Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2602/2022 29.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı, iddiaçının vəkili X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh torpağın alınmasına verdiyi 2000 manat və dahalın tikilməsinə çəkdiyi 2000 manat, cəmi 4000 manat və dövlət rüsumu hesabına ödənilmiş 60 manat pulun alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildə Bərdə rayon Kələntərli kəndində, həmin kənd sakini Cavabdeh 0,06 ha həyətyanı torpaq sahəsini 2000 (iki min) manata almışdır. Həmin torpaq sahəsinə 2000 (iki min) manat xərc çəkib, iki gözdən ibarət dahal tikib ailəlikcə 3(üç) il orada yaşamışlar. 1992-ci ildə xalası X1 rayonundan ailəlikcə Bərdə rayonuna məcburi köçkün gəlmiş, həmin günlərdə o, Bərdə rayonu Kələntərli kəndində tikdirdiyi dahalı X7ya 4 nəfərlik ailəsinə təhvil verib ailəlikcə Rusiyaya getmişlər. Onlar bir müddət Rusiyada yaşadıqdan sonra qayıdıb Bakı şəhəri, Masazır qəsəbəsi, A.Ələsgər küçəsində məskunlaşmış, hal-hazırda da orada yaşayırlar. X4 məlumat vermişdir ki, artıq onlara Dövlət tərəfindən xüsusi təyinatlı evlərdən yaşamaq üçün ev verilmişdir, köçüb orada yaşayacaqlar. Sonradan məlumat almışdır ki, Cavabdeh Kələntərli kəndindəki ona satdığı həyətində hansısa abadlıq işləri aparır, hətta kənddə torpağın qiyməti bahalaşdığı üçün ona satdığı torpağı başqa şəxsə satmaq sevdasına düşmüşdür. Bundan narahat olub dərhal Bərdə rayonu Kələntərli kəndinə gəlib Cavabdehlə görüşmüş, bu deyilənlərin nə demək olduğunu soruşmuşdur. Cavabdeh ona bildirmişdir ki, ’’burada sənin torpağın yoxdur, həmin torpaq Kələntərli kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında mənim adımadır”. Halbuki Zahid torpağı ona satan zaman torpağı təsərrüfatbaşına kitabda onun adına qeyd etdirəcəyinə söz vermişdir. O, Bərdə rayonu Kələntərli kənd icra nümayəndəliyinə müraciət etmiş, məlum olmuşdur ki, nümayəndəliyin “Təsərrüfatbaşına kitabında” onun adına heç bir həyətyanı torpaq sahəsi qeydə alınmamışdır. Odur ki, Cavabdeh torpağın alınmasına verdiyi 2000 manat və dahalın tikilməsinə çəkdiyi 2000 manat, cəmi 4000 manat və dövlət rüsumu hesabına ödənilmiş 60 manat pulun alınıb onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Bərdə rayonu Kələntərli kəndi ərazisində torpaq sahəsi olmuş, həmin torpaq sahəsini 1988-ci ildə istifadə etməsi üçün qohumu İddiaçı istifadəsinə vermişdir. Torpaqdan istifadəyə görə iddiaçının qohumu Məcnun Əliyevdən 200 manat pul almışdır. Torpaq sahəsini iddiaçıya satmamış, aralarında heç bir alqı-satqı müqaviləsi olmamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, iddiaçının qohumudur. 1988-ci ildə iddiaçı, iddiaçının qohumu Məcnun Əliyev, iddiaçının həyat yoldaşı Rövşən Cabbarovla birlikdə cavabdehə torpaq almaq məqsədilə pul vermişlər. Pul kağıza bükülü vəziyyətdə olmuş, miqdarından məlumatı olmamışdır. Pulu verib qayıtdıqdan sonra Rövşən Cabbarovdan soruşduqda sonuncu torpaq almaq məqsədilə Cavabdeh 2000 manat rus rublu verdiyini bildirmişdir. Özü sürücü işləmiş, həmin torpaq sahəsində betondan tikilmiş dahalın tikinti materiallarını öz maşını ilə daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, İddiaçı həyat yoldaşıdır. Cavabdeh özünə məxsus torpaq sahəsini satmaq istədiyindən 1988-ci ildə Akif Əliyev, Məcnun Əliyev və qaynatası ilə birlikdə cavabdehlə görüşmüş və sonuncuya 2000 manat məbləğində pul vermişlər. Cavabdeh pul verərkən aralarında heç bir yazılı müqavilə olmamışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İƏD üzrə nümayəndəliyinin 030 saylı 04 iyun 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bərdə rayonu Kələntərli kənd İƏD üzrə nümayəndəliyinin Kələntərli kəndində İddiaçı adlı şəxs təsərrüfatbaşına uçot kitabında və yaxud rəsmi qeydiyyatda deyildir və ərazidə ona məxsus rəsmi hər hansı bir daşınmaz əmlakın olması haqqında heç bir məlumat yoxdur. Məhkəmə tərəflərin iştirakları ilə İddiaçı təqdim etdiyi diskə baxış keçirmiş, dinləmə zamanı müəyyən edilmişdir ki, 1988-ci ildə cavabdeh özünə məxsus torpaq sahəsini iddiaçının istifadəsinə vermiş və bunun müqabilində iddiaçıdan hazırkı pulla 200 manat pul almışdır. Cavabdeh iddiaçıdan 200 manat pul aldığını etiraf etmişdir. Məhkəmə iş materiallarından müəyyən etdi ki, cavabdeh 1988-ci ildə özünə məxsus torpaq sahəsini istifadə etməsi üçün İddiaçı vermiş və bunun müqabilində iddiaçıdan 200 manat pul almışdır. Tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə olmamışdır. İddiaçı torpaq sahəsini cavabdehdən 2000 manata aldığını və orada dahal tikmək üçün 2000 manat xərc çəkdiyini bildirsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçıdan torpağa görə 200 manat aldığını etiraf etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər fərqli ifadələr verərək bir-birlərini təkzib etmişlər. Ona görə məhkəmə şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edə bilməz. Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozaraq iddiaçıya satdığı torpaq sahəsini geri almış, torpağa görə iddiaçıdan aldığı 200 manat pulu qaytarmamışdır. Cavabdeh İddiaçı olan borcunu iddiaçıya ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh müqaviləyə əsasən 200 manat məbləğində pulu İddiaçı qaytarmaması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən Cavabdeh İddiaçı qarşısında borc öhdəliyinin icrasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 200 manat məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin edilməli, Cavabdeh 200 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2602/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2602/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver