Məhkəmə qərarları › İş №2(021)-2598/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2598/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2598/2021 22.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlu Kreditor X4 Borclu məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor X6 Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il təvəllüdlü Bərdə şəhəri Kamal Cabbarov küçəsi ev 37-də yaşayan Borclu 778 manat əsas borc , 220 manat cərimə , cəmi 998 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq , ona ödənilməsi barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Kreditor X6 ərizəni onunla əsaslandırmışdır ki, Borclu 11.09.2020-ci il tarixli 713 saylı alqı-satqı müqaviləsinə əsasən Bağırov Rəşad Rəhman oğlundan dəyəri 778 manat olan Redmi Note 9 PRO markalı mobil telefon almışdır, Borclu ilkin olaraq 50 manat ödəniş etmiş, qalan pulu 8 ay müddətinə ödəməli olduğu halda, üzərinə düşən öhdəliyi yeriə yetirməmişdir. Dəfələrlə xəbərdalıq edilsə də borcundan ödəniş etməmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş X6 ilə alıcı Borclu arasında bağlanmış 11.09.2020-ci il tarixli 713 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Borclu X1 qiyməti 778 manat olan Redmi Note 9 PRO markalı mobil telefon almışdır, Borclu ilkin olaraq 50 manat ödəniş etmiş, qalan pulu 8 ay müddətinə hər ay 91 manat ödəniş ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş 15.07.21-ci il tarixli mədaxil qəbzindən görünür ki, kreditor məhkəməyə ərizə ilə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borclu üzərinə bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu tam qaytarmamışdır. Nəticədə öhdəliklərini kreditor qarşısında tam icra etməyən Borclu kreditor X5 778 manat əsas borc , 220 manat cərimə , cəmi 998 manat borcu vardır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa məhkəmə əmri verilə bilər. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Bundan başqa MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu da borcluya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1975-ci il təvəllüdlü Bərdə şəhəri Kamal Cabbarov küçəsi ev 37-də yaşayan Borclu 778 manat əsas borc , 220 manat cərimə , cəmi 998 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq kreditor Bağırov Rəşad Rəhman oğluna ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar