Məhkəmə qərarları › İş №2(021)-2634/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2634/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2634/2022 25.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3 Cavabdeh qarşı “Pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3 Cavabdeh qarşı “Pul” tələbinə dair iddia ərizəsi ilə mürаciət edərək Cavabdeh ümumi paylı mülkiyyətlərində olan 1.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 214-2021-ci illərdə qanuni əsas və ya müqavilə əsası olmadan istifadə etməyə görə cəmi 7000 manat pulun tutularaq onlara ödənilməsi, ödənişin iddiaçılardan İddiaçı1 adına bank hesabına köçürülməsinə və iddia tələblərinə baxılması üçün ödənilmiş 96 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırki iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 150.1.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddia tələbinin xahiş etdi hissəsi aydın deyildir. Belə ki, iddia ərizəsinin başlığında iddiaçıların məlumatlarının qeyd edilməsinə və iddiaçıların Cavabdeh ümumi paylı mülkiyyətlərində olan 1.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 214-2021-ci illərdə qanuni əsas və ya müqavilə əsası olmadan istifadə etməyə görə cəmi 7000 manat pulun tutularaq onlara ödənilməsi, həmçinin ödənişin iddiaçılardan İddiaçı1 adına bank hesabına köçürülməsinə və iddia tələblərinə baxılması üçün ödənilmiş 96 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı1 qaytarılmasını xahiş edirlər ki, buda ziyanın iddiaçılardan yalnız biri olan İddiaçı1 xeyrinə tutulmasını və onun adına olan bank hesabına köçürülməsi xahiş göstərilmişdir. Göründüyü kimi iddia ərizəsində tələb aydın deyildir. Bundan başqa iddia ərizəsi ilə tanış olduqda onun iddiaçıların yalnız biri tərəfindən imzalandığı imza nümunəsindən aydın olur. Halbuki, həmin iddianın bir nəfər iddiaçı tərəfindən imzalanması səlahiyyəti ilə bağlı etibarnamə iş materiallarına əlavə edilməmişdir. Odur ki, iddia tələbinin dəqiqləşdirilərək, həmçinin iddia ərizəsi digər iddiaçılar tərəfindən imzalandıqdan və ya imza ilə bağlı səlahiyyəti təsdiq edən etibarnamə iş materiallarına əlavə edildikdən sonra iddiaçılar yenidən məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmçinin iddiaçılar iddia ərizəsinə sənədlərin sadə surətlərini ərizəyə əlavə etmişlər, həmin sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri iş materiallarında mövcud deyil. MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lzımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddiaçı X2 iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3 Cavabdeh qarşı “Pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, iddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar