Məhkəmə qərarları › İş №2(021)-2639/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2639/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2639/2021 28.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlu Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu Borclu qarşı « borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor "xxxx" MMC Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü Bərdə rayonunda anadan olmuş və BƏrdə rayonu Yeni Əyricə kəndində qeydiyyatda Borclu 460 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı m/h:AZ03NABZ********************,H/h:AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Kreditor "xxxx" MMC ərizəni onunla əsaslandırılmışdır ki, Borclu 26 avqust 2018-ci il tarixli borc müqaviləsinə əsasən "xxxx" MMC-dən dəyəri 368 manat olan məişət avadanlığı əldə etmiş, 30 manat ilkin ödəniş ödəməklə, qalan məbləği 12 ay müddətinə aylıq 46 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş "xxxx" MMC ilə alıcı Borcluarasında bağlanmış 26 avqust 2018-ci il tarixli borc müqaviləsindən müəyyən edilir ki, Borclu "xxxx"dən hissə-hissə ödəniş etmək şərti ilə manat olan məişət avadanlığı əldə etmiş, 30 manat ilkin ödəniş ödəməklə, qalan məbləği 12 ay müddətinə aylıq 46 manat "xxxx"yə ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş 09.09.2019-cu il tarixli 4078 saylı maliyyə arayışından görünür ki, X1 26 avqust 2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 460 manat əsas borcu vardır. Ərizəyə əlavə edilmiş 09.07.2021-ci il tarixli qəbzdən görünür ki, kreditor məhkəməyə ərizə ilə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Ərizəyə əlavə edilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1980-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borclu üzərinə bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu tam qaytarmamışdır. Nəticədə öhdəliklərini kreditor qarşısında tam icra etməyən Borclu kreditor "xxxx" MMC-yə 460 manat məbləğində borcu (əsas) yaranmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa məhkəmə əmri verilə bilər. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Bundan başqa MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu da borcluya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1980-ci il təvəllüdlü ünvan 2 ünvanda qeydiyyatda olan Borclu 460 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ*************-*******) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar