Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-259/2022 15.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 Tanrıverdi oğlunun iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Mətiş qızına, Cavabdeh1 Tanrıverdi oğluna və Cavabdeh3 Məhəmməd qızına qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsinə dair və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 Tanrıverdi oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19 fevral 2019-cu il tarixli, 028CASA190500005 aylı kredit müqaviləsin-in ləğv edilməsi, cavabdehlər Mahmudov Məhəmməd Tanrıverdi oğlundan, Mahmudo-va Nəcibə Mətiş qızından və Cavabdeh3 Məhəmməd qızından müşətərək qaydada 523.11 manat əsas kredit borcu, 743.91 manat kredit müqviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5974.02 manat, həmçinin 30.00 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıçıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslan-dırılmışdır ki, 19 fevral 2019cu tarixli, 028CASA190500005 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Tanrıverdi oğlu İddiaçı ASC-dən illik 27%-lə 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq İddiaçı ASC ilə digər cavabdeh Cavabdeh2 arasında 19 fevral 2019-cu il tarixli, 028FİZAM68112302 saylı, Cavabdeh3 Məhəmməd qızı ilə 19 fevral 2019-cu il tarixli, 028FİZAM69799701 saylı zaminlik müqavilələri bağlanmış, bununla da zamin- cavabdehlər borclu ilə birlidə məsuliyyəti öz üzərinə götürmüşdülər. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 Tanrıverdi oğlunun 17 sentyabr 2021-ci il tarixə iddiaçıya 523.11 manat əsas kredit borcu, 743.91 manat kredit müqviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5974.02 manat borcu qalmışdır. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 Tanrıverdi oğlu məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, banka qalan borcunu hissə hissə ödəyəcəkdir. Cavabdehlər Cavabdeh2 Mətiş qızına və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavab-dehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 fevral 2019-cu il tarixli 0028CASA190500005 nöm-rəli güzəştli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 Tanrıverdi oğluna 36 ay müddətinə, illik 27% dərəcəsi ilə, 8000 manat məbləğdə kredit vermişdir. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 fevral 2019-cu il tarixli, 028CASA190500005 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış, Mah-mudov Cavabdeh2 Cavabdeh1 Tanrıverdi oğlu ilə birlikdə məzuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 19 fevral 2019-cu il tarixli, 028FİZAM69799701 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavab-deh Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanılmış, Cavabdeh3 Cavabdeh1 Tanrıverdi oğlu ilə birlikdə mə-zuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 Tanrıverdi oğlunun 19 fevral 2019-cu il tarixli 0028CASA190500005 nömrəli güzəştli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 523.11 manat əsas kredit borcu, 743.91 manat kredit müqviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5974.02 manat borcu yaranmışdır. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh1 Tanrıverdi oğluna, Cavabdeh2 Mətiş qızına, Cavabdeh3 banka olan borcunu 3 bank iş günü müddətində tam ödəməsi, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(021)-3294/2021 nömrəli qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8731 nömrəli, 21 dekabr 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 Tanrıverdi oğlunun İddiaçı ASC-yə olan borcu 5230,11 manat əsas borc, 743,91 manat faiz borcu, cəmi 5974,02 manat borcu olduğu müəyyən edilmişdir. İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məh-kəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki,cavabdeh Mahmudov Məhəmməd Tanrıverdi oğlunun 19 fevral 2019-cu il tarixli 0028CASA190500005 nömrəli kredit müqaviləsinə əsasən ona verilmiş 8000 AZN əsas kredit borcu, 5230,11 manat əsas borc, 743,91 manat faiz borcu, cəmi 5974,02 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh Mahmud v Məhəmməd Tanrıverdi oğlunun 19 fevral 2019-cu il tarixli 0028CASA190500005 nömrəli kredit müqaviləsi üzrə 5230,11 manat əsas borc, 743,91 manat faiz borcu, cəmi 5974,02 AZN borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləş-dirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sər-bəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqa-vilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə gös-tərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən müştərək qaydada 5230,11 manat əsas borc, 743,91 manat faiz borcu, cəmi 5974,02 manat borc alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin aparılmış ekspertiza tədqiqatlarının 100 (yüz manat) manat dəyəri cavab-dehlər Cavabdeh1 Tanrıverdi oğluna, Cavabdeh2, Abbaso-va Könül Məhəmməd qızına aid edilməklə, cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlundan, Cavabdeh2, Cavabdeh3 tutular-aq X5 ( keçiriləcək hesab: Büdfcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkə spertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlundan, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Mətiş qızına, Mahmudov Məhəmməd Tanrıverdi oğluna və Cavabdeh3 Məhəmməd qızına qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsinə dair və sair tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 Tanrıverdi oğlu ilə İddiaçı ASC arasında bağlanmış 19 fevral 2019-cu il tarixli 0028CASA190500005 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5230,11 manat əsas borc, 743,91 manat faiz borcu olmaqla cəmi 5974,02 AZN (beş min doqquz yüz yetmiş dörd manat iki qəpik) manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ekspertiza xərci olaraq 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ( keçiriləcək hesab: Büdfcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X2, K du 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. kim lsun Əhmədov İş № 2(021) 259/2022 Çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏT NAMƏ 15 fevral 2022-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 Tanrıverdi oğlunun iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Mətiş qızına, Mahmudov Məhəmməd Tanrıverdi oğluna və Cavabdeh3 Məhəmməd qızına qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsinə dair və sair tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Mətiş qızına, Mahmudov Məhəmməd Tanrıverdi oğluna və Cavabdeh3 Məhəmməd qızına qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsinə dair və sair tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 Tanrıverdi oğlu ilə İddiaçı ASC arasında bağlanmış 19 fevral 2019-cu il tarixli 0028CASA190500005 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5230,11 manat əsas borc, 743,91 manat faiz borcu olmaqla cəmi 5974,02 AZN (beş min doqquz yüz yetmiş dörd manat iki qəpik) manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ekspertiza xərci olaraq 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ( keçiriləcək hesab: Büdfcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «15» fevral 2022-ci il № 2(021)-259/2022 İddiaçı ASC-yə Bərdə şəhəri, Nizami küçəsi 102 A Cavabdeh1 Tanrıverdi oğluna Mahmudova Nəcibə Mətiş qızına Bərdə şəhəri, Nüşabə küçəsi döngə 7, ev 10 Cavabdeh3 Məhəmməd qızına Bərdə rayonu, Qaradağlı kəndi Bərdə Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(021)-259/2022 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “ ” vərəqə. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-259/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-259/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver