Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2663/2022 27.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X5 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 6000 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh X8 tanıyır, onunla qonşudur və münasibətləri yaxşı olmuşdur. Elgiz Həmidov həm molla kimi və həm də qəssab kimi fəaliyyət göstərir. Cavabdeh ona mal-qara alveri ilə məşğul olduğunu, bunun üçün 6000 manat pul eytiyacı olduğunu və ona borc pul verməsini bildirmişdir. O, da tanıdığı və etibar etdiyi üçün cavabdeh X7 5750 manat nəğd pul borc vermişdir. 250 manat nəğd pulu olmadığı üçün ondan 250 manat dəyərində toxumluq buğda götürmüşdür. Cavabdeh 6000 manatı 3 ay sonra ona qaytarmalı idi. Ancaq söz verdiyi vaxtı pulu qaytarmamışdır. O, da bu barədə DİN-nə müraciət etmişdir. Onun müraciətindən sonra cavabdeh polis vasitəsi ilə ona 4000 manat borcu olması haqqında yazılı iltizam vermişdir. Polis isə tələbinin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Cavabdehdən dəfələrlə pulunu qaytarmasını tələb etsə də nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qəbul etmədiyini və İddiaçı borcu olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Bərdə rayon Soğanverdilər kəndində anadan olmuşdur. Bərdə rayon Soğanverdilər kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 209 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Soğanverdilər kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 208 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 rayon Soğanverdilər kəndində yaşayır. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli İltizamdan görünür ki, X1 Yunis Hünbət oğluna 4000 manat borcu olmasını və aldığı pulu qaytaracağını qeyd etmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı cavabdeh X7 6000 manat borc verdiyini bildirsə də bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamış və işdə olan materiallardan borcun 4000 manat olması sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdeh tərəfindən yazılmış iltizam nəzərə alınmaqla iddia tələbi qismən təmin edilərək cavabdeh X4 4000 manat alınıb İddiaçı verilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 80 manat məbləğində dövlət rüsumu cavabdeh X4 alınaraq iddiamıya ödənilməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X7 qarşı “pul” tələbi qismən təmin edilsin. Cavabdeh X4 4000 (dörd min) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 80 manat məbləğində dövlət rüsumu cavabdeh X2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2663/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2663/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver