Məhkəmə qərarları › İş №2(021)-2676/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2676/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2676/2021 11.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 120, mənzil 1-də yerləşən kreditor İddiaçı MMC-nin borclu Bərdə rayonu, Samux kəndində yaşayan Cavabdeh Çingiz qızına qarşı borcun məcburi şəkildə ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, iş üzrə borclu Cavabdeh Çingiz qızı kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən ümumilikdə 1287 manat məbləğində məişət məhsulunu kreditlə-nisyə satılmışdır. Borclu müqavilə üzrə ödənişlər etməmiş, nəticədə 1062,81 manat əsas borcu qalmışdır. Odur ki, borcludan 1062,81 (min altmış iki manat səksən bir qəpik ) manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1062,81 (min altmış iki manat səksən bir qəpik ) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC -nə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyii üçün kreditora olan kredit və kreditdən istifadəyə görə faiz borcu borclu Cavabdeh Çingiz qızından kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 275-276, 280-281-ci maddələrini rəhbər tutaraq ƏMR ETDİM 22 sentyabr 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, hazırda Bərdə rayonu Samux kəndində qeydiyyatda olan Cavabdeh Çingiz qızından 1062,81 (min altmış iki manat səksən bir qəpik ) manat əsas borcu, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq kreditor İddiaçı MMC-nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar