Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2593/2021 31.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X1, Cavabdeh oğlunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli 2(021)567/2020 saylı qətnaməsi Cavabdeh 01.10.2018-ci il təvəllüdlü X12 qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin artırılaraq hər ay 200 manat məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə 28 dekabr 2017ci ildə tarixdə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 01.10.2018-ci il təvəllüdlü X12 qızı adlı uşaqları anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(021)587/2020 saylı qətnaməsinə əsasən 01.10.2018-ci il təvəllüdlü X3 yetkinlik çatanadək saxlanması üçün 130 manat alimentin tutulması qət edilmişdir. Lakin hazırda həmin məbləğdə aliment uşağın ehtiyaclarını qarşılamaq üçün kifayət deyildir.Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızının nümayəndəsi X4 iddia tələbinin müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 iddia tələbini qəbul etmədiyini qeyd edərək, bildirdi ki, qardaşı Cavabdeh ağ ciyər xəstəsidir, maddi imkanı aşağıdır, heç yerdə işləmir, hazırki alimenti çətinliklə ödəyir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı xx.xx.1999-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* Arayışdan görünür ki, İddiaçı qızı Bərdə şəhəri S.Vurğun küçəsi ev 95 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZ-İV № 189893 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 01.10.2018-ci il təvəllüdlü X3 atası X13 oğlu, anası İddiaçı qızıdır. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2980\2020 saylı 22.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)567/2020 saylı 03.06.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 01.10.2018-ci il təvəllüdlü X6 atası olması, X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Fazil oğlundan hər ay 130 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuş, həmin qətnamədən Cavabdeh Fazil oğlu tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3946\2021 saylı 05.07.2021-ci il tarixli qərarı ilə 01.10.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək müalicə xərci üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərcin Cavabdeh tutularaq İddiaçı qızına ödənilməsi qərara alınmışdır. Mülki işə əlavə olunmuş X5 bölmə tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh “2 tərəfli ocaqlı ağ ciyər vərəmi” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 1(051)149\2019 saylı 13.11.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh 12 iyun 2019-cu il tarixdən 13 noyabr 2019-cu il tarixədək şübhəli şəxs kimi və həbsdə saxlandığı 5 ay 1 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 il 6 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 2 il 6 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, ona 2 il sınaq müddəti təyin edilmiş, sınaq müddətində davranışı üzərinə nəzarət həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Cavabdeh üzərinə vəzifə qoyulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh oğlu ilə İddiaçı qızı ailə qurmuş, birgə nikahlarından 01.10.2018-ci il təvəllüdlü Fatimə adlı bir uşaqları doğulmuşdur. Sonradan münasibətləri pisləşdiyindən tərəflər ayrılmış, uşaq isə ananın yanında qalmışdır. Bərdə Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsi ilə 01.10.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh oğlundan hər ay 130 manat alimentin tutulub İddiaçı qızına verilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Belə ki, məhkəmə baxışı zamanı İddiaçı qızı məhkəməyə Cavabdeh oğlundan tutulan alimentin miqdarının artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsi üçün əsas verə bilən heç bir mötəbər sübutu təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh “2 tərəfli ocaqlı ağ ciyər vərəmi” xəstəliyindən əziyyət çəkir. Bununla yanaşı Mingəçevir Şəhər Məhkəməsinin 1(051)149\2019 saylı 13.11.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində 2 il 6 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 2 il 6 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, ona 2 il sınaq müddəti təyin edilmiş, sınaq müddətində davranışı üzərinə nəzarət həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Cavabdeh üzərinə vəzifə qoyulmuşdur. Həmçinin cavabdehin işləməsi müəyyən olunmur. Göründüyü kimi iddianın təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Odur ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı halda isə cavabdehin ailə və ya maddi vəziyyətində müsbət dəyişiklik olmamamış, əksinə yuxarıda qeyd olunan hallar onun vəziyyətini pisləşdirmişdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2593/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2593/2021
31.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver