Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2604/2021 22.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İHakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə hesablanmış 376.20 manat borcun **********00020 saylı abonent koduna, 20 manat dövlət rüsumunun isə alınaraq Azəriqaz İB-nin Azərbaycan Respublikası Beynəlxalq Bankının Sabunçu filialı,Kod- 805573, VÖEN (bank)- **********,M/h- AZ03NABZ********************, SWİFT kodu: İBAZAZ2X VÖEN- **********, İBAN: AZ72İBAZ******************** saylı hesabına köçürülməsi üçün kiçik iddialara dair işlər üzrə sadələŞdirilmiş icraat qaydasında baxılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə belə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin ünvanı tam qeyd olunmamış, “Bərdə şəhər C.Məmmədquluzadə küçəsi” kimi yazılmaqla, MPM-in iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərini pozaraq tərtib olunmuşdur. duğundan iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Göründüyü kimi iddia ərizəsində mütləq tərəflərin adları, onların poçt ünvanları dəqiq göstərilməlidir. Belə ki, MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verilə bilər Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2604/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2604/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver