Məhkəmə qərarları › İş №2(021)-2597/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2597/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2597/2021 17.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən kreditor “Nurgül Telekom” mobile mağazası borclu Bərdə rayonu, Qaradağlı kəndində yaşayan Hidayətov Salman Əjdər oğluna qarşı borcun məcburi şəkildə ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, iş üzrə borclu Hidayətov Salman Əjdər oğlukredit müqaviləsinə əsasən “Nurgül Telekom” mobile mağazasında ümumilikdə 795 manat manat məbləğində SAMSUNG A 7 markalı mobil telefonu kreditlə-nisyə satılmışdır. Borclunun müqavilə üzrə ödənişlər etməmiş, nəticədə 500 manat əsas, 120 manat cərimə olmaqla cəmi 620 manat borcu qalmışdır. Odur ki, borcludan 500 (beş yüz) manat əsas borcun, 120 (yüz iyirmi) manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 640 (altı yüz qırx) manat məbləğində pul vəsaitinin alınaraq “Nurgül Telekom” mobile mağazasına ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyii üçün kreditora olan kredit və kreditdən istifadəyə görə faiz borcu borclu Hidayətov Salman Əjdər oğlundan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 275-276, 280-281-ci maddələrini rəhbər tutaraq ƏMR ETDİM xx.xx.1993-cü ildə doğulmuş, hazırda Bərdə rayonu, Qaradağlı kəndində yaşayan Borclu 500 (beş yüz) manat əsas borcun, 120 (yüz iyirmi) manat cərimə, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 640 manat tutularaq kreditor “Nurgül Telekom” mobile mağazasının xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar