Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2633/2021 03.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və Ağayeva Sərəncam Şərəfxan qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və Ağayeva Sərəncam Şərəfxan qızının Cavabdeh oğluna qarşı “maddi və mənəvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı1 və Ağayeva Sərəncam Şərəfxan qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 xeyrinə maddi zərərə görə 3540 manat, mənəvi zərərə görə 5000 manat, Ağayeva Sərəncam Şərəfxan qızının xeyrinə maddi zərərə görə 750 manat, mənəvi zərərə görə 5000 manat Cavabdeh oğlundan alınaraq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini belə əsaslandırmışlar ki, onlar bacı-qardaşdırlar. Təxminən 2020-ci ilin oktyabr ayında İddiaçı1 biri 750 manat, o biri isə 800 manata 2 baş camış inəyi nisyə satmışdır. Cavabdeh onların pulunun 15 günə verərək onların etibarını qazanmışdır. Daha sonra 25 dekabr 2020-ci ildə yenidən gəlib 2 baş boğaz düyənin birini 750 manata, o birini 700 manata, Sərəncam Ağayevə məxsus 1 baş inəyi 750 manata, cəmisi 2200 manata nisyə alacağını pulunun 3 gün müddətində qaytaracağına razılaşmışlar. Lakin bu günə qədər pullarını geri qaytarmamışdır. Onun yaşadığı Bərdə rayon Zümürxan kəndinə taksi tutub 18 dəfə getmişlər. Hər dəfə 30 manat olmaqla, cəmi 540 manat xərcləri çıxmışdır. Bndan başqa düyələri doğsa idi hər birini 1500 manata satmaq olardı, bununla da bir düyədə 800 manat, birində isə 750 manat itirmişlər. Cəmi 2200 manat+540 manat +750 manat +800 manat ziyan vurmuşdur. İddiaçı1 1450 manat+500 manat +750 manat+ 800 manat ümumilikdə 3450 manat, Sərəncam Ağayevə 750 manat maddi ziyan vurmuşdur. Həmçinin cavabdeh onlara mənəvi ziyan vurmuşdur. Belə ki, onun hərəkətləri nəticəsində ruhi sarsıntı keçirmişlər. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Ağayeva Sərəncam Şərəfxan qızı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh oğlu məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1964-cü il tarixdə Kəlbəcər rayon Keştək kəndində anadan olmuşdur. Kəlbəcər rayon Keştək kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Goranboy Rayon İcra Hakimiyyət Başçısının Aşağı X2 Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 265 saylı 29.06.2021-ciil tarixli Arayışdan görünür ki, İddiaçı1 müvəqqəti olaraq Goranboy rayon Meşəli kəndində məskunlaşmışdır. Mülki işə əlavə olunmuş Goranboy Rayon İcra Hakimiyyət Başçısının Aşağı X2 Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 264 saylı 29.06.2021-ciil tarixli Arayışdan görünür ki, İddiaçı2 müvəqqəti olaraq Goranboy rayon Meşəli kəndində məskunlaşmışdır. Mülki işə əlavə olunmuş Xocalı RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27.02.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı2 Xocalı RPŞ-nə müraciət edərək Cavabdeh barəsində şikayət etmiş, aparılmış araşdırma zamanı Cavabdeh izahatında 2020-ci ilin dekabr ayında İddiaçı1 1350 manat dəyərində 2 baş, Sərəncam Ağayevdən isə 850 manat dəyərində 2 baş mal-qaranı nisyə aldığını, lakin karantin rejimi ilə əlaqədar mal-qara bazarı işləmədiyindən heyvanları sata bilmədiyini, həmin pulu ödəmədiyini, ümumilikdə 2200 manat borcunu qaytara bilmədiyini etiraf etmiş, toplanmış material üzrə cinayət işinn başlanması rədd olunmuş, tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh oğlu iddiaçılar İddiaçı1 1350 manat dəyərində 2 baş, İddiaçı2 isə 850 manat dəyərində 2 baş malqaranı nisyə almış,lakin pulu günə qədər geri qaytarmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi 2 hissədən ibarətdir: maddi ziyan tələbi və mənəvi zərər tələbi. Məhkəmə iddia tələbinin maddi tələb hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd olunan prosessual normanın tələbini nəzərə alaraq Xocalı RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27.02.2021-ci il tarixli qərarına əsasən Cavabdeh izahatına istinadən o qənaətə gəlir ki, İddiaçı1 1350 manat dəyərində 2 baş, Sərəncam Ağayevdən isə 850 manat dəyərində 2 baş mal-qaranı nisyə almış, lakin karantin rejimi ilə əlaqədar mal-qara bazarı işləmədiyindən heyvanları sata bilmədiyindən həmin pulu ödəməmiş ümumilikdə 2200 manat borcunu qaytara bilmədiyini etiraf etmişdir. Ona görə də İddiaçı1 münasibətdə iddia tələbi qismən 1350 manat, Sərəncam Ağayevə münasibətdə isə 750 manat cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, həmin qərarda Sərəncam Ağayevə münasibətdə isə 850 manat borcun olduğunu etiraf etsə də iddiaçı maddi zərərə görə 750 manat pul tələb etmiş və iddia tələbinin həcminin artırılmasını xahiş etməmişdir. Qanunun mənasına görə isə məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Məhkəmə həmçinin iddia tələbinin əldən çıxmış fayda və mənəvi ziyan hissəsində iddiaçıların hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir. .Məhkəmə mənəzi zərərlə bağlı qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, sadalanan normaların təhlili nəticəsində iddiaçıların mənəvi zərər tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Cavabdeh oğlunun Xocalı RPŞnin verdiyi izahatı nəzərə alınmaqla, İddiaçı1 1450 manat, Ağayeva Sərəncam Şərəfxan qızına 750 manat, Cavabdeh oğlundan alınaraq ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 1450 manat İddiaçı1 və 750 manat iddiaçı Ağayeva Sərəncam Şərəfxan qızının xeyrinə alınaraq verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2633/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2633/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver