Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-264/2022 02.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X20 oğlunun, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İsmayılov Rəşad İzzət oğluna və X8 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X10 və X2 müştərək qaydada 1710 manat məbləğində sığorta ödənişinin və 37.50 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx"Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 15 may 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “Nissan Maxima” markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobili sığorta müddətində 20 may 2021-ci il tarixdə Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X15 tərəfindən idarə olunan “VAZ-21074” markalı ** BH *** və X16 tərəfindən idarə olunan “VAZ 21214 markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillərdə toqquşaraq onları zədələmişdir. Bərdə DYPB-nin qərarı ilə X10 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən X10 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir, hadisə baş verərək X10 avtomobili etibarnamə olmadan idarə etmişdir. (atvomobilin etibarnamə üzrə sahibi X1 olmadan idarə olunmasını digər şəxsə vermişdir). Zərərçəkənlərin avtomobilinin zədələnməsi ilə bağlı cəmi 1710 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüquqi ilə nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibranamə üzrə və.i.a) sahiblik edən və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Nissan Maxima” markalı ** GV *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında X8 məxsus olduğundan, avtomobili etibarnamə olmadan X10 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. İddiaçı "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Mahir Niftəliyev məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının "xxxx" Açıq Səhmdar Cəmiyyəti iştirakı olmadan baxılmasını və iddia ərizəsinə əlavə olunmuş sübutlara əsaslanaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər X8 və X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə cavabdehlər X4 və X5 məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15 may 2021-ci il tarixli, PGU********** nömrəli sığorta müqaviləsi haqqında məlumatın surətindən müəyyən olunur ki, icbari sığorta müqaviləsi X12 ilə ** GV *** dövlət qeydiyyat nişanlı, “Nissan Maxima” markalı avtomobilə görə bağlanmışdır. İş materiallarında olan sığorta ödənişi ilə bağlı aktın surətindən müəyyən olunur ki, Həsənov Xəqani Həsən oğluna 1.300 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan sığorta ödənişi ilə bağlı aktın surətindən müəyyən olunur ki, X13 410 manat manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair aktın surətindən müəyyən olunur ki, VAZ 21074 markalı , ** BH *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılış ili, ağ rəngli avtomobilə ehtiyat hissələrinə və işçiliyə görə 1300 AZN ziyan dəymişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair aktın surətindən müəyyən olunur ki, Niva markalı, ** EK *** dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılış ili, ağ rəngli avtomobilə ehtiyat hissələrinə və işçiliyə görə 410 AZN ziyan dəymişdir. İş materiallarında olan inzibati xəta haqqında Bərdə Rayon Polis Şöbəsinin ******* nömrəli qərarın surətindən müəyyən olunur ki, X10 20 may 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmədə müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 20 may 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-21074” markalı, ** BH *** dövlət eydiyyat nişanlı və VAZ-21214 markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən avtomobilə 1710 AZN sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37.50 manat dövlət rüsumunun cavabdehlər X14 və X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddia tələbində qeyd etdiyi dəlillər iş materiallarında olan sübutlarla təsdiq edildiyindən və iddiaçı təşkilatın subroqasiya hüququ mövcud olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İsmayılov Rəşad İzzət oğluna və X8 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər X3 və X2 müştərək qaydada 1710 manat və 37.50 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-264/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-264/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver