Məhkəmə qərarları › İş №2(021)-2657/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2657/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2657/2023 05.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qızları xx.xx.2010cu ildə anadan olan X2 və xx.xx.2015-ci ildə anadan olan X1 üçün alınan alimentin məbləğinin artırılması, yəni ayda hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İsa oğlu ilə 2009-cu ildə ailə qurmuş, lakin nikahlarını xx.xx.2012-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2010-cu ildə Nərgiz adlı qızları və xx.xx.2015-ci ildə isə Pərviz adlı oğlanları anadan olmuşdur. Cavabdeh İsa oğlu ilə aralarında bağlanmış nikahları Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun himayəsində qalmış, onların saxlanılması üçün Cavabdeh İsa oğlundan hər bir uşaq üçün ayda 60 manat, cəmi 120 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda uşaqlar böyüyür, Cavabdeh alınan 120 manat uşaqların tələbatlarını ödəmir. Qax rayon sakini Qiorqi Benaşvili ilə yeni ailə həyatı qurmuş, uşaqlar onun himayəsindədir. Ona görə də istəyir ki, onların saxlanılması üçün Cavabdeh alınan alimentin məbləğinin artırılması, yəni ayda hər bir uşaq üçün 150 manat olmaqla, ayda cəmi 300 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı ilə 2009cu ildə evlənmiş, nikahlarını xx.xx.2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. Ayrıldıqdan sonra azyaşlı uşaqları iddiaçının yanında qalmışdır. Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən hər ay hər uşağın saxlanılması üçün 60 manat olmaqla, cəmi 120 manat aliment ödəyir. Heç bir yerdə işləmir, kirayədə yaşayır, 327 manat pensiya alır. Aldığı pensiyanın 120 manatını iddiaçıya aliment ödəyir. Qalan məbləğlə isə kirayə haqqını, kommunal xərclərini və dolanışığını ödəyir. Maddi imkanı ağırdır, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Bərdə rayonu Bala Qəcər kəndində anadan olmuşdur, Bərdə rayonu Bala Qacar kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə rayonu Qazıqurdalı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli 398 nömrəli arayışdan görünür ki, X4 rayonu Bala Qacar kəndində qeydiyyatdadır və hal-hazırda uşaqları ilə birgə Qax rayonu Qaxbaş kəndində yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli arayışdan görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 23 yanvar 2010-cu ildə Nərgiz adlı uşaqları anadan olmuşdur. 23 yanvar 2010-cu il təvəllüdlü X2 “ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli arayışdan görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 17 avqust 2015-ci ildə Pərviz adlı uşaqları anadan olmuşdur. 17 avqust 2015-ci il təvəllüdlü X3 “ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi X7 qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(021)-4080/2017 saylı qətnaməsindən görünür ki, iddiа qismən təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində 08 iyun 2012-ci il tarixdə 273 nömrə qeydi ilə bağlanmış nikahın pozulması, 23 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 və 17 avqust 2015-ci il tarixdə anadan olmuş X3 iddiaçı X5 himayəsində saxlanılması, 10 iyul 2017-ci il tarixdən etibarən Cavabdeh hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 xeyrinə verilməsi, Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bərdə Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra qadına İsgəndərova soyadı verilmişdir. Qax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli AZ-İİ 510776 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı 11 may 2023-cü il tarixdə Qax rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Benaşvili soyadı verilmişdir. 25 may 2023-cü il tarixli MŞG/1/MT007/2023-01855 nömrəli arayışdan görünür ki, Benaşvili (İsgəndərova) Aygün İsa qızına “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 25 may 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində rüsum ödəmişdir. 22 may 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. 16 iyun 2023-cü il tarixli ********** nömrəli pensiya haqqında arayışdan görünür ki, Cavabdeh əlilliyə görə 327,21 manat pensiya alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa görə, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının AM-nin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən 6 ildən artıq müddət keçməklə uşaqların tələbatlarının artmasını, bununla yanaşı Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, cavabdehin sabit pul məbləğində ayda hər uşağa görə 150 manat miqdarında aliment ödəməsinin uşaqların mənafeyinə uyğun olmasını nəzərə alaraq belə hesab edir ki, iddia təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(021)-4080/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək 23 yanvar 2010-cu ildə anadan olmuş X2 və 17 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat məbləğində alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qanuna və məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat, məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində rüsumlar cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(021)-4080/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindikdən sonra 23 yanvar 2010-cu ildə anadan olmuş X2 və 17 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 (əlli) manat, dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat məbləğində rüsum Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar