Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-267/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi 32758,27 ABŞ dolları borc- bundan 6794,16 ABŞ dolları əsas, 12134,61 ABŞ dolları faiz, 12848,14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 981,36 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 arasında bağlanmış 11 iyul 2014-cü il tarixli 103293 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 (otuz) ay müddətinə 10 000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə 11.07.2014-cü il tarixli, ZM-103293 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 11.07.2014-cü il tarixli Kredit Müqaviləsinə 21 may 2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 9522,64 (doqquz min beş yüz iyirmi iki dollar, 64 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 20.09.2018-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmə, habelə krediti və kreditə hesablanmış faizləri Kreditora ödənilməsi barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 19.02.2021-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 32758,27 ABŞ dolları təşkil edir. Bundan 6794,16 ABŞ dolları əsas, 12134,61 ABŞ dolları faiz, 12848,14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 981,36 ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.1.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bərdə Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadına əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/9149 saylı 07 yanvar 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları; 11 iyul 2014-cü il tarixli, 05/34-NB saylı kredit müqaviləsi; 30 mart 2015-ci il tarixli, R041/15 nömrəli “Əlavə Saziş”də qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı ASC-nə olan borcu: -20 sentyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 18339,85 ABŞ dolları:əsas borc üzrə 9522,81 ABŞ dolları, faiz borcu üzrə 8817,04 ABŞ dolları. -30 iyul 2021-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) 16665,80 ABŞ dolları:- əsas borc üzrə 6797,26 ABŞ dolları, faiz borcu üzrə 8817,04 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1051,50 ABŞ dolları. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Hikmət Həsənli məhkəməyə ərizə göndərərək məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s. bu kimi halları nəzərə alaraq, məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələblərinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 iyul 2014-cü il tarixli 05/34-NB saylı kredit müqaviləsindən müəyyən olunur ki, bu müqavilənin predmeti kreditorun bocalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddət və faizlər ödənilmək əsasında kredit verməsi, borcalanın və bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. -bu müqaviləyə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh1 oğluna illik 30 faizlə, 30 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verir. İş materiallarında olan 11 iyul 2014-cü il tarixli ZM-05/34-NB saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə digər Cavabdeh2 ilə İddiaçı ASC arasında 11 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öz öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 05/34-NB saylı 11 iyul 2014-cü il tarixli kredit müqaviləsinə 21.05.2015-ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, müqaviləyə əsasən kreditor İddiaçı ASC-nin borcalan Cavabdeh1 verdiyi kreditin qalıq məbləği 9522,64 ABŞ dolları təşkil etmişdir. -Müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin müddəti 20.09.2018-ci il tarixədək təyin olunmuşdur. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 30 iyul 2021-ci il tarixə Cavabdeh1 oğlunun əsas borcu 6794,16 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 12134,61 ABŞ dolları faiz, 12848,14 ABŞ dolları cərimə borcu, 981,36 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 32758,27 ABŞ dolları təşkil edir. İş materiallarında olan 03 avqust 2021-ci il tarixli bildirişlərin surətlərindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 bank ilə aralarında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, tələb olunan borcun ödənilməsini 3 gün ərzində təmin etmələri, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə cavabdehləri xəbərdar etmişdir. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 11 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC-dən 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Öhdəliyin icrasının təmini məqsədilə Cavabdeh2 ilə 11 iyul 2014-cü ildə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində cavabdehlərdən 6794,16 ABŞ dolları əsas, 12134,61 ABŞ dolları faiz, 12848,14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 981,36 ABŞ dolları faiz borcu tələb etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/13 saylı 07 yanvar 2022-ci il tarixli rəyində isə 20 sentyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 9522,81 ABŞ dolları, faiz borcu üzrə 8817,04 ABŞ dolları, 30 iyul 2021-ci il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) əsas borc üzrə 6797,26 ABŞ dolları, faiz borcu üzrə 8817,04 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1051,50 ABŞ dolları olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcunun tutulması tələbinə dair hissədə iddia ərizəsinə uyğun qaydada, yəni 6794,16 ABŞ dolları məbləğində, faiz borcunun tutulması tələbinə dair hissədə isə ekspert rəyinə uyğun qaydada, yəni 8817,04 ABŞ dolları məbləğində təmin edilməlidir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh1 oğlu 11.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 10000 ABŞ dolları məbləğində kredit borcunu vaxtında icra etmədiyindən, hazırda onun 6794,16 ABŞ dolları əsas, 8817,04 ABŞ dolları faiz borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 oğlunun 10000 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 6794,16 ABŞ dolları əsas, 8817,04 ABŞ dolları faiz borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 11 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 6794,16 ABŞ dolları əsas, 8817,04 ABŞ dolları faiz borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 kreditor ləğv prosesində olan İddiaçı ASC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 6794,16 ABŞ dolları məbləğinə mütənasib olmadığından 12848,14 ABŞ dolları məbləğində cərimə pulunun 848,14 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 981,36 ABŞ dolları da caabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Plenum Qərarında formalaşmış ola hüquqi mövqeyə görə əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyri-mümkünlüyünə dair əks sübut gətirə bilər. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 10000 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 6794,16 ABŞ dolları əsas kredit borcu, 8817,04 ABŞ dolları faiz borcu, 848,14 ABŞ dolları məbləğində cərimə borcu və 981,36 ABŞ dolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu qalması sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 07 yanvar 2022-ci il tarixli 9/9149 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6794,16 (altı min yeddi yüz doxsan dörd dollar on altı sent) ABŞ dolları əsas, 8817,04 (səkkiz min səkkiz yüz on yeddi dollar dörd sent) ABŞ dolları faiz, 848,14 (səkkiz yüz qırx səkkiz dollar on dörd sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 981,36 (doqquz yüz səksən bir dollar otuz altı sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 17440,7 (on yeddi min dörd yüz qırx dollar yeddi sent) ABŞ dolları məbləğində kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və 30 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-267/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-267/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver