Məhkəmə qərarları › İş №2(021)-2609/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2609/2022

21.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2609/2022 21.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan İddiaçı sənəd tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 X3 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bərdə rayonu, Böyük Göyüşlü kəndində 0,25 ha həyətyanı torpaq sahəsinin çıxarışının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı məhkəmədə cavabdeh X1 X3 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bərdə rayonu, Böyük Göyüşlü kəndində 0,25 ha həyətyanı torpaq sahəsinin çıxarışının alınaraq ona verilməsinə dair iddia qaldırmış, bununla da iddiaçı Azərbaycan Respublikasının MPM-nin 153.2 və 153.2.1-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçı tələb olunan sənədin mövcud olması və bu sənədin cavabdehdə olmasını, həmin sənədin cavabdehdən alınaraq ona verilməsi barədə məhkəmədən əvvəl müvafiq dövlət orqanına müraciət etməsi və bunun nəticəsinin olmaması, habelə həmin çıxarışın dublikatının əldə edilməsi üçün DƏDRX-nin 7 saylı ərazi idarəsinə müraciət etməsi və bundan imtina barədə sənədi ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı, X3 adına verilmiş sənədin cavabdehdən alınaraq ona verilməsini tələb etmiş, lakin belə bir tələb qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının MPM-nin 153.6-cı maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı sənəd tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubilkası MPM-nin 153, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R V E R D İ: İddiaçı sənəd tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar