi, 73,60 kv.m yaşayış sahəsi və 37,60 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 15 nömrəli fərdi yaşayış evinə yönəldilərək satıldıqdan sonra bir ay müddətinə yaşadıqları həmin evdən çıxarılmalıdırlar. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.2-ci maddəsində də qeyd edilmişdir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Məhkəmə iddia tələbinin əmlakın satışından əldə olunmuş vəsait banka olan borcunun qaytarılmasına kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulmasına dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Çünki qeyd olunan tələb məhkəmə qərarlarının icrası qaydasında həll edilən məsələdir. Əgər yaşayış evilərnin satışından əldə edilən məbləğ hazırkı tələb üzrə borcun ödənilməsinə kifayət etmədiyi halda borclunun konkret olaraq hansı əmlaklarının mövcud olması müəyyən edilməli, sonra isə icra şöbəsinin təqdimatı əsasında bu əmlak üzərinə həbs qoyulmaqla hərracda satılması yolu ilə qalan borcun ödənilməsi təmin edilməlidir. "xxxx" MMC-nin UNİ/Y 226-0226/22 saylı 09 fevral 2022-ci il tarixli rəyində Cavabdeh1 xüsusi mülkiyyətində olan, Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 111,20 kv.m ümumi, 73,60 kv.m yaşayış sahəsi və 37,60 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 15 nömrəli fərdi yaşayış evinin real bazar dəyəri 27 000 (iyirmi yeddi min) manat, likvid dəyəri 23000 (iyirmi üç min) manat müəyyən edilsə də 25 dekabr 2019-cu il tarixli 121.CL.100315.00003/a saylı sonrakı ipoteka müqaviləsində ipoteka qoyulmuş əmlakın ilkin bazar qiyməti 30000 manat dəyərində qiymətləndirildiyindən, əmlakın ilkin dəyəri mütəxəssis rəyinə uyğun qaydada yəni 23000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində xidmət haqqı Cavabdeh1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220,227,233,360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 14985,89 (on dörd min doqquz yüz səksən beş manat səksən doqquz qəpik) manat məbləğində əsas, 28,48 (iyirmi səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 15014,37 (on beş min on dörd manat otuz yeddi qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borcun ödənilməsi ipoteka qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 111,20 kv.m ümumi, 73,60 kv.m yaşayış sahəsi və 37,60 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 15 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 111,20 kv.m ümumi, 73,60 kv.m yaşayış sahəsi və 37,60 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 15 nömrəli fərdi yaşayış evi açıq hərracda satılsın. Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 111,20 kv.m ümumi, 73,60 kv.m yaşayış sahəsi və 37,60 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 15 nömrəli fərdi yaşayış evinin ilkin dəyəri 23 000 (iyirmi üç min) manat müəyyən edilsin. Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 111,20 kv.m ümumi, 73,60 kv.m yaşayış sahəsi və 37,60 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 15 nömrəli fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına borc ödənilsin. Bərdə şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 111,20 kv.m ümumi, 73,60 kv.m yaşayış sahəsi və 37,60 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 15 nömrəli fərdi yaşayış evi açıq hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin yaşayış evi üzərində istifadə hüquqları itirilməklə evdən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar