Məhkəmə qərarları › İş №2(021)-2599/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2599/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2599/2022 20.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4 qarşı, maraqlı şəxs Bərdə regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun və miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qəbul etdiyi qanunsuz qərarı və əmri əsassız olduğu üçün ləğv edilməsi, xəyanət edib ləğv edilmiş şöbə və qərəzli işdən azad edilmiş İddiaçı öz işinə bərpa edilməsi, verilməmiş əmək haqqı və məzuniyyət pullarının İddiaçı özünə verilməsi, yəni ödənilməsi barədə məhkəmənin müvafiq qərarı qəbul edilməsini, iş üzrə qondarma redaktor Cavabdeh1 Cinayət Məcəlləsinin 308.2-ci, 178-ci, 281.1ci ,281.2-ci , 313-cü , 179.3.2-ci maddələri və digər maddələri ilə ona dövlətə və peşakar jurnalistə qarşı , həmçinin xidməti, icra , əmək intizamı, qanun pozuntusu hallarına və digər xətalara yol verməkdə , mühasiblə, əlbir olaraq öz səlahiyyətlərindən və qulluq mövqeydindən sui-istifadə etməkdə, külli miqdarda mənimsəmə , əmək haqqı və məzuniyyət pullarını guya verilməsi barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə mənimsəməklə ağır nəticəyə səbəb olan zərər vurmalarında təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərclənməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən ona ( Cavabdeh1) Cinayət Məcəlləsinin 179.3.2-ci , 308.2-ci , 313-cü maddələrilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsini, sabiq redaktor Cavabdeh4 və qondarma redaktor müavini Cavabdeh1 qulluq mövqeyindən sui-istifadə etməsinə əsaslar müəyyən edildiyindən Cavabdeh4 Cinayət Məcəlləsinin 308.2-ci , 178-ci və digər maddələrdə nəzərdə tutulan müvafiq maddələrdə və qondarma redaktor Cavabdeh1 isə fəaliyyətində Cinayət Məcəlləsinin 179.3.2,313-cü, 308.2-ci , 281.1-ci ,281.2-ci və 313-cü (mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı) faktları müəyyən edilib , həmçinin Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq-etibardan sui-istifadə etmə və ya aldatma, əmək qanunlarını pozma , mühasiblə qabaqcadan razılaşmaqla əlbir olub saxta sənədlər tərtib etmək yolu ilə özgənin əmək haqqı və məzuniyyət pullarını , həmdə əmək haqqının gecikdirilməsi üçün 40 faiz əlavə əmək haqqı verilmədiyi üçün əldə etmək dələduzluq kimi qiymətləndirilərək 179.3.2-ci , 308.2-ci , 313-cü , 281.1-ci və 281.2-ci maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilməsi, mühasib Cavabdeh2 sabiq redaktorlar və qondarma redaktorla iş birliyində , dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə, bankdan qanunsuz yolla çeklə pul çıxarılmasında şübhəli bilinərək o, izahatında mənimsəmə həqiqətə uyğun deyildir deməklə , ikinci üzünü növbəti dəfə büruzə verməklə qulluq mövqeyindən suii istifadə edərək pul vəsaitini təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyib xərclənməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən “ Bərdə qəzeti redaksiyasının mühasibi Cavabdeh2 , bununla yanaşı Cavabdeh2 və sözügedən “ Bərdə ” qəzet redaksiyasının işçisi Cavabdeh3 təzyiq altında məcburiyyətdə qalıb satqınlıq edərək qulluq mövqeyindən sui-istifadə edərək guya, mənimsəmə həqiqətə uyğun deyildir, yalandır deyərək ikinci üzünü büruzə verib, izahat veriblər , bunun da ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən olunduğundan iş üzrə nankor xislətli satqın Cavabdeh3 və Cavabdeh2 və eyni zamanda qondarma redaktor, böyük dələduz Cavabdeh1 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün və onun əl altıları mühasibin, sürücünün, komputerçinin , kim redaktor olur-olsun onun qulu və agenti Cavabdeh3 səlahiyyətlərinə aid olmayan vasitəçi qismində iştirak etmək vəzifəsini üzərinə götürmüş sözügedən çirkin əməlli şəxslərin qanunsuz hərəkətlərinə düzgün hüquqi qiymət verilməsi, təqsirləndirilən sözügedən şəxslər barələrində cəza tədbirinin seçilməsi , cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsi məqsədilə dələduzluq kimi qiymətləndirilərək cinayət mühakimə icraatı qaydasında həll edilsin və hüquqi qiymət verilsin. Cinayət Məcəlləsinin 178-ci , 179.3.2-ci ,308.2-ci maddələrdə nəzərdə tutulan ittiham elan olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilməsi, baş verənlərin , bütün problemlərin yaradılmasının məsuliyyəti bu və ya digər dərəcədə təsisçi, Bərdə rayon İcra Hakimiyyətinin üzərinə düşdüyündən rəhbər təşkilatın “Bərdə” qəzeti redaksiyasının vəzifəli şəxslərinin vəzifə saxtakarlığı , vəzifə səlahiyyətlərindən suii-istifadə etməsi və yol verilmiş digər qanun pozuntuları faktları ilə bağlı fəaliyyətinə düzgün hüquqi qiymət verilməsi, bağlı qalmış cinayət işinin açılmasının təmin edilməsi barəsində məhkəmənin qərarı qəbul edilməsi, Cavabdeh1 , Cavabdeh2 , Cavabdeh3 və başqa sözügedən şəxslərdən vurulmuş ziyanın mənimsənilmiş pul vəsaitinin ödənilməsi barəsində qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi forma və məzmun cəhətdən düzgün tərtib olunmamış, iddia ərizəsində bir-biri ilə bağlı olmayan bir neçə tələb birləşdirilmiş, həmçinin mülki məhkəmə icraatı qaydasında baxılan işlərə aid olmayan tələblər irəli sürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə hesab edir ki, İddiaçı maraqlı şəxs Bərdə regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun və miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4 dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar