Məhkəmə qərarları › İş №2(021)-262/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-262/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-262/2021 24.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Vəliyeva (Ramazanova) Məlahət Bakir qızına qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Vəliyeva (Ramazanova) Məlahət Bakir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçı ASC-nin xeyeinə 2019-cu il 28 fevral tarixli kredit müqaviləsi üzrə 30049.88 manat əsas,4896.19 manat faiz borcu, 1148,65 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 36094,92 manat məbləğində borcun,30 manat ödənilmiş dövlət rüsumunun,ipoteka predmeti olan daşınmaz əmlaka tutmanımn yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1,Vəliyeva(Ramazanova) Məlahət Bakir qızına,Cavabdeh2 məxsus olan Bərdə rayonu Zümürxan kəndində yerləşən 1 mərtəbəli, 116,5 kv. metr ümumi,58.2 kv. metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsinə yönəldilməsi,həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bərdə rayonu Zümürxan kəndində yerləşən 1 mərtəbəli, 116.5 kv. metr ümumi, 58.2 kv. metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nə ödənilməsinə, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə, Cavabdeh1, Vəliyeva (Ramnazanova) Məlahət Bakir qızına, Cavabdeh2 məxsus Bərdə rayonu Zümürxan kəndində yerləşən 1 mərtəbəli,116.5 kv.m ümumi,58.2 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Vəliyeva (Ramazanova) Məlahət Bakir qızının, Cavabdeh2 Bərdə rayonu Zümürxan kəndində yerləşən 1 mərtəbəli,116,5 kv. metr ümumi,58.2 kv. metr yaşayış sahəsindən ibarət yaşayış evi və 0,17 ha torpaq sahəsinə olan istifadə hüquqularının itirilmiş hesab edilməsi, Cavabdeh1, Vəliyeva (Ramazanova) Məlahət Bakir qızının, Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları,həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsinə, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 iyul 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı”Yelobank” ASC məhkəmə iddia ərizəsinə əlavə verərək Cavabdeh1 İddiaçı ASC-nin xeyeinə 2019-cu il 28 fevral tarixli kredit müqaviləsi üzrə 30049.88 manat əsas,8209.36 manat faiz borcu, 3183.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 41443.09 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun,ipoteka predmeti olan daşınmaz əmlaka tutmanımn yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1, Vəliyeva (Ramazanova) Məlahət Bakir qızına,Cavabdeh2 məxsus olan Bərdə rayonu Zümürxan kəndində yerləşən 1 mərtəbəli, 116,5 kv. metr ümumi,58.2 kv. metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsinə yönəldilməsi,tutmanın X3 məxsus Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən 5 otaqlı,97.6 kv.metr ümumi,76,6 kv.metr yaşayış,21 kv.şmetr yardımçı sahədən ibarət 10 nömrəli evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən 5 otaqlı,97.6 kv.metr ümumi,76,6 kv. kmetr yaşayış,21 kv.şmetr yardımçı sahədən ibarət 10 nömrəli evin 10 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına”Yelobank” ASC-nə yönəldilməsinə,satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə,Tutmanın Cavabdeh1, Vəliyeva (Ramazanova) Məlahət Bakir qızına,Cavabdeh2 məxsus olan Bərdə rayonu Zümürxan kəndində yerləşən həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bərdə rayonu Zümürxan kəndində yerləşən 1 mərtəbəli, 116.5 kv. metr ümumi, 58.2 kv. metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nə ödənilməsinə, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə, Cavabdeh1, Vəliyeva (Ramnazanova) Məlahət Bakir qızına, Cavabdeh2 məxsus Bərdə rayonu Zümürxan kəndində yerləşən 1 mərtəbəli,116.5 kv.m ümumi, 58.2 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1,Vəliyeva(Ramazanova) Məlahət Bakir qızının,Cavabdeh2 Bərdə rayonu Zümürxan kəndində yerləşən 1 mərtəbəli,116,5 kv. metr ümumi,58.2 kv. metr yaşayış sahəsindən ibarət yaşayış evi və 0,17 ha torpaq sahəsinə olan istifadə hüquqularının itirilmiş hesab edilməsi,Cavabdeh1,Vəliyeva(Ramazanova) Məlahət Bakir qızının,Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları,həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsinə, X3 məxsus Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən 5 otaqlı,97.6 kv.metr ümumi,76,6 kv.metr yaşayış,21 kv.şmetr yardımçı sahədən ibarət 10 nömrəli evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən 5 otaqlı,97.6 kv.metr ümumi,76,6 kv. kmetr yaşayış,21 kv.şmetr yardımçı sahədən ibarət 10 nömrəli evin 10 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra X2 və digər şəxslərin Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən 5 otaqlı,97.6 kv.m ümumi,76,6 kv. m yaşayış,21 kv.m yardımçı sahədən ibarət 10 nömrəli evin,10 nömrəli mənzilinə olan istifadə hüquqularının itirilmiş hesab edulməsi,,X2 və digər şəxslərin həmin mənzildən çıxarılması,həmin mənzilin boşaldılması və banka təhvil verilməsinə,Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 iyul 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1,Cavabdeh2 və Vəliyeva (Ramazanova) Məlahət Bakir qızına və X3 məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmiş, buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. 28 fevral 2019-cu il tarixli, 12-BİZ-1-0-15-19 saylı kredit müqaviləsinin surətindən görünür ki, ”Nikoyl”İKB ASC tərəfindən fərdi sahibkar Cavabdeh1 36 ay müddətinə illik 21% olmaqla cari öhdəliklərin bağlanması və dövriyyə vəsaitinin artılması məqsədi ilə 35000 AZN məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Vəliyeva (Ramazanova) Məlahət Bakir qızına qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar