Məhkəmə qərarları › İş №2(021)-2614/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2614/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2614/2022 18.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1600 manat məbləğində pulun və ödənilmiş 37 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 iddia tələbini belə əsaslandırmışdır ki, 2019-cu ildə Tünzalə adlı qızı həyat yoldaşından boşanmışdı. İş üzrə qəbul edilən qətnamə qüvvəyə mindikdən sonra qızına məxsus cehiz-məişət əşyalarını cavabdehlərin yaşadığı Hacıbəyli kəndindəki evlərindən götürərkən, cehizləri evlərinə aparmaqdansa, mebelləri aldıqları şəxsin özünə təklif etmək qərara gəlmişdirlər. Bununla əlaqədar sözügedən mebelləri aldıqları Cavabdeh1 və Cavabdeh2 adlı şəxslə danışmış və onlar bildirmişlər ki, cehiz-məişət əşyalarını onun mağazasına aparmaq üçün özü avtomaşın və usta təşkil edəcək və mebelləri özünə məxsus mağazada qısa müddətdə satıb pulunu onlara verəcək. Onunla razılaşmışlar ki, mebellərə görə ona 1.600 manat pul verəcəkdir. Baxmayaraq ki, mebelləri onlardan alarkən baha qiymətə almışdırlar. Ancaq əşyalar işləndiyindən və qızına xoşbəxtlik gətirmədiyindən onunla razılaşmışlar. Bundan sonra, mebelləri Bərdə rayonu Hacıbəyli kəndindən Cavabdeh1 və Cavabdeh2 gətirdiyi usta və fəhlələr, onun gətirdiyi maşına yığaraq Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən mağazasına aparmışdırlar. Bir müddət keçdikdən sonra mebellərin satılıb-satılmaması barədə maraqlandıqda ona məlum olmuşdur ki, cavabdehlər mağazanı bağlayıb və xeyli şəxslərin malını və pulunu mənimsəyib yoxa çıxıb. Bu barədə atası və sürücü ilə əlaqə saxlasa da, onların hər ikisi ona bildirmişlər ki, Cavabdeh1 və Cavabdeh2 hamını aldadıb, Bakı şəhərinə köçüb. Cavabdeh1 və Cavabdeh2 mebellərini öz satış salonuna aparmasını mebelləri yığan usta və həmin vaxt orada olan bir neçə şahid məhkəmədə təsdiq edə bilərlər. Bu barədə Bərdə rayon Polis Şöbəsinə müraciət etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən məhkəməyə iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə dair ərizə verərək, iddiaçı qismində yazılmış X3 əsl iddiaçı olaraq özü ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı X5 məhkəməyə ərizə təqdim edərək, onun əsl İddiaçı ilə əvəz edilməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Bərdə Rayon Məhkəməsinin 2(021)2614/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçı X5 əsl İddiaçı ilə əvəz edilmişdir. Daha sonra İddiaçı məhkəməyə cavabdehin üçüncü şəxs kimi cəlb edilməsinə dair ərizə verərək, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Bərdə raon Məhkəməsinin 2(021)2614/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 üçüncü şəxs kimi cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirdi ki, pulu yalnız Cavabdeh1 tələb edir. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 bildirdi ki, o, Cavabdeh1 yanında satıcı işləyərkən Zeynalov Abbasın evindən qızına aid mebellər götürülmüş və Emin tərəfindən satılıb pulu mənimsənilmişdir. Cavabdeh1 Zeynalov Abbasa 1600 manat pul verməli idi. O, həmçinin bu barədə ərizəni məhkəməyə təqdim etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş 06.06.019-cu il tarixli Aktdan görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış nikah pozulduğundan aşağıdakı əşya və mebellər qız evinə təhvil verilmişdir: şifoner, kravat setkası –(evlərinə gedəcək), qorka servant, yataq dəsti, divan və kreslo, stol və 6 ədə stul. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 Bərdə RPŞ-nə müraciətinə əsasən araşdırma aparılmış, müraciəti mülki xarakteri olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 36 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı məxsus 1600 manat dəyərində mebel əşyaları Cavabdeh1 satılması üçün verilmiş, lakin bu günə qədər pulu verməmişdir. Həmin halı Cavabdeh1 mağazasında satıcı işləyən Cavabdeh2 da təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və üçüncü şəxs Cavabdeh2 ifadəsi nəzərə alınmaqla iddia tələbi təmin edilərək Cavabdeh1 1600 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, artıq əmlak satıldığından onun naturada qaytarılması mümkün olmayan haldır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 36 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı “pul” tələbi təmin edilsin. Cavabdeh X1 1600 (bir min altı yüz) manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 36 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar