Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2561/2021 17.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaşı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fazil oğluna qarşı pul tələbinə dair mülki iş üzrə iddianı təmin etmək haqqında ərizəyə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏ YYƏN ETDİ: İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində 2625 manat və əldən çıxmış faydaya görə isə 3000 manat, dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun cavabdehlərdən müştərək qaydada alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın təmin edilməsi üçün tədbirlər görülməsi barədə ərizə verərək işə baxılana qədər iddianın təmini tədbiri kimi cavabdehlər Məmmədov Firdovsi Fazil oğlunun və Məmmədov Ədalət Fazil oğlunun Bərdə rayonu Cəyirli kəndində və Bərdə rayonu Şorəlli kəndində yerləşən əmlakın üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıərizəsini onunla əsaslandırmışdır ki, məhkəmədə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fazil oğluna qarşı pul tələbinə dair iddia qaldırmışdır. Cavabdehlərin Bərdə rayonu, Cəyirli kəndində cücə yetişdirmə obyekti vardır, həmin obyektdə yüzlərlə, minlərlə cücə (çolpa) yetişdirilir. Odur həmin əmmlaın üzərinə həbs qoyulmasını istəyir. Məhkəmə, İddiaçı ərizəsini və iş materiallarını müzakirə edərək müəyyən edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının ərizəsi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsinə üzərinə həbs qoyulmasını tələb etdiyi əmlakların kimə məxsus olması barədə sənəd əlavə etməmiş, əmlakların hazırda kimin mülkiyyətində olması müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmədə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fazil oğluna qarşı pul tələbinə dair iddiası üzrə iddianın təmini barədə ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan ərizənin təmin olunması üçün sübutlar olmadığından təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 157, 163, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı işə baxılana qədər iddianın təmini tədbiri kimi əmlakların üzərinə həbs qoyulması barədə ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2561/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2561/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver