Məhkəmə qərarları › İş №2(021)-258/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-258/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-258/2021 18.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı Cavabdeh X2 iştirakı ilə İddiaçı Cavabdeh Höcət oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Höcət oğlundan 3600 ABŞ dolları (ödəmə vaxtı Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) və 10200 manat dəymiş ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh Höcət oğluna 25.01.2015-ci il tarixdə 3.600 ABŞ dolları borc vermiş, Cavabdeh həmin borcu tezliklə qaytaracağını bildirmişdir. Sonradan cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan boyun qaçırmağa başlamış, dəfələrlə ondan borcu tələb etmiş, lakin cavabdeh borcunu 4-5 aya qaytaracağına söz vermişdir. Onu inandırmaq məqdəsi ilə cavabdeh 25.01.2015-ci il tarixdə Bakı şəhəri, 38-ci Dövlət Notariat Kontorunda “borcun etirafı haqqında müqaviləni” imzalamış, həmin müqaviləyə əsasən cavabdeh borcunu 01.06.2017-ci il tarixə kimi tam ödəməyi öhdəsinə götürmüş, o, da cavabdehin səmimiliyinə inanıb müqaviləni imzalamışdır. Bundan sonra cavabdeh yenidən onu aldatmış, pulu qaytarmaqdan boyun qaçırmışdır. Belə olan halda həmin müqaviləni Bərdə rayon İcra və Probasiya Şöbəsinə icra edilməsi üçün göndərmiş, lakin məhkəmə qətnaməsinin olmaması ilə əlaqədar icra məmuru onun barəsində heç bir qanuni tədbir görə bilməmişdir. Cavabdeh borcunu uzun müddət qaytarmadığından ailəsini saxlamaq üçün tanışlarından borc və Bankdan hətta kredit götürmüşdür. Faktiki olaraq cavabdeh ona borcdan əlavə 6000(altı min) manat maddi ziyan vurmuşdur. Cavabdehin təqsiri üzündən öz evini satıb ailəsini dolandırmaq məcburiyyətində olmuşdur. Hesab edir ki, cavabdeh ona, onun təqsiri üzündən dəymiş 6000(altı min) manatı və əldən çıxmış fayda qismində 4500(dörd min beş yüz) manatı da ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə verərək cavabdehlə aralarında razılığa gəldiklərindən cavabdehdən 2700 ABŞ dolları pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Höcət oğlu iddianı qismən qəbul edərək göstərmişdir ki, 25.01.2015-ci il tarixdə iddiaçıdan 3.600 ABŞ dolları borc pul almış, bocundan bir hissəsini ödəmiş, iddiaçıya 2700 ABŞ dolları borcu qalmışdır. Borcunu birdəfəyə ödəməyə imkanının olmadığını qeyd edərək iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 yanvar 2017-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən müəyyən olunur ki, fiziki şəxs İddiaçı ilə borcalan Cavabdeh Höcət oğlu arasında yaranmış 25 yanvar 2015-ci ildə aldığı 3600 ABŞ dolları borcun qaytarılması ilə bağlı Azərbaycan respublikasının MM-nin 882-ci maddəsinə əsasən mövcud borcun etirafı haqqında qarşılıqlı razılıq əsasında bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar: -borcalan tərəf borcverən tərəfə 3600 ABŞ dolları borcunun olduğunu etiraf edir. -borcalan tərəf borcverən tərəfə olan borcunu 01 iyun 2017-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürür. -müqavilə üzrə ödənişlər edildikdə bu barədə notariusa yazılı məlumat verilməlidir. İş materiallarında olan 21 avqust 2019-cu il tarixli icra qeydi surətindən müəyyən olunur ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, 25.01.2017-ci il tarixli 3M/48 reyestrdə Bakı şəhəri 38 saylı notariat ofisində rəsmiləşdirilmiş mövcud borcun etirafı haqqında müqavilə üzrə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə ünvan 2da qeydiyyatda olan Cavabdeh Höcət oğlundan müddət üçün vaxtında ödənilməmiş 3600 ABŞ dolları (ödənilən günə Mərkəzi bankın mövcud məzənnəsi ilə) tutulmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Höcət oğlu 25 yanvar 2015-ci ildə iddiaçıdan 3600 manat borc pul almış, 25 yanvar 2017-ci ildə tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Cavabdeh borcundan bir hissəsini ödəmiş, 2700 ABŞ dolları borcu qalmışdır. Cavabdeh borcunu 4-5 aya qaytaracağına söz versə də borcunu qaytarmamışdır. Cavabdeh Höcət oğlu iddiaçıya olan 2700 ABŞ dolları borcunu iddiaçıya ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh Höcət oğlunun 2700 ABŞ dolları məbləğində pulu İddiaçı oğluna qaytarmaması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh Höcət oğlu 2700 ABŞ dolları məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh Höcət oğlu həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh Höcət oğlu 2700 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh Höcət oğlu həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Höcət oğlundan alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh Höcət oğluna qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Höcət oğlundan 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində pul icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar