Məhkəmə qərarları › İş №2(021)-259/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-259/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-259/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 25R000002391 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 4355.65 ABŞ dolları məbləğində kredit borcu, 4674.67 ABŞ dolları məbləğində faiz borcu və 2046.54 ABŞ dolları məbləğində cərimə borcu, 025R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 5469.81 ABŞ dolları məbləğində kredit borcu, 4433.32 ABŞ dolları məbləğində faiz borcu və 2532.52 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23512,51 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 10.05.2013-cü il tarixli 25L000000274 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 13.05.2014-cü il tarixli 25R000002391 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18 000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.05.2015-ci il tarixli 25R000002391S saylı, 01.04.2016-cı il tarixli 25R000002391A saylı, 03.03.2017-ci il tarixli 25R000002391B saylı, 05.02.2018-ci il tarixli 25R000002391SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.01.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 13644.35 ABŞ dolları ödəmiş, onun 4355.65 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.04.2020-ci il tarixə 455 gün üçün hesablanmış faiz borcu 4674.67 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 14.04.2020-ci il tarixə 455 gün üçün hesablanmış cərimə 2046.54 ABŞ dolları təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 05.12.2014-cü il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15600 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 05.05.2015-ci il tarixli 025R**********S saylı, 01.04.2016-cı il tarixli 025R**********SA saylı, 03.03.2017-ci il tarixli 025R**********SB saylı, 05.02.2018-ci il tarixli 025R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 07.01.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 10130.19 ABŞ dolları ödəmiş, onun 5469.81 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.04.2020-ci il tarixə 463 gün üçün hesablanmış faiz borcu 4433.32 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 14.04.2020-ci il tarixə 463 gün üçün hesablanmış cərimə 2532.52 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredt xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bərdə Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4085 saylı 16 iyul 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 13 may 2014-cü il tarixli 25R000002391 nömrəli kredit razılaşması üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 13 may 2014-cü il tarixli 25R000002391 saylı kredit müqaviləsinin, həmçinin həmin müqavilənin əsasında imzalanmış əlavə sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə maliyyə arayışında borcun hesablandığı 14.04.2020-ci il tarixinə olan ümumi borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 4435,65 ABŞ dolları, faiz borcu üzrə - 1807,22 ABŞ dolları. 05 dekabr 2014-cü il tarixli 025R********** saylı kredit razılaşması üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 05 dekabr 2014-cü il tarixli 025R********** saylı kredit müqaviləsinin, həmçinin həmin müqavilənin əsasında imzalanmış əlavə sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə maliyyə arayışında borcun hesablandığı 14.04.2020-ci il tarixinə olan ümumi borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 5469,81 ABŞ dolları, faiz borcu üzrə - 1976,84 ABŞ dolları. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Aidə Osmanlı məhkəməyə teleqram göndərərək məhkəmə iclasda üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alıb, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) X5 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 2014-cü ildə "xxxx" QSC-dən 24 ay müddətinə, aylıq 2,1667 faizlə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh2 və Cavabdeh3 qeyd olunan öhdəliyin təminatı olaraq Cavabdeh1 zamin olmuşlar. Cavabdehlər borclarının bir hissəsini ödəsələr də sonradan dolların məzənnəsinin qalxması ilə əlaqədar olaraq borclarını ödəyə bilməmişlər. İddia ərizəsində faiz borcu şişirdilərək göstərilmiş, yüksək məbləğdə cərimə hesablanmışdır. İddianın əsas borc tələbinə dair hissədə iddia ərizəsinə, faiz borcu tələbinə dair hissədə isə ekspert rəyinə uyğun qaydada təmin olunmasına etirazının olmadığını, cərimə borcunun isə silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) X3 izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 may 2013-cü il tarixli 25L000000274 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «kredit» adlandırılacaq) Kredit Alana 100000 (bir yüz min) ABŞ dollari məbləğində kredit xəttini (bundan sonra «kredit xətti» adlandırılacaq) açır. Kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq ayrıca razılaşma (bundan sonra «Kredit Razılaşmaları») əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir -Bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay 10 may 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. -Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. -Bankın verdiyi kreditlərdən yalnız müvafiq Kredit Razılaşmasında göstərilmiş məqsəd üçün istifadə etməyi və ətraf mühitlə bağlı Bankın istisna etdiyi fəaliyyət növləri üçün istifadə etməməyi Kredit Alan öz öhdəsinə götütrür. İş materiallarında olan 025R********** saylı 05 dekabr 2014-cü il tarixli “10 may 2013cü il tarixli 25L000000274 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə” kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 15600,00 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 18 ay müddətinə kredit alana-Cavabdeh1 verir. -kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini , ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 25R000002391 saylı 13 may 2014-cü il tarixli “10 may 2013cü il tarixli 25L000000274 nömrəli kredit xətti müqaviləsi üzrə” kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 18000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 ay müddətinə kredir alana verir. -Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 25R000002391S saylı 13 may 2015-ci il tarixli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişdən müəyyən olunur ki, Bank ilə Kredit Alan arasında 10 may 2013-cü il tarixli 25L000000274 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 13 may 2014-cü il tarixdə bağlanmış 25R000002391 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə 13 aprel 2016-cı il tarixdən aylıq 2.0833%, 13 may 2016-cı il tarixdən aylıq 0%, dərəcəsi ilə faizlər hesablanır və Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 13 may 2014-cü il tarixli ödəniş planı (“əvvəlki ödəniş planı”) ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 13 may 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilir; -Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kredititin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir; -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş materiallarında olan 25R000002391SA saylı 01 aprel 2016-cı il tarixli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişdən müəyyən olunur ki, Bank ilə Kredit Alan arasında 10 may 2013-cü İİ tarixli 25L000000274 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 13 may 2014-cü il tarixdə bağlanmış 25R000002391 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə 01.04.2016cı il tarixdən aylıq 1.5 % dərəcəsi ilə faizlər hesablanır. -Kredit Alan bu Sazişə əlavə olunan 01 aprel 2016-cı il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. -Кredit X7 üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə bu Sazişdən əvvəl Kredit Razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. -Kredit Alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. -Kredit X7 üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər. Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. -X8 valyutada verilmiş kreditlər ilə bağlı hər hansı bir güzəşt tətbiq edildiyi təqdirdə həmin güzəştin bu kreditə də şamil olunması üçün heç bir məhdudiyyət yaratmır. -Müştəri Bank qarşısında iştənilən öhdəliyi üzrə vaxtı çatmış ödənişi icra edə bilmədikdə, Bank Müştərinin ödəməli olduğu məbləği Müştərinin Bankda olan bank hesablarından birtərəfli qaydada şərtsiz öz xeyrinə silmək hüququna malikdir. Bu bənd üzrə bank hesabından silinən vəsaitin valyutası Müştərinin icra edilməli öhdəliyinin valyutasından fərqli olduqda, müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Bankın elan etdiyi mübadilə məzənnəsi əsasında həyata keçiriləcək. -Kredit Alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq olmadıqda Bank bu Ödəniş Planında qeyd olunmuş 549.93 USD məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 25R000002391SB saylı 03 mart 2017-ci il tarixli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişdən müəyyən olunur ki, Bank ilə Kredit Alan arasında 10 may 2013-cü il tarixli 25L000000274 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 13 may 2014-cü il tarixdə bağlanmış 25R000002391 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan 03.03.2017-ci il tarixli Ödəniş Planına (“ödəniş Planı”) uyğun olaraq Banka ödəməlidir. -Kredit X7 üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə aylıq 1.5% dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. -Kredit Alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. -Kredit X7 üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olamayaraq həmin xarici valyutada da Banka etməlidir. -X8 valyutada verilmiş kreditlər ilə bağlı hər hansı bir güzəşt tətbiq edildiyi təqdirdə həmin güzəştin bu kreditə də şamil olunması üçün heç bir məhdudiyyət yaratmır. -Müştəri Bank qarşısında iştənilən öhdəliyi üzrə vaxtı çatmış ödənişi icra edə bilmədikdə, Bank Müştərinin ödəməli olduğu məbləği Müştərinin Bankda olan bank hesablarından birtərəfli qaydada şərtsiz öz xeyrinə silmək hüququna malikdir. Bu bənd üzrə bank hesabından silinən vəsaitin valyutası Müştərinin icra edilməli öhdəliyinin valyutasından fərqli olduqda, müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Bankın elan etdiyi mübadilə məzənnəsi əsasında həyata keçiriləcək. -Kredit Alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq olmadıqda Bank bu Ödəniş Planında qeyd olunmuş 549.93 USD məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 25R000002391SC saylı 05 fevral 2018-ci il tarixli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişdən müəyyən olunur ki, Bank ilə Kredit Alan arasında 10 may 2013-cü il tarixli 25L000000274 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 05 fevral 2018-ci il tarixdə bağlanmış 25R000002391 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan 05 fevral 2018-ci İİ tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Banka ödəməlidir. -Kredit X7 üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə aylıq 1.5% dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. -Kredit Alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. -Kredit X7 üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olamayaraq həmin xarici valyutada da Banka etməlidir. -X8 valyutada verilmiş kreditlər ilə bağlı hər hansı bir güzəşt tətbiq edildiyi təqdirdə həmin güzəştin bu kreditə də şamil olunması üçün heç bir məhdudiyyət yaratmır. -Müştəri Bank qarşısında iştənilən öhdəliyi üzrə vaxtı çatmış ödənişi icra edə bilmədikdə, Bank Müştərinin ödəməli olduğu məbləği Müştərinin Bankda olan bank hesablarından birtərəfli qaydada şərtsiz öz xeyrinə silmək hüququna malikdir. Bu bənd üzrə bank hesabından silinən vəsaitin valyutası Müştərinin icra edilməli öhdəliyinin valyutasından fərqli olduqda, müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Bankın elan etdiyi mübadilə məzənnəsi əsasında həyata keçiriləcək. -Kredit Alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq olmadıqda Bank bu Ödəniş Planında qeyd olunmuş 549.33 USD məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 025R**********S saylı 05 may 2015-ci il tarixli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” sazişdən müəyyən olunur ki, Bank ilə Kredit Alan arasında 10 may 2013-cü il tarixli 25L000000274 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 05 dekabr 2014-cü il tarixdə bağlanmış 025R********** Kredit Razılaşması (“Kredit Razılaşması") əsasında verilmiş kreditin qalıq məbləğinə 05 aprel 2016-cı il tarixdən aylıq 2.0833%, 07 İyun 2016 -ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır və Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 05 dekabr 2014-cü il tarixli ödəniş planı (“əvvəlki ödəniş planı”) ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 05 may 2015-ci il tarixli ödəniş Planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilir; -Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kredititin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir; -Kredit Alanın yeni ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı yeni ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq sayda olduqda Bank yeni ödəniş planı üzrə hər bir ay üçün kreditin qalıq məbləğinə bu Sazişdən əvvəl Kredit Razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə müvafiq ay üçün bu Saziş ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsinin fərqi qədər faiz dərəcəsi tətbiq etməklə cərimə hesablayaraq Kredit Alandan tələb edə bilər və bu halda Kredit Alan həmin cəriməni Banka ödəməlidir. - Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş materiallarında olan 025R**********SA saylı 01 aprel 2016-cı il tarixli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” sazişdən müəyyən olunur ki, Bank ilə Kredit Alan arasında 10 may 2013-cü İİ tarixli 25L000000274 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 05 dekabr 2014-cü il tarixdə bağlanmış 025R********** Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında verilmiş kreditin qalıq məbləğinə 01.04.2016cı il tarixdən aylıq 1.3333% dərəcəsi ilə faizlər hesablanır. -Kredit Alan bu Sazişə əlavə olunan 01 aprel 2016-cı il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. -Kredit X7 üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə bu Sazişdən əvvəl Kredit Razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. -Kredit Alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. -Kredit X7 üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olamayaraq həmin xarici valyutada da Banka etməlidir. -X8 valyutada verilmiş kreditlər ilə bağlı hər hansı bir güzəşt tətbiq edildiyi təqdirdə həmin güzəştin bu kreditə də şamil olunması üçün heç bir məhdudiyyət yaratmır. -Müştəri Bank qarşısında iştənilən öhdəliyi üzrə vaxtı çatmış ödənişi icra edə bilmədikdə, Bank Müştərinin ödəməli olduğu məbləği Müştərinin Bankda olan bank hesablarından birtərəfli qaydada şərtsiz öz xeyrinə silmək hüququna malikdir. Bu bənd üzrə bank hesabından silinən vəsaitin valyutası Müştərinin icra edilməli öhdəliyinin valyutasından fərqli olduqda, müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Bankın elan etdiyi mübadilə məzənnəsi əsasında həyata keçiriləcək. -Kredit Alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq olmadıqda Bank bu Ödəniş Planında qeyd olunmuş 453.75 USD məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 025R**********SB saylı 03 mart 2017-ci il tarixli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” sazişdən müəyyən olunur ki, Bank ilə Kredit Alan arasında 10 may 2013-cü il tarixli 25L000000274 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 05 dekabr 2014-cü il tarixdə bağlanmış 025R********** Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan 03.03.2017-ci İİ tarixli Ödəniş Planına (“ödəniş Planı") uyğun olaraq Banka ödəməlidir. -Kredit X7 üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə aylıq 1.3333% dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. -Kredit Alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. -Kredit X7 üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olamayaraq həmin xarici valyutada da Banka etməlidir. -X8 valyutada verilmiş kreditlər ilə bağlı hər hansı bir güzəşt tətbiq edildiyi təqdirdə həmin güzəştin bu kreditə də şamil olunması üçün heç bir məhdudiyyət yaratmır. -Müştəri Bank qarşısında iştənilən öhdəliyi üzrə vaxtı çatmış ödənişi icra edə bilmədikdə, Bank Müştərinin ödəməli olduğu məbləği Müştərinin Bankda olan bank hesablarından birtərəfli qaydada şərtsiz öz xeyrinə silmək hüququna malikdir. Bu bənd üzrə bank hesabından silinən vəsaitin valyutası Müştərinin icra edilməli öhdəliyinin valyutasından fərqli olduqda, müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Bankın elan etdiyi mübadilə məzənnəsi əsasında həyata keçiriləcək. -Kredit Alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq olmadıqda Bank bu Ödəniş Planında qeyd olunmuş 461.54 usd məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 025R**********SC saylı 05 fevral 2018-ci il tarixli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” sazişdən müəyyən olunur ki, Bank ilə Kredit Alan arasında 10 may 2013-cü il tarixli 25L000000274 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 05 fevral 2018-ci il tarixdə bağlanmış 025R********** Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan 05 fevral 2018-ci il tarixli Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq Banka ödəməlidir. -Kredit X7 üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə aylıq 1.3333% dərəcəsi ilə faizlər hesablaya və Kredit Alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda Kredit Alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. -Kredit Alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. -Kredit X7 üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olamayaraq həmin xarici valyutada da Banka etməlidir. -X8 valyutada verilmiş kreditlər ilə bağlı hər hansı bir güzəşt tətbiq edildiyi təqdirdə həmin güzəştin bu kreditə də şamil olunması üçün heç bir məhdudiyyət yaratmır. -Müştəri Bank qarşısında iştənilən öhdəliyi üzrə vaxtı çatmış ödənişi icra edə bilmədikdə, Bank Müştərinin ödəməli olduğu məbləği Müştərinin Bankda olan bank hesablarından birtərəfli qaydada şərtsiz öz xeyrinə silmək hüququna malikdir. Bu bənd üzrə bank hesabından silinən vəsaitin valyutası Müştərinin icra edilməli öhdəliyinin valyutasından fərqli olduqda, müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə Bankın elan etdiyi mübadilə məzənnəsi əsasında həyata keçiriləcək. -Kredit Alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq olmadıqda Bank bu Ödəniş Planında qeyd olunmuş 468.5 USD məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 10 may 2013-cü il tarixli 25S000000747 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 10 may 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 10 may 2013-cü il tarixli 25S000000748 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 10 may 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 10 may 2013-cü il tarixli 25S000000749 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh4 borclu Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 10 may 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 19 noyabr 2013-cü il tarixli 25S000001526 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Həşimova /Sənubər Zülfüqar qızı borclu Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 10 may 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 20.05.2020-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 025R********** saylı 05.12.2014-cü il tarixli kredit razılaşması üzrə iddiaçıya 14.04.2020-ci il tarixə 5469,81 ABŞ dolları məbləğində əsas kredit borcu, 4433,32 ABŞ dolları faiz borcu, 2532,52 ABŞ dolları cərimə borcu, cəmi 12435,65 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan 20.05.2020-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 25R000002391 saylı 13.05.2014-cü il tarixli kredit razılaşması üzrə iddiaçıya 14.04.2020-ci il tarixə 4355,65 ABŞ dolları məbləğində əsas kredit borcu, 4674,67 ABŞ dolları faiz borcu, 2046,54 ABŞ dolları cərimə borcu, cəmi 11076,86 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan 27 noyabr 2019-cu il tarixli xəbərdarlıqların surətlərindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 10.12.2019-cu il tarixinədək hesablanmış məbləği banka qaytarmasa banka borclu olduğu məbləğin, həmçinin hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda təkcə banaka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı xərcləri ödəyəcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan 21.05.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" QSC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 25R000002391 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 4355.65 ABŞ dolları məbləğində kredit borcu, 4674.67 ABŞ dolları məbləğində faiz borcu və 2046.54 ABŞ dolları məbləğində cərimə borcu, 025R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 5469.81 ABŞ dolları məbləğində kredit borcu, 4433.32 ABŞ dolları məbləğində faiz borcu və 2532.52 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23512,51 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş etsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2021ci il tarixli rəyindən müəyyən olunur ki, 13 may 2014-cü il tarixli 25R000002391 nömrəli kredit razılaşması üzrə cavabdehlərin 4435,65 ABŞ dollarıəsas, 1807,22 ABŞ dolları faiz borcu, 05 dekabr 2014-cü il tarixli 025R********** saylı kredit razılaşması üzrə 5469,81 ABŞ dolları əsas, 1976,84 ABŞ dolları faiz borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulmasına dair hissədə iddia ərizəsinə uyğun qaydada, faiz borcu tələbinə dair hissədə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2021-ci il tarixli rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 13 may 2014-cü il tarixli kredit razılaşması üzrə 4355,65 ABŞ dolları məbləğində əsas kredit borcu, 1807,22 ABŞ dolları faiz borcu, 2046,54 ABŞ dolları cərimə borcu və 05 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 5469,81 ABŞ dolları məbləğində əsas kredit borcu, 1976,84 ABŞ dolları məbləğində faiz borcu, 2532,52 ABŞ dolları cərimə borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 13 may 2014-cü il tarixli kredit razılaşması üzrə 4355,65 ABŞ dolları məbləğində əsas kredit borcunu, 1807,22 ABŞ dolları faiz borcunu, 2046,54 ABŞ dolları cərimə borcunun və 05 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 5469,81 ABŞ dolları məbləğində əsas kredit borcunu, 1976,84 ABŞ dolları məbləğində faiz borcunu, 2532,52 ABŞ dolları cərimə borcunun ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kreditor "xxxx" QSC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tələb edilən cərimə pulunun miqdarı yaranmış 13 may 2014-cü il tarixli müqavilə üzrə əsas borc 4355,65 ABŞ dolları məbləğinə mütənasib olmadığından 2046,54 ABŞ dolları məbləğində cərimə pulunun 46,54 ABŞ dolları məbləğinə, 05 dekabr 2014-cü il tarixli müqavilə üzrə əsas borc 5469,81 ABŞ dolları məbləğinə mütənasib olmadığından 2532,52 ABŞ dolları məbləğində cərimə pulunun 32,52 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 13 may 2014-cü il tarixli kredit razılaşması üzrə 4355,65 ABŞ dolları məbləğində əsas kredit borcu, 1807,22 ABŞ dolları məbləğində faiz borcu və 2046,54 ABŞ dolları cərimə borcu, 05 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 5469,81 ABŞ dolları məbləğində əsas kredit borcu, 1976,84 ABŞ dolları məbləğində faiz borcu və 2532,52 ABŞ dolları məbləğində cərimə borcu yaranması sübuta yetirildiyindən iddia tələbi 13 may 2014-cü il tarixli kredit razılaşması üzrə 4355,65 ABŞ dolları məbləğində əsas kredit borcu, 1807,22 ABŞ dolları məbləğində faiz borcu və 46,54 ABŞ dolları məbləğində cərimə borcu, 05 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 5469,81 ABŞ dolları məbləğində əsas kredit borcu, 1976,84 ABŞ dolları məbləğində faiz borcu və 32,52 ABŞ dolları məbləğində cərimə borcunun tutulmasına dair hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 16 iyul 2021-ci il tarixli 9/4085 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 13 may 2014-cü il tarixli kredit razılaşması üzrə 4355,65 ABŞ dolları məbləğində əsas kredit borcu, 1807,22 ABŞ dolları məbləğində faiz borcu və 46,54 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 6209,41 ABŞ dolları, 05 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 5469,81 ABŞ dolları məbləğində əsas kredit borcu, 1976,84 ABŞ dolları məbləğində faiz borcu və 32,52 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 7479,17 ABŞ dolları, ümumilikdə 13688,58 (on üç min altı yüz səksən səkkiz dollar əlli səkkiz sent) ABŞ dollatı kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar