Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2552/2023 23.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X15 iclas kаtibliyi, cavabdehin vəkili X36 və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Bərdə şəhəri Elçin Əsədov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evini miras əmlakı qəbul etdiyindən həmin əmlak üzərində paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi belə əsaslandırılmışdır ki, mərhum X3 və mərhum anası X17 birgə nikahından xx.xx.1958-ci il təvəllüdlü X24, xx.xx.1960-cı il təvəllüdlü X25, xx.xx.1968-ci il təvəllüdlü X18, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Ağacan oğlu, X19, X10, X11 və X13 adlı övladları olmuşdur. X3 xx.xx.1983-cü il tarixdə, anası X33 isə xx.xx.2003cü ildə vəfat etmişdir. Bundan başqa bacısı X10 2002-ci il tarixdə, qardaşları X19 2014-cü il tarixdə, X25 isə 2021-ci il tarixdə vəfat etmişlər. Qeyd edir ki, hazırda cavabdehin ailə üzvləri ilə birlikdə yaşadıqları Bərdə şəhər Elçin Əsədov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evi xx.xx.2006-cı il tarixdə ******* saylı qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində mərhum X3nun adına qeydə alınmışdır. Mərhum valideynlərinin sağlığında sözügedən fərdi yaşayış evini hazırki iş üzrə cavabdeh olan qardaşı X18 ilə şifahi razılıq əsasında aralarında bölmüşdülər. Ancaq mülkiyyət hüquqlarını qeydə aldırmamışlar. Ötən illər ərzində evi bir neçə dəfə təmir etdirmiş, evin bütün kommunal ödənişləri onun adına qeydiyyata götürülüb və ödənişləri o edir. Valideynləri vəfat etdikdən sonra cavabdeh Saleh Baxşıyev ona yaxınlaşaraq bildirdi ki, Rusiya Federasiyasına gedəcək və bu səbəbdən də fərdi yaşayış evi sənədləşdirilməlidir. Bu səbəbdən də o Saleh Baxşıyevə pul verərək sənədləşmə işlərini aparmasını tapşırdı. Cavabdeh sözügedən sənədləşmə işini saxta yollarla öz adına rəsmiləşdirilmiş, onun isə bundan xəbəri olmamışdır. Qeyd edir ki, cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır. Hazırda cavabdeh X18 ilə aralarında problem olmasa da, miras qalmış torpaq sahəsi üzərində paylarının müəyyən edilməsi və naturada bölünməsi zərurəti ortaya çıxmışdır. Miras əmlak üzərində paylarının müəyyən edilməsi məqsədi ilə vərəsəlik şəhadətnaməsi almaq üçün Notariat Ofisinə müraciət etdi. Sözügedən idarədən ona cavab verildi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Onlar mirasın qəbulu üçün qnunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Odur ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunur. Bu səbəbdən məhkəmədə iddia qaldırmalı olmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, mərhum X3ndan miras qalmış Bərdə şəhəri, Elçin Əsədov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evini miras əmakı qəbul etdiyindən həmin əmlak üzərində paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Hazırki iddia hüquq və vəzifələrinə, maraq və mənafelərinə toxunduğundan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2552/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X9 qarşı miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə X20, X11 və X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddiaçı məhkəməyə teleqram göndərək səhhəti ilə əlaqədar məhkəmə iclasına iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasına cavabdehin vəkili X36 və nümayəndəsi X26 iddianı rədd edərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cəlb edilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edərək izahat vermiş üçüncü şəxslər Mənsurə Vəliyeva və Elmira Yusifova bildirmişlər ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qardaşları Saleh Baxşıyev valideynləri ilə birgə yaşamışlar. Valeh heç zaman və bir gün də olsun orada yaşamamışdır. Saleh həmin evi valideynlərinin sağlığında tam şəkildə tikib və təmir edib, sənəd alıb. Valideynləri vəfat etdikdən sonra da orada Saleh yaşamağa davam etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib iş materiallarını təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. 025476 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə ilə əlaqədar əlillik statusuna malikdir. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 xx.xx.1970-ci ildə anadan olmuşdur. AZE seriyalı, 14257813 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1963-cü ildə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri, H.Əliyev prospekti, ev 1-də yaşayır. AZE seriyalı, 16182792 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1965-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri, Zöhrabbəyov küçəsi, ev 8-də yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, XYQ-382049 nömrəli arayışdan görünür ki, X16 xx.xx.1983-cü ildə çanaq sümüyünün qapaq sınığı nəticəsində Bərdə şəhərində vəfat etmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 024044 nömrəli arayışdan görünür ki, X33 xx.xx.2003-cü ildə qaraciyər çatışmamazlığı səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 25547 nömrəli arayışdan görünür ki, X10 xx.xx.2002-ci ildə xərçəng intoksikasiyası səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ İ 547752 saylı arayışdan görünür ki, X24 xx.xx.1958-ci ildə Bərdə şəhərində anadan olmuşdur. X6, anası X22r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 244 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X25 xx.xx.1960-cı ildə Bərdə rayonunda anadan olmuşdur. X6, anası X23r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə 12 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 666198 nömrəli arayışdan görünür ki, İddiaçı Ağacan oğlu xx.xx.1971-ci ildə Bərdə rayonunda anadan olmuşdur. X4, anası X23r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 390 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 130157 nömrəli arayışdan görünür ki, X18 xx.xx.1968-ci ildə Bərdə rayonunda anadan olmuşdur. X4, anası X23r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə 402 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 511-05/69 nömrəli arayışdan görünür ki, X16 xx.xx.1983-cü ildə çanaq sümüyünün sınığı nəticəsində Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 143 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 512-05/69 nömrəli arayışdan görünür ki, X33 xx.xx.2003-cü il tarixdə qaraciyər çatışmamazlığı səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 07 nömrə ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-605/2023 nömrəli məlumatların təsdiq edilməsi barədə sorğuya cavabdan görünür ki, X7 adına Bərdə şəhəri, E.Əsədov küçəsi 49 saylı fərdi yaşayış evi xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Başıyeva Ağca Gəray qızının adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. O cümlədən Bərdə şəhəri, keçmiş Şəhriyar küçəsi 47 saylı fərdi yaşayış evi X28 adına keçmiş DTİ və MHQ idarəsi tərəfindən 4359 saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 213916 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.2021-ci il tarixdə törədicisi müəyyən olunmamış digər pnevmoniya səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 940 nömrə ilə qeydə alınmışdır. 4 saylı Bakı Asan Xidmət X35 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 265321 nömrəli ölüm haqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2014-cü il tarixdə xroniki respirator çatışmamazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarix, 381 nömrə ilə qeydə alınmışdır. Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1317 nömrəli cavabdan görünür ki, Bərdə şəhər sakini olmuş xx.xx.1983-cü ildə vəfat etmiş X3nun vəfatından sonra qalmış miras əmlaka dair xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın tərkibi olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair ona çatası miras pay hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün göstərilən müddət ərzində müraciət etmədiyinə görə o susmuş vərəsə hesab olunur. Eləcə də şəhadətnamə almış digər vərəsə tərəfindən onun miras əmlakı faktiki idarə etməyi barədə sənəd təqdim etmədiyindən onun adı ərizə ilə müraciət etmədiyindən onun adı X7 əmlakına dair verilmiş qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Odur ki, şəhadətnamənin doğruluğunun mübahisələndirilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3226/2023 nömrəli sorğuya cavabdan görünür ki, X7 adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. Habelə Bərdə şəhəri, E.Əsədov küçəsi 49 saylı fərdi yaşayış evi 2V-461 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 adına özgəninkiləşdirilmiş və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə regional ASAN Xidmət mərkəzi tərəfindən verilmiş 2V-461 nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, miras əmlak olan ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 49,47 kv.m fərdi yaşayış evindən X7 vərəsəsi olan X18 tam hissədə pay almalıdır. İş materiallarında olan ödəniş qəbzləri və tədiyyə bildirişlərinin surətlərindən görünür ki, X2 şəhəri, Elçin Əsədov küçəsində yerləşən evlə bağlı müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə torpaq və əmlak vergiləri ödəmişdir. İş materiallarında olan notarial qaydada razılığın surətindən görünür ki, X1 Saleh Ağahəsən oğluna Azərbaycan Respublikası, ünvan 3 ünvanında yerləşən yaşayış evinin və ya yaşayış evindən istənilən payın onun mülahizəsinə uyğun olan şərtlərlə istənilən üsulla onun mülkiyyətinə rəsmiləşdirilməsinə razılıq verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Bərdə şəhəri Elçin Əsədov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evini miras əmlakı qəbul etdiyindən həmin əmlak üzərində paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Məhkəmə hesab edir ki, İddiaçı mərhum X3ndan miras qalmış Bərdə şəhəri, Elçin Əsədov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi iş materialları ilə sübut edilmir. Belə ki, işdə olan ödəniş qəbzlərindən görünür ki, Bərdə şəhəri,Elçin Əsədov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evi və torpaq sahəsinə dair torpaq və əmlak vergisi Saleh Baxşıyev tərəfindən ödənilmişdir. Həmçinin, sübut edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evində Saleh Baxşıyev mərhum valideynləri ilə qalmış, həmin evi təmir etmiş və valideynləri vəfat etdikdən sonra da orada ailə üzvləri ilə birgə yaşamışdır. Həmçinin, iş materiallarında olan Bərdə regional ASAN Xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, miras əmlak olan ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 49,47 kv.m fərdi yaşayış evindən X7 vərəsəsi olan X18 tam hissədə miras payı almış və miras əmlak olan fərdi yaşayış evi və torpaq sahəsi X8 adına özgəninkiləşdirilməklə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. İddiaçı isə Mülki Məcəllənin 1246-cı maddəsində qeyd edilmiş mirasın qəbulu üçün nəzərdə tutulmuş 6 aylıq müddəti də ötürmüşdür və bu halda susmuş vərəsə sayıldığından ona çatası pay qanun üzrə digər vərəsə olan cavabdehin vərəsəlik payına əlavə edilmiş və cavabdeh Saleh Baxşıyev həmçinin miras əmlaka faktiki sahiblik və idarə etdiyindən (orada yaşamaqla və təmir işləri aparmaqla) notariat ofisinə müvafiq ərizə verməklə də X3ndan miras qalmış Bərdə şəhəri Elçin Əsədov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evini qəbul edərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq evi qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində öz adına rəsmiləşdirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, miras əmlakın iddiaçı tərəfindən qəbul və idarə edilməsi sübut edilsəydi belə iddianın təmin edilməsi üçün ilk növbədə mübahisə predmeti olan miras əmlaka dair cavabdehin adına verilmiş 2V-461 nömrəli 12 aprel 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nörməli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli idi ki, iddiaçı iddia tələbində bunu da qeyd etməmişdir. Yalnız sözügedən sənədlər etibarsız hesab edildikdən sonra vərəsəlik paylarının tanınması mümkün ola bilərdi. Qeyd edilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı mərhum X3ndan miras qalmış Bərdə şəhəri Elçin Əsədov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evini miras əmlakı qəbul etdiyindən həmin əmlak üzərində paylarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2552/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2552/2023
23.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver